www.epiloq.com

Сабина Кургунаева – Против Tечения
Живи, человек, пока есть та возможность,

Которая завтра, увидев тебя,

Повернётся спиной, показав всю безбожность,

Душу и сердце губя.

Дыши этим воздухом, чистым и свежим,

Пока есть возможность – дыши!

И не важно, что будет и что было прежде.

Выбирайся скорей из глуши!

Ну и что из того, что ты пережил много?

Кому нужны слезы твои?

Не выдержал жизни удара двойного –

Так в пламени сердца сгори!

Ты привык, чтоб тебя унижали, ломали,

Чтоб всегда наступали на хвост,

Чтоб все соки из жизни твоей выжимали,

Притупляли все чувства и рост.

А ты будь другим, не плыви по теченью.

Поприветствуй ты взглядом волну.

Попрощайся навеки с чёрною тенью,

И тогда не уйдешь ты ко дну.

Günel Mövlud
Sən mənə

Bir qarının

Masasının üstündəki yarımçıq limonla

Qəndqabındakı bərk konfetlərin

Gətirdiyi kədər,

Ayaqlarımdakı sızıltıya

Və içimdəki zəhərə qarışdığı vaxt

Məni öldürdüyü vaxt

Gərək idin…

Sən mənə

Hər gecə

Dişlərimin ovulduğu,

Dəmir əllərin sümüklərimi

Qarış-qarış sındırdığı,

Qırmızı şeytanın

Saçlarımı sığalladığı yuxulardan

Qan-tər içində oyandığımda

Gərək idin…

Sən mənə

Ruhumu küləklərə döydürmək üçün

Qapını çırpıb

Küçəyə çıxmaq istəyəndə

Evdəki adamlardan,

Küçədəki adamsızlıqdan

Qorxanda

gərək idin…

Sən mənə

Dörd divar arasında hövllənib

Pəncərəni açaraq

Damda çırpınan

Çöl quşlarına,

Həyətdə gəzişən

Küçə pişiklərinə

Pəncərəni örtub

Ev əşyalarına

Sığındığımda

Gərək idin…

Sən mənə

Üzümü sinənə

Başımı çiyninə söykəmək üçün gərək deyildin,

Sən mənə

Acı bir dərmanı udanda

Çırpına-çırpına axtardığım

Bir qurtum suya oxşadığın üçün

Gərək idin…

Mən acı bir ömrü

Sənsiz udurdum

Səni indi neyləyim…?!

Komandante…

Erasmus Rotterdamus – Axmaqlığın Mədhi
50-ci fəsil

Peşələrinin xarakterinə görə tamamilə mənim partiyama aid olsalar da, şairlər mənə daha az borcludurlar. Çünki şairlər, azad ruhlu insanlardır, bütün işləri-peşələri axmaqların qulaqlarını oxşayacaq sarsaq qoşmalar söyləməkdir. Və özlərinin boşboğazlıqları ilə allahın qılığına girib əbədiyyət qazanmağa ümid etmələri azmış kimi, başqalarını da buna ümidləndirirlər. Filvatiya və Kola-kil bu təbəqədən olan adamlarla daha sıx dostluq əlaqələri saxlayırlar və ümumiyyətlə mənim daimi və inanılmış pərəstişkarlarım yoxdur.

Daha sonra ritorlar (ritor – qədim Yunanıstanda bəlağət müəllimi) gəlir, aradabir yollarını azsalar da, filosoflarla oynasalar da, hər halda yenə də bizim partiyaya aiddirlər, buna sübut olaraq onların, söylədikləri bütün cəfəngiyyatlarla yanaşı, necə ciddi-cəhdlə zarafat etmək qaydaları haqqında yazdıqlarını göstərmək olar.Əbəs yerə deyil ki, “Natiqliq sənəti haqqında” əsərinin müəllifi Herennius – onun kimliyindən asılı olmayaraq – axmaqlığı zarafatın bir növü adlandırır. Bu təbəqənin əsl kralı Kvintilianda da gülüş haqqında, “İliada”dakından daha geniş bir fəsil var. Oratorlar axmaqlığı o qədər yüksək qiymətləndirirlər ki, bəzən dəlil-sübutları olmayanda vəziyyətdən gülüşlə çıxırlar. Gülməli sözlər danışıb qəh-qəhə doğurmaq isə, şübhəsiz, Axmaqlıq haqqında elmin predmeti sayılmalıdır.

Əbədi şöhrət qazanmaq arzusuyla kitablarını buraxan adamların da mayası eyni xamırdan tutulub. Onların hamısı çox şeyə görə mənə borcludurlar, özəlliklə o adamlar ki, boş və mənasız cəfəngiyyatlarla kağızları qaralayırlar, çünki üləmalıq edən bu adamlar həmin sahənin biliciləri olan az sayda insanın hansı rəy verəcəyini nəzərə almırlar, hətta Persiy və Leliy kimi nüfuz sahiblərindən belə çəkinmirlər, buna görə də həmin adamlar mənim nəzərimdə paxıllıq hissindən daha çox yazıqlıq hissinə layiqdirlər. Bir baxın, belə adamlar necə əzab çəkirlər: əlavələr edir, düzəldir, ixtisar edir, yerini dəyişir, təzədən işləyir, dostlara göstərir, sonra, məsələn bir doqquz il keçmiş, çap edirlər, hələ də öz əsərlərindən narazı halda, yuxusuz gecələrin (yuxu da hər şeydən şirindir) və bu qədər məhrumiyyətlərin və əzabların nəticəsində qazandıqları nə olur? Onları bəyənən bir neçə zövqlü adamın tərifli sözləri. Bunlara əldən getmiş sağlamlığı, solmuş gözəlliyi, zəifləmiş gözləri, bəzən tamamilə kor olmanı, kasıblığı, qısqanclığı, pəhrizə oturmanı, erkən qocalığı, vaxtsız ölümü, – saymaqla başa gəlməz, – əlavə edin. Və bizim ağıl dağarcığımız, onun özü kimi bir iki kor olmuşun tərifinə görə, bütün əzablarının nəticəsində özünü mükafatlanmış sanır. Bunun əksinə olaraq, mənim sözlərimə qulaq asan yazıçı nə qədər xoşbəxtdir: o, gecələr əlləşmir, ağlına nə gəlirsə onu da yazır, ağlı qələmin ucundadır, kağıza xərclədiyi bir neçə quruşdan itirəcəyi bir şey yoxdur və nə qədər çox cəfəngiyyat yazsa da əksəriyyətin, daha doğrusu, bütün axmaqların və başdanxarabların xoşuna gələcəyini əvvəlcədən bilir. Onun kitabını təsadüfən oxumuş bir-iki dənə elm adamının ona nifrət bəsləməsilə ona nə olacaq ki? Bu qədər nəhəng və hay-küylü insan toplusuna bir-iki elm adamının nə təsiri ola bilər? Başqalarının əsərini öz adından dərc edərək başqalarının şöhrətini mənimsəyənlər, ədəbi oğurluqlarının üstü açılana qədər öz saxtakarlıqlarından bəhrə götürmək istəyənlər daha gülüncdür. Buna əmin olmaqdan ötrü onların özləri haqqında tərifli bir söz eşidən kimi necə özlərindən razı halda publika önündə çıxış etmələrini seyr etmək, kitab dükanlarında kitablarının necə sərgiləndiyinə qürurlanmalarını, hər səhifədəki xarici adlar kimi səslənən və bir sehir dusaına bənzəyən qoşa soyadlarını ucadan oxuyaraq özlərini tanınmış bir adam kimi aparmalarını görmək yetərli ola bilər. Bu adamların addan başqa da bir şeyləri yoxdur, allah da bilir! Və, dünyanın nə qədər geniş və nəhayətsiz olduğunu yada salsaq, onları tanıyanların o qədər də çox olmadığını görərik; üstəlik, nadan adamların zövqləri nə qədər rəngarəng olsa da, onlar haqqında tərifli sözlər söyləyənlərin də miskin bir azlıq olduğu ortadadır. Bu da məlumdur ki, həmin adların çoxu havadan uydurulub və ya qədim kitablardan götürülüb. Məsələn, biri özünə Telemax (4), başqası Stelena(5) və ya Laert(6), bir ayrısı Polikrat, Frazimax(7) adlarını götürüb. Eyni müvəffəqiyyətlə kimsə özünü Buqələmun və ya Boranı adlandıra bilərdi, ya da, filosoflar necə edərsə, adlarının yerinə alfa və ya beta və s. hərfləri yazmaqla kifayətlənərdi. Ancaq ən əyləncəlisi axmaqların axmaqlar haqqında, nadanların nadanlar haqqında tərifli sözlər söyləməsi, biri-birləri haqqında yaltaqcasına məktublar, şeirlər və mədhiyyələr göndərməsidir. Biri öz dostunu Alkeyə bənzədir, o biri Kallimaxa, guya bu Siserondan yaxşıdır, o da Platondan daha ağıllıdır. Bəziləri də, öz şöhrətlərini artırmaq məqsədilə özlərinə rəqib axtarırlar.

Beləliklə, döyüşən tərəflər öz uğurlarından razı halda, savaş meydanındakı qaliblər kimi özlərini zəfər qazanmış kimi hiss edərək biri-birlərindən ayrılıncaya qədər xalq da tərəddüd içində gözləməkdədir və fikirlər haçalanmaqdadır. Müdrik adamlar belələrinə gülür, onları əsl axmaq yerinə qoyurlar. Şübhəsiz, onlar həqiqətən də axmaqlardır. Lakin, mənim mərhəmətim sayəsində, bu adamlar öz keflərinə yaşayırlar və öz qələbələrini Stsipion zəfərindən(10) aşağı hesab etmirlər. Yeri gəlmişkən, başqalarının axmaqlıqları ilə məzələnən elm adamları da mən az borclu deyillər, əgər dünyanın ən nankor adamları adını öz üzərilərinə götürmək istəməsələr, bunu danmağa cəsarət etməzlər.

Tərcümə: Rasim Qaraca

Nərmin Nöqtə – Salam, Payız!
Sevirəm özümə məktub yazmağı. Bəlkə də həyatımda heç kimə yazmadığım qədər məktub var evdə – yazı stolumun sol gözündə, arıq bədənimin sol tərəfində.

İncimə, bu gün Sənə yox, payıza ünvanlanacaq məktubum. Bugünlük Səni yormayacağam, qoy, bir az da o dinləsin, bir az da o əsəbiləşsin, bir az da o utansın, var olduğuna hamının sevindiyini sanmasın. “Mənsiz də dünyanın işi gedərmiş?!”, – desin və…

Salam, Payız! Bu gün sənə yazmaq istədim. Bilmirəm, necə qarşılayacaqsan sözlərimi – səni uşaqlıqda həsrətlə gözləyib, sevinclə qarşıladığım kimi, yoxsa səninlə nifrətlə yaşayıb, nisgillə yola saldığım kimi?! Bilmirəm və başlayıram…

Səni gözləyirdim. Gətirəcəyin yağışı gözləyirdim. Çünki o gözləyirdi. Güllər əkmişdi həyətdə, ölən anasının adını vermişdi. Böyüdəcəkdi, baxacaqdı onlara nəvazişlə. Yumaq istəyirdi günahlarını, hər damlasında boğulmaq istəyirdi gülləri böyüdərək. Ümidi sənikən ümidsizliyinə çevrildin. Vəfasız çıxdın; bir payız günündə aldın anasını onun əllərindən. Elə payız günündə də ümidlərini qopardın, ayaq altında tapdanacağını bilə-bilə üz çevirdiyin, qoparıb atdığın yarpaqlar kimi. Əlini açdı göyə, dua etdi, yağış istədi… Sən gəlməmişdin, onunsa qəlbinə payız gəlmişdi..

Bağışla, qızcığaz, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

Bu il də gözü yollarda qaldı Hikmət babanın. Bu il də isti nəfəsi ilə soyuq pəncərəni ovundurmağa çalışaraq gözlədi. Onu görəndə üstünə ağ dəsmal sərilmişdi. Dedilər ki, son nəfəsini verəndə əlini göyə açıbmış. Bəlkə, yağış 6 il əvvəl onu qocalar evinə tullayan balalarını geri gətirər deyə, dua edibmiş. Gəlmədilər… Amma otağa payız gəlmişdi. Yağış yağmalıydı. Bir zamanlar ümidləri pəncərəyə qonduran, indisə buztək soyuq olan dodaqlara yağış yağmalıydı. Yuyub aparmalıydı yorulmuş ürəkdə can verən arzuları, həsrəti, ümidsizlikdən yaranan ümidləri..

Bağışla, Hikmət baba, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

İlk şəhidi gördüm. Kəndimizin şəhid olan 18 yaşlı balası – Şəhriyarı. Ağlayırdı müəllimləri, ağlayırdı anası, ağlayırdı torpaq. Axı, torpaq ona deməmişdi, “gəl, vuruş, yolum üçün, kolum üçün, gedəcəyin və sonun olacaq qara torpaq üçün”. Hansısa siyasətçilərin gic-gic oyunlarına görə indi 18 yaşlı gəncin tikələrini tökmüşdülər anasının qabağına. Əl açdı göylərə ana, yağış istədi, istədi ki, göylər də ağlasın onunla birgə oğlunu. Sən gəlmədin… Ananınsa əllərinə payız gəlmişdi..

Bağışla, ana, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

Evimizi ilk dəfə onda tərk edirdik. Qarşıda keçilməli Araz vardı, ümid vardı. Bəlkə də həyatımda ilk dəfə ki sənin gəlməməyin məni bu qədər sevindirmişdi. Fikirləşirdim ki, yağsan, çay daşacaqdı, məhv olacaqdıq, elə ümidlərimiz də yox olacaqdı, yuyulacaqdı. …Susuzduq, hava çox isti idi. Südəmər uşağı qucağında balacaboy, qaraşın gəlin çinar meşəsinin ortasında onlar qədər əlçatmaz olan göylərə əl açdı, yağış istədi. İstədi yatırsın susuzluğunu, aclığını körpəsinin yağış suyu ilə. Sən gəlmədin, körpəsi əlində ölən ananın dilinəsə payız çoxdan gəlmişdi.

Bağışla, xala, eşidilmədi duan. Mənsə ən sevdiyim fəsli, ən sevdiyim ayı öyə bilmədim yanında. Sevdiyim üçün utandım və susdum.

Niyə belə vəfasız oldun? Çağrılanda gəlmədin, yağış istədik, vermədin, dualarımız eşidilmədi. Bax, indi də yağmır yağış, ən sevdiyim fəsildə, ən sevdiyim ayda. Gəlmirsən, gətirmirsən onu. Yollar vəfasız oldu, yoxsa sən? Bəlkə, mən? Bilmirəm. Bəlkə, yağışı Səndən indi yox, yazda istəməli idim?!

O gün yağmışdı yağış. Tez həyətə qaçdım. İlk dəfə əllərim göyə açılmadı, onlar qalxdıqları kimi yerə enəcəklərini bilirdi. Yağdı, amma ondan geriyə qalansa balıq tutulası göllər, üfunətli küçələr və bir də ayağıma gələn payız və yuyulan “cibim” oldu.

Bir daha belə xəbərsiz gəlmə, qəlbim səni istəsə də, Vallahi, bu ciblər heç səni sevmir də. Elə yaraşmadığın insanlarımız və Azərbaycan kimi. Bu dəfə də sənin yağışından quru çıxdım, sənin axırımıza çıxdığın kimi. Beləcə Mən də məktubumun əvvəlinə çıxıram, başladığı yerə çıxan yollar kimi:

– Salam, Payız!

Blog Nərmin Nöqtəyə məxsusdur…

http://noqte.azeriblog.com/

Musa Əfəndi – Bir nəsr, bir nəzm
Arzular – bizdən xəbərsiz

Qara qələmlə mavi gözlərini çəkmək istədim bu gün..

…bizi yaradanda Tanrı, hisslər səbətindən bir boxca götürdü – üstündə sevgi yazılan. Və bir ovuc sevgi yığıb o boxcadan, qoydu ovuc boyda ürəklərimizə. Günah torbalarımız boş, ürəklərimiz sevgi ilə dolu idi biz dünyaya ilk dəfə göz qırpanda. Və oldu bütün bunlar – bizdən xəbərsiz…

Sonra səni tapdım yuxularımda, gözümü açdım aya baxdım və səni sevdim – səndən xəbərsiz.

Hər gün mən aya baxdım, səni düşünüb… Hər gün mən aya baxdım səni düşünüb və sən də ayı gördün birdən, məni tapdın – məndən xəbərsiz.

Gözləri gizlədə bilmədik, ilk əvvəl gözlər dondu və sonra sözlər dondu dillərdə, danışa bilmədik, və sevdik hamı kimi – halbuki o günə qədər biz həmişə sevgidən xəbərsiz.

əvvəl düşündüm ki, gecikmişəm, mələklər ancaq göylərdə olur deyə düşünürdüm, buna görə idi özümdən razılığım və fikrim daim havalarda… və mən sənə gec rastladım, yerdəki mələklərdən xəbərsiz.

Görüşdük – insanlardan xəbərsiz.

Sonra sənə toxundum və sən bir arzu tutdun. Öpdüm sol yanağından.. sağ yanağından xəbərsiz. Yaş düşdü mavi gözlərdən, dalğalandı göz yaşın, sonar coşdu, daşdı arzular.. və son yaş düşdü gözlərindən – ulduz axdı sandım və mən bir arzu tutdum özümdən xəbərsiz.

Ikimiz də eyni şeyi arzuladıq – birbirimizdən xəbərsiz. Orda, uzaqda bir yerdə şəhər qurduq sonra səhəri çəkdik sarı qələmlə, günəşi qaldırdıq yuxudan, sonra ayı çağırdıq qaranlığımıza. Və söz verdik bir birimizə – son gün geriyə baxıb bütün insanlara deyəcəkdik “gedirik, qaçırıq, yeni səhərlərə qanad açırıq, orda bir həyat var və bizi gözləyir, biz bunu bacararıq sizdən ayrı və sizdən xəbərsiz!”

Sonra donduq, qaldıq bu şəhərdə, qəfil qışdan gizlənə bilməyən uşaqlar kimi…

Şimal küləkləri əsdi, üşüdün, sonra bir iki arzu dondu, qaldı, qurudu ürəklərimizdə.. isitdim əllərini, barmağımla ovucunda dairələr çəkdim və arzular yenidən oyandı bir – bir.

Və bilirik orda bir şəhər var və üşüyür bizsiz – bizdən xəbərsiz

Yarımçıq nəsillər və nəsrlər

Içək insanların şərəfsizliyinə,

Sevgili, bir dəfə də səbəbsiz içək..

Biz xoşbəxtliyi axtaranda buralarda

Bir zəncini göstərirdilər ekranda,

Ağ boya ilə dərisini rəngləyirdi…

Biz kəfəni öləndə geyinərkən,

Onlar ölməmək üçün kəfənlənirdilər.

Qəribə gələn o idi ki, mavi ekranda da

Zəncilər həmişə qara görünür..

Nəisə, içək insanların şərəfsizliyinə,

Sevgili, bir dəfə də səbəbsiz içək..

Blog Musa Əfəndiyə məxsusdur.

http://musaefendi.wordpress.com

Zargana – Mutluluk aq.
Aşık olmak istiyorum aq. Ama üç günlük heves değil.

Gerçek aşk. Uğruna ölüne bilinecek tipden.

Çok komik söylediğim benim açımdan.

Aşkı aşk olsun diye değil, yeniden yaşama dönmek için istiyorum.

Beni iyileştirecek bi şey midir acaba aşk? Aslında benim durumumda biri için her şey kötülüğe götürür(Ne varmış lan durumumda?).

Hatırladığım kararıyla en son yaşadığımda 9 mu ney yaşlarındaydım.

Bir az hastaydım. Hastalığım geçti, ama yerine mutsuzluğum geldi. Yalnız kaldığımda ruhumu saran lanetlenme duygusu. arkadaşlarımla mutlu hissede biliyprum, ama her zaman değil(bunun için şükretmem gerekir. En azından her zaman mutsuz değilim. Ama şükredeceğim Tanrı beni siktir etmiş). Hatta çoğu zaman değil.

Aşık olacağım bi kadın yok. Bana göre hepsi salak. Belki de tek salam benim. Bundan kaynaklanıyor onları küçük görüşüm. Cinsimi yükseltmek için: ). Belki demişdim zaten. gerçekte ne cinsten olduğumu bile unutuyorum bazen.

İtiraf etmesi çok zor ama kadın gibi hissede biliyorum çok nadir zamanlarda. Belki de hissede biliyordum demeli.

Saç şeklimi değiştirmeliyim. Daha doğrusu saçımı taramaya başlamalıyım. Üç seneye yaklaşıyor saçımı taramayalı.

Mutlu olmak istiyorsam bi İstanbul masalı uydurmalıyım kendi kendime. Ona inanmalıyım. sanki her şey orda güzel olacakmış gibi. Sanki ora kendimi götürmüyormuşum gibi. her şey bok olsa bile kabul. Yeniden çökmekden korkacak halim bile kalmadı.

Artık smayl kullanmaya başlarsam iyi olur. Gülümseyen, sarı, kel şeyler. Poğaça gibi aq.: ) İlk baçlarda abartmalıyım. Tanrı beni farketsin diye. Unutduğunu fark edipte siktir lan yerine desin. Beni de alsın sistemine. İnsanları seven bi salakdan neyim ekskki benim? Kendim eksiğim. Kendim kadar ben eksiğim. Ama eksiklik giderilir parayla.: ) parayla kendimi satın ala bilirim. pek paha olduğumu zann etmem. Bir kaç yüzlük. Yeşil olandan. Belki o kadar bile etmem. Amma fiyatımdan fazlasını vermeliyim. üstü kalsın diyerek çıkmalıyım. Hem az bir az saygım da olur. Ne de olsa insan olmaya çalışıyorum. İnsan olan saygıya muhtaçtır.

Ben neden bahsediyorum aq. hayat mı, mutluluk mu? Bu ruhla bunların hangisi mümkün? taylor yaptığı kazada ölmeyince “hayatı sevmeye ramak kalmıştı” der. Evet haklı. Benim gibiler ölünce sever hayatı. Yaşamı uzaktan sevmek aşkların en güzeli.: )

P.S. Mutlu hissediyorum. En azından bunu yazarken öyle hissediyordum.

http://metal-l.blogspot.com/

Blog Həmid Xaspoladlıya məxsusdur.

Ram – Black Sun Vol. 1 (Mixtape)
Epiloq’un musiqi qolunun yaranmasında böyük səyləri olan, beatmaker Ram’ın ilk instrumental albomunu sizlərə təqdim edirəm. Eyni zamanda, xəbərin ardında “If I had” minusuna uyqunlaşdırılan klibi də izləyə bilərsiniz.

Minusları öz tracklərində istifadə etmək istəyənlər, ali@epiloq.com adresinə mail yazaraq və ya şərhlərdə istəklərini bildirib, icazə alaraq, minusları PULSUZ əldə edə bilərlər.

Albomu Full endir

Download full album

və ya tək-tək

01 – Good old dayz

02 – Hope

03 – First steps

04 – Look around

05 – Slow motion

06 – Wanna no u name

07 – Remember

08 – Illusions

09 – Changes

10 – Mood swingz

11 – Long way

12 – Wisdom of a life

13 – If i had

14 – Memories

15 – Blind soul

16 – Searchin fo heaven

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="425" height="344" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/xcHC75bAm1Y&hl=en_US&fs=1&rel=0&color1=0xe1600f&color2=0xfebd01" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="425" height="344" src="http://www.youtube.com/v/xcHC75bAm1Y&hl=en_US&fs=1&rel=0&color1=0xe1600f&color2=0xfebd01" allowfullscreen="true" allowscriptaccess="always"></embed></object>

Frans Kafka – Ac qalmaq məharəti
Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə görmək istəyirdi; az sonra kiçik qəfəsin qarşısında bütün günü oturan abunə sahibləri meydana gəldi; hətta gecələr də tamaşa davam edirdi

– effekti artırmaq üçün istifadə olunan məşəllərin işığında. Yaxşı havada qəfəsi küçəyə çıxarırdılar və bu vaxt aclıq edən artistin tamaşaçıları uşaqlar olurdular. Böyüklər onu sadəcə əyləncə xatirinə, ya da dəbə uyaraq görməyə gəlirdisə, uşaqlar ona ağızlarını açaraq, təəccüblə gözlərini zilləyirdilər; hər ehtimala qarşı bir-birinin əllərindən tutaraq qara trikoda, qabırğaları çıxmış, rəngi ağarmış, hətta stul belə istəməyərək, küləş tökülmüş döşəmədə oturan artistə baxırdılar. O, mehribanlıqla başını tərpədib güclə gülümsəyərək suallara cavab verir və hərdən də qəfəsdən arıq əlini çölə çıxarırdı ki, ona toxunsunlar; lakin sonra yenə fikrə gedir və heç nəyə əhəmiyyət vermirdi, hətta onun üçün mühüm olan saatın – onun qəfəsindəki yeganə əşyanın zənginə də, yalnız azca açılmış gözlərilə qarşısına baxır və arabir dodaqlarını islatmaqdan ötrü əlini balaca fincandakı suya batırırdı.

Orda gəlib-gedən tamaşaçılardan başqa, camaat tərəfindən seçilən daimi nəzarətçilər də vardı – qəribəydi ki, onlar adətən qəssablardan seçilir və həmişə də üç nəfər olurdular, – vəzifələri gecə-gündüz ac qalanı müşahidə etmək idi, guya o, gizlində qida qəbul edə bilərdi. Amma bu, kütləni sakitləşdirməkdən ötrü sadəcə formallıq idi, çünki tamaşaçılar çox yaxşı bilirdilər ki, aclıq etmək bacarığını göstərən artist heç bir vəziyyətdə, hətta məcburiyyət qarşısında, bir tikə də olsa yeməzdi; bunu ona peşə şərəfi qadağan edirdi. Doğrudur, nəzarətçilərin heç də hamısı bunu anlamırdılar; bəzən elə olurdu ki, gecə növbətçiləri ona çox da göz qoymurdular, qəsdən uzaqda oturub kart oynamağa başlayırdılar ki, aclıq edən bir şey yesin, nəzarətçilərin fikrincə o, gizlətdiyi yerdən bir şey çıxarıb yeyə bilər. Aclıq edən artist üçün belə nəzarətçilər qədər əzab verən heç nə yox idi; onlar onu ruhdan salırdı, aclıq onun üçün dəhşətli və çətin bir məsələyə çevrilirdi; bəzən öz zəifliyi ilə mübarizə apara-apara, nəzarətçilərin şübhələrinin əsassız olduğunu sübut etmək üçün onların yanında gücü çatana qədər oxuyurdu. Amma bu az kömək edirdi; nəzarətçilər onun bu fərasətinə, hətta oxuya-oxuya da yeyə bilməsinə təəccüblənirdilər. Qəfəsə yaxın oturan, zalın ümumi işıqlandırılmasıyla kifayətlənməyib əllərindəki fonarla qəfəsə baxan nəzarətçilər onun daha çox xoşuna gəlirdi. Parlaq işıq ona zərrə qədər də mane olmurdu, axı o, ümumiyyətlə yata bilmirdi, azca mürgüləməyi isə istədiyi vaxt və istədiyi vəziyyətdə, hətta camaatla dolu səs-küylü zalda da bacarırdı. O, bütün gecəni belə nəzarətçilərlə keçirməyə razı idi; onlarla zarafat etməyə, başına gələn hadisələri danışmağa, sonra da onların söhbətini dinləməyə hazır idi – və bütün bunları nəzarətçilərin yuxulamamasından ötrü, qəfəsdə yeyiləsi heç nə saxlamadığını, heç kimin onun kimi aclıq edə bilməyəcəyini onlara göstərmək üçün edərdi. O, daha çox səhər açılanda, onun hesabına nahar veriləndə və nəzarətçilər yuxusuz gecədən sonra iştahla yeməyin üstünə düşəndə sevinirdi. Onu da demək lazımdır ki, burada nahar etməyi mühafizəçilərin ləyaqətinə yaraşmayan hal kimi qiymətləndirən adamlar da vardı, lakin bu ifrata varmaqdan başqa bir şey deyildi. – Siz, özünüzü yoxlamaq üçün bütün gecəni naharsız növbə çəkməyi istərdinizmi? – deyə onlardan soruşanda, heç bir söz demədən dərhal əkilirdilər.

Lakin bu, elə bir inamsızlıq idi ki, onu ac qalmaq prosesindən qətiyyən ayırmaq olmazdı. Axı, heç kim bütün gecəni və gündüzü aclıq edənin yanında nəzarətçi kimi dayana bilməzdi və deməli, heç kim öz müşahidəsinə əsasən deyə bilməzdi ki, o, həqiqətən də fasiləsiz və nümunəvi olaraq aclıq edir, ya yox. Bunu ancaq, ac qalmaq məharətini nümayiş etdirən artistin özü bilərdi, necə ki, təkcə o, özü öz aclığından razı qalan tək tamaşaçı ola bilərdi. Lakin, o da razı deyildi və buna tamam başqa səbəb var idi. Ola bilərdi ki, onun bu dərəcədə arıqlaması (bəzi adamlar onun görünüşünə dözə bilmədiklərindən tamaşaya baxmağa gəlmirdilər) heç də ac qalmağından deyildi, bəlkə də, özü özündən razı qalmadığı üçün arıqlayırdı. Axı, aclıq prosesinin əslində nə qədər asan olduğu heç kimə məlum deyildi və bunu təkcə o özü bilirdi. Bu, dünyada ən asan iş idi. Özü də artist bunu adamlardan da gizlətmirdi, amma ona inanmırdılar. Bəziləri fikirləşirdi ki, o, təvazökarlıq edir, çoxları isə belə hesab edirdi ki, o ya özünü reklam edir, ya da heç bir çətinlik çəkmədən aclıq etməyi bacaran adi fırıldaqçıdır. Yəqin o, bu işi asanlaşdırmağı bacarırdı və bunu az qala açıqca etiraf etməyə də cəsarəti çatırdı.

O, bütün bunlarla barışmağa məcbur olmuşdu, həm də illər keçdikcə öyrəşmişdi bunlara. Lakin narazı olması onu içəridən didirdi və aclıq etmə müddəti nə qədər olursa olsun, bunu da təsdiq etmək lazımdır ki, o, bircə dəfə də qəfəsi könüllü tərk etməmişdi. İmpresario aclıq müddətini ən çoxu qırx gün təyin etmişdi və ona bundan çox aclıq etməyə icazə vermirdi. Onun buna əsası vardı: təcrübə göstərirdi ki, reklamların hesabına təxminən qırx gün ərzində artan maraq, hətta böyük şəhərlərdə belə get-gedə sönür və bundan sonra tamaşaçıların sayı kəskin surətdə aşağı düşürdü. Bu baxımdan şəhərlə kənd arasında fərq olsa da, hər halda aclıq müddəti qırx günü aşmırdı.

Və deməli, qırxıncı gün gül-çiçəyə tutulmuş qəfəsin qapıları açılırdı, tamaşaçılar coşqunluqla amfiteatrı doldururdular, hərbi orkestr çalırdı, artisti müayinə etmək üçün iki həkim qəfəsə girirdi, zala meqafonla nəticələri elan edirdilər və sonra məhz onları seçdiklərindən xoşbəxt olan iki gənc xanım artistə yaxınlaşıb qəfəsdən çıxmağa və pilləkənlərlə aşağı düşməyə ona kömək edirdilər. Aşağıda onu xüsusi olaraq bu məqsədlə hazırlanmış kiçik stolun üstündəki müalicəvi süfrə gözləyirdi. Bu an artist həmişə müqavimət göstərirdi. Sümükləri çıxmış əllərini ona tərəf əyilmiş xanımların yumşaq ovuclarına könüllü olaraq qoysa da, ayağa durmaq istəmirdi. Niyə məhz indi, qırx gündən sonra hər şey sona çatdı? O daha çox tab gətirə bilərdi, sonsuza qədər çox; niyə o, aclığın ləzzətini təzəcə duymağa başlayanda hər şey qurtardı? Niyə ləyaqətlə aclıq etməyə ona imkan vermədilər və onu bütün dövrlərin ən böyük aclıq edən artisti olmağa qoymadılar? Axı, ona elə gəlirdi ki, onun ac qalmaq məharəti sərhədlər tanımır, hətta o, əlçatmaz səviyyəyə çata bilər. Onun qarşısında heyrətlə durmuş bu insan kütləsi niyə bir az da dözə bilmədi? Əgər o, aclığı davam etdirmək iqtidarında idisə, bu kütlə niyə gözləmək istəmədi? Həm də o yorulmuş, küləşin üstündə rahatca oturmuşdu, indi isə ayağa durmalı və yeməyə sarı getməli idi. Amma qidanı görəndə onun qusmağı gəlir və yalnız yanındakı xanımların xatirinə özünü bundan bir təhər saxlayırdı. O, baxışlarını bu, mehriban görkəmli, əslində isə qəddar olan xanımlara tərəf qaldırır və cansız boynunun üstündəki qurğuşun kimi ağır başını yavaş-yavaş yelləyirdi. Lakin sonra, həmişə baş verən yenə də başlanırdı. İmpresario heç bir söz deməyərək, – müsiqi danışmağa imkan vermirdi, – yaxınlaşır, əllərini artistin üzərində elə qaldırırdı ki, sanki bütün göy qübbəsini küləşin üstündə oturmuş uşağına, buna layiq olan əzabkeşə baxmağa dəvət edirdi; son dərəcə bayağı ehtiyatla artistin belini qucaqlayaraq tamaşaçıları başa salmaq istəyirdi ki, o necə kövrək və zəif varlıqla iş görür. Və onu ətrafdakıların uzanmış əllərindən yayındıraraq ağappaq ağarmış xanımlara təhvil verirdi. İndi artist hər şeyə dözməliydi; onun başı sinəsinə sallanmışdı; bədəni çökəkliyə oxşayırdı; ayaqları, özünümühafizə instinktinin təsiri ilə, bir-birinə sıxılmışdı, buna baxmayaraq döşəmədə elə yeriyirdi ki, elə bil, bu əsil döşəmə deyildi, əsil döşəməni onlar hələ axtarırdılar… və artistin çox yüngül çəkisi təngnəfəs olub kömək istəyən xanımlardan birinin üstünə düşmüşdü – xanım şərəfli işi belə təsəvvür etmirdi. O, boynunu yana çevirirdi ki, heç olmasa sifəti artistə toxunmasın (buna müvəffəq olmurdu), o biri, daha bəxtli xanımsa ona kömək etməyərək, artistin əlini, bu kiçik sümük yığnağını aparmaqla kifayətlənirdi. Sonra köməksiz qalmış xanım, zalın heyrətli qəhqəhələri altında özünü ağlamaqdan saxlaya bilmirdi, nəticədə hazır dayanmış xidmətçiylə dərhal əvəzlənirdi. Sonra iş yeməyə gəlib çatırdı, impresario qidanı yarıyuxulu vəziyyətdə olan artistin boğazına güclə tökürdü. İmpresario bunu şən-şən danışaraq edirdi ki, tamaşaçıların diqqətini artistin həqiqi vəziyyətindən yayındıra bilsin. Bundan sonra camaatın şərəfinə sağlıq deyilirdi və impresarionun dediyinə görə, guya, bu sağlığı artist onun qulağına pıçıldayıb; orkestr daha güclü səslə tuş çalırdı, adamlar yavaş-yavaş dağılışırdılar. Bu tamaşadan narazı qalmağa heç kəsin haqqı yox idi, heç kəsin, təkcə artistin özündən başqa.

O, kiçik və müntəzəm fasilələrlə, uzun illər saxta və xəyali şöhrətlə yaşadı, lakin buna baxmayaraq, həmişə ruh düşkünlüyü içində oldu. Onun ruhi vəziyyəti ilə heç kim ciddi maraqlanmadığından daha da düşkünləşdi. Bəs onu nə ilə ovundurmaq olardı? O, insanlardan daha nə gözləyə bilərdi ki? «Bütün bu qəm-kədərin səbəbi əslində aclığın özüdür», deyib ona təsəlli verən (xüsusən də aclığın inkişaf etmiş mərhələsində) xeyirxah adamlara isə, artist elə cavab verirdi, elə qışqırırdı ki, sanki vəhşi heyvan qəfəsini laxladıb dağıtmaq istəyirdi. Düzdür, impresario belə vaxtlarda çıxış yolu tapırdı. O, artistin adından tamaşaya toplaşmış camaatdan üzr istəyib deyirdi ki, bu hərəkətin səbəbi artistin uzun müddət ac qalmasından yaranan əsəbilikdir, bunu tox adamlar anlaya bilməz. O, artistin «bundan da uzun müddət ac qala bilər» deməsini də bu əsəbiliklə bağlayaraq, onun yüksək təşəbbüsünü, arzusunu, fədakarlığını təriflədi. Sonra o, artistin bu fikrini, onun ac qalmasının qırxıncı günü yarıölü vəziyyətdə çarpayıda uzanılı halda təsviri olan və dərhal satılan fotoşəkillərinin nümayişi ilə təkzib etdi. Bu, artistə yaxşı məlum olsa da, həqiqətin növbəti dəfə təhrif olunması onun üçün ölümcül və axırıncı zərbə idi. Aclıq müddətinin vaxtından əvvəl qurtarmasının nəticəsini burda səbəb kimi göstərirdilər. Bu anlaşılmazlıqla, bu anlaşılmazlıq dünyası ilə mübarizə aparmaq mümkün deyildi. O, əvvəllər, əgər qəfəsdən tutub impresarioya böyük ümidlə, həvəslə qulaq asırdısa, indi, bu fotoşəkillər meydana çıxdıqdan sonra ümidləri tükənmiş halda ah çəkərək küləşin üstünə yıxılırdı və sakitləşmiş camaat yenidən yaxına gəlib məmnuniyyətlə ona baxırdı.

Belə səhnələrin şahidləri bir neçə ildən sonra bunları xatırlayanda, özləri özlərini anlamırdılar. Çünki, bu dövr ərzində artistin karyerasında ani olaraq böyük dəyişiklik olmuşdu; bəlkə də, burda daha dərin səbəblər var idi, amma onları kim aydınlaşdıracaqdı ki… Hər halda, gözəl günlərin birində bizim şıltaq və inadcıl artistin tamaşasına olan maraq itdi, camaat indi başqa əyləncələrə üstünlük verirdi. İmpresario onunla Avropanın yarısını bir dəfə də gəzdi, amma əbəs yerə, – hər yerdə gizlicə sövdələşibmişlər kimi az qala ac qalmaq tamaşasına antipatiya yaranmışdı. Əlbəttə, bütün bunlar gözlənilmədən baş verə bilməzdi və indi, geriyə nəzər saldıqda, bu qara günün gələcəyini xəbər verən bəzi nüansları xatırlamaq olardı. Lakin o vaxt, qazanılan uğurlardan sərxoş olaraq buna fikir verməmiş, lazımi ölçülər götürməmişdilər; indi isə artıq gec idi. Ac qalmaq tamaşasının zamanının nə vaxtsa mütləq gələcəyi fikri isə, heç kimdə şübhə doğurmasa da, bu zəif təsəlli idi. Özünün qeyri-adi bacarığını nümayiş etdirən artist indi nə etməliydi ki? Minlərlə insanı heyrətə salan artist, axı, yarmarkalardakı balaqanlarda çıxış edə bilməzdi, başqa sənətə yiyələnməyə gəldikdə, o, çox yaşlı idi və ən əsası da aclıq məharətinə fanatikcəsinə bağlanmışdı. Nə isə, axır ki, artist, karyerasında ən sadiq yoldaşı olan impresario ilə vidalaşdı və böyük bir sirklə kontrakt imzaladı. O, mütəəssir olmamaq üçün hətta müqavilənin şərtlərini də oxumadı.

Çoxlu miqdarda insanların, heyvanların və müxtəlif əşyaların daim bir-birini əvəz etdiyi böyük sirkə hər zaman istənilən artist lazım ola bilər, hətta ac qalmaq məharətini nümayiş etdirən artist də, amma bir şərtlə ki, o, lazımsız sorğu-suallarla zəhlə tökməsin; və bundan başqa, axı, artistin təkcə özünü yox, həm də onun keçmiş, məşhur adını işə götürmüşdülər. Bu sənətin bütün incəliklərini nəzərə alsaq, özünün əvvəlki formasıyla daha seçilməyən artistin sirkdəki yeni və sakit vəzifəsində başını birtəhər girləmək istədiyini demək olmazdı; əksinə, onda daxili canatma qətiyyən azalmamışdı və o hamını inandırmaq istəyirdi ki, (bu da həqiqətə oxşayırdı) indi də əvvəlki kimi yaxşı ac qala bilər, hətta deyirdi ki, əgər ona sərbəstlik versələr (bu isə ona vəd edilmişdi), bu dəqiqə dünyanı mat qoyar. Artistin zəmanənin ab-havasını nəzərə almadan dediyi bu fikrə, bilicilər sadəcə təbəssümlə cavab verirdilər.

Prinsipcə, artistin özü də real vəziyyəti başa düşürdü və onun qəfəsinin əsas nömrə kimi manejin ortasında deyil, küncdə, işıqlandırılmış və camaata açıq bir yerdə, heyvanların qəfəsinə yaxın qoyulmasını da sakit qarşıladı. Tamaşaçılar hər şeyi anlasın deyə, qəfəsin yanında onun haqqında məlumat yazılmışdı. Tamaşaçılar sirk nömrələrinin arasındakı fasilələrdə heyvanlara baxmaqdan ötrü qəfəslərə yaxınlaşarkən istər-istəməz aclıq edən artistin də yanından keçirdilər və orda bir az dayanırdılar; əgər arxadan gələn dəstə bu dar keçiddə dayanmanın səbəbini bilsəydi və hay-küy salmasaydı, bəlkə də artistə daha çox tamaşa edərdilər. Bu səbəbdən artistin səbirsizliklə gözlədiyi və həyatının mənası olan tamaşaçılar yaxınlaşanda onu titrəmə tuturdu. Əvvəllər onun nömrələr arasındakı fasilələri gözləməyə səbri çatmırdı; uzaqdan ona tərəf gələn kütləyə yalvarışla baxırdı, lakin, təəssüf, tezliklə əmin oldu ki, – hətta bilərəkdən və israrla xam xəyala dalmaq da sarsılmaz təcrübə qarşısında tab gətirmir, – bu insanların gəlişinin əsas səbəbi onun yox, yalnız heyvanların qəfəslərinə baxmaq marağıdır. Və onun üçün ən xoş olan bu, uzaqdan baxmaq idi, çünki, kütlə ona yaxınlaşanda mübahisə edən dəstələrin qışqırığı, söyüşləri aləmi başına götürürdü; – heyvan qəfəslərinə baxmaq istəyən arxadan gələn dəstəylə, artistə öz arzu və həvəsləriylə yox, inadkarlıqdan və arxadan gələnləri qıcıqlandırmaq məqsədiylə baxan dəstə arasında mübahisə gedirdi.

Camaatın çoxu dağılışandan sonra, gecikən tamaşaçılar da gəlirdi, – əlbəttə, artistə uzun müddət baxmağa onlara heç kim mane olmurdu, – amma onlar artistə gözucu baxaraq, onun yanından sürətlə keçib heyvanlara tamaşa edirdilər. Lakin hərdən artist üçün xoşbəxtlik də üz verirdi; hansı bir atasa öz uşaqlarıyla birlikdə gəlir, barmağıyla aclıq edən artisti göstərir, uşaqlarına hər şeyi, keçmiş illərdəki tamaşaları ətraflı surətdə izah edirdi. Uşaqlarsa, həyat təcrübələrinin azlığından artistə anlaşılmazlıqla baxırdılar – axı onların nə vecinəyidi ki, aclıq nədir? – amma onların hər şeylə maraqlanan gözlərində yeni, qarşıdan gələn mərhəmətli dövrlərin parıltısı sezilirdi. Bəlkə də, onda artist öz-özünə deyirdi: əgər mənim qəfəsim heyvanların yerinə bu qədər yaxın olmasaydı, hər şey daha yaxşı olardı. Axı indi, heyvan qəfəslərindən gələn üfunətli iy, gecələr onların səs-küyü, çiy ət yeyərkən mırıltıları bir yana qalsın, insanlar öz seçimlərini daha asan edərdilər. Həm də bütün bunlar artistə bərk toxunurdu və pis təsir edirdi. Amma o, bu haqda sirkin direktoru ilə danışmağa qərar verə bilmirdi; içərisində hərdənbir onun da tamaşaçısının olduğu bu qədər insana görə o axı, heyvanlara borcluydu və bir də kim bilir, yadlarına düşsəydi, onu uzaq küncdə gizlədəcəkdilər, həm də ona heyvan qəfəslərinə aparan yolda maneə kimi baxacaqdılar.

Doğrudur, günbəgün balacalaşan kiçik bir maneə kimi; insanlar ac qalma məharətini nümayiş etdirən artistin bu qəribə arzusuna artıq öyrəşmişdilər. Və buna görə də ona qəti hökm çıxarmışdılar. O, daha yaxşı ac qalsaydı da, buna ciddi cəhd göstərsəydi də, onu artıq heç bir şey xilas edə bilməzdi, onun yanından dayanmadan, ona baxmadan keçirdilər. Hünərin çatır, kiməsə ac qalmaq məharətini başa salmağa çalış! Kim ki, aclığı hiss etmirsə, o, bunu heç anlamaz da. Qəfəsdən asılmış cəlbedici yazıları toz basmışdı və oxunmurdu; onları cırmışdılar və heç kim də bu yazıları təzələmək fikrində deyildi; aclıq müddətini hesablamaq üçün asılmış rəqəmli lövhə ilk günlər dəyişdirilsə də, indi ona əl vurulmurdu. Yəqin ki, bir həftədən sonra sirkin personalını bu asan işlər də bezdirmişdi; və indi, artistin nə vaxtsa arzuladığı kimi aclıq etməsinə, xəyalında tutduğu sərhəddə qədər çətinlik çəkmədən irəliləməsinə baxmayaraq, heç kim bu günlərin hesabını aparmırdı və heç kim, hətta aclıq edənin özü də neçə gün ac qaldığını bilmirdi. Bu kədər daş kimi onun ürəyindən asılmışdı. Bu vaxt ərzində, əgər hansı bir avarasa onun yanında dayanıb köhnə rəqəmlərə baxıb gülsəydi və şişirtmədən, fırıldaqçılıqdan dəm vursaydı, bu, sözün əsil mənasında iyrənc bir yalan olardı, – anadangəlmə qərəz və ədavətin, etinasızlığın doğurduğu rəzil bir yalan. Çünki, aclıq edən artist aldatmırdı, – o, düzgün işləyirdi, – bu yalançı dünya onu layiq olduğu mükafatlardan məhrum etmişdi.

Nə qədər uzun çəksə də, istənilən aclığın bir həddi var. Bir dəfə heyvanların yanındakı qəfəs sirkin nəzarətçilərindən birinin gözünə sataşdı və o, əlaltılarından soruşdu ki, içində çürümüş küləş olan bu əlverişli qəfəs niyə burda boş qalıb? Heç kim buna cavab verə bilmədi, birdən kimsə rəqəmlər yazılmış lövhəni gördü və aclıq edən artist yada düşdü. Uzun ağacla küləşi o yan-bu yana çevirməyə başladılar və artisti tapdılar.

- Sən hələ də aclıq edirsən? – nəzarətçi soruşdu. – Axı, sən bu aclığı nə vaxt qurtaracaqsan?

- Siz hamınız məni bağışlayın, – aclıq edən artist pıçıldadı; təkcə qulağını qəfəsə söykəmiş nəzarətçi onu başa düşdü.

- Əlbəttə, – nəzarətçi dedi və yanında duranlara artistin halını anlatmaq üçün barmağıyla alnını döyəclədi, – biz səni bağışlayırıq.

- Mən həmişə istəyirdim ki, siz mənim ac qalmağıma pərəstiş edəsiniz, – artist dedi.

- Biz onsuz da buna pərəstiş edirik, – nəzarətçi mehribanlıqla dilləndi.

- Amma sizin buna pərəstiş etməniz heç də lazım deyil, – artist dedi.

- Deməli, onda biz bunu etməyəcəyik, – nəzarətçi cavab verdi. – Axı, nə üçün biz pərəstiş etməməliyik?

- Ona görə ki, mən ac qalmağa məcburam, başqa cür yaşaya bilmirəm, – artist dedi.

- Bir ona baxın, – nəzarətçi dedi. – Niyə başqa cür yaşaya bilmirsən?

- Ona görə ki… – artist başını qaldırıb sanki öpüş üçün uzadılmış dodaqlarıyla hər bir sözü anlaşılsın deyə, düz nəzarətçinin qulağına deməyə başladı, – çünki, ürəyimə yatan, dadlı qida tapa bilmirəm. İnan mənə, əgər mən bu yeməyi tapsaydım, özümə diqqət cəlb etməzdim, sən və başqa insanlar kimi iştahla onu yeyərdim.

Bu artistin axırıncı sözləri idi, lakin onun tutqunlaşan ölgün və sönük gözlərində daha məğrurluq qalmasa da, aclığı davam etdirəcəyini bildirən qəti ifadə vardı.

- İndi isə, buranı qaydaya salın! – nəzarətçi əmr etdi və ac qalmaq məharətini nümayiş etdirən artisti küləşlə birlikdə dəfn etdilər.

Qəfəsi isə cavan bir leoparda verdilər. Nə vaxtsa həyat olmayan qəfəsdə bu vəhşi heyvanın qürurla ora-bura qaçması hətta ən diqqətsiz adamlar üçün də fərəhli idi. Leopardın heç bir qüsuru yox idi. Nəzarətçilər, onun zövqüncə olan qidanı tez tapıb gətirirdilər, hətta, elə görünürdü ki, o, azadlıq üçün də darıxmır; axırıncı əzələsinə qədər hər şeylə təmin olunmuş bu nəcib vücud azadlığı da özüylə daşıyır; azadlıq onun yırtıcı dişlərində oturub. Və onun cəhəngindən həyat eşqi elə hərarətlə vururdu ki, onun qarşısında durmaq tamaşaçılar üçün də çətin idi. Lakin, onlar özlərini ələ alıb, hər tərəfdən qəfəsi əhatəyə alır və heç cür ondan uzaqlaşmaq istəmirdilər.

Ruscadan çevirəni: Samir BULUT

kOr – Korun gördükləri
Qaranlıq küçə, əynində nazik paltar, ayağında cırılmış ayaqqabılar, tir-tir əsən əllərini belinə büküb, çoxdan insan üzünə həsrət qalan, skamyaları sökülmüş bir parkın soyuq pilləkanlarında hərəkətsiz halda oturmuşdu.Evə getmədiyi artıq 3 gün idi. Ana söyüşü, ata zərbəsi artıq qorxunc deyildi.

Artıq universitetdə olan zibil tarix müəlliminin milliyətçi söhbətlərini dinləməyə, qurup yoldaşlarının saxta əhvalatlarına yalançı gülüşlərlə cavab verməyə məcbur deyildi. Heç sevgilisiylə görüşüb onu əlində saxlamaq üçün dəbdəbəli hədiyyələr verməyinə də ehtiyacı yox idi. Çünki artıq hamısını köhnə parkın pas atmış zibil qabına tullamışdı. İndi məhlə uşaqlarının “panyatka” söhbətləri nənəsinin öyrətdiyi “allah babalar”la bir yerdə – zibillikdə çürüyürdü. O artıq başqaları üçün yox özü üçün yaşamağa qərar vermişdi. Heç kəsi yox idi sonuncu “dost”u da onunla dalaşıb yaxşıca əzişdirmişdi. Sifətindəki yumruqdan çatlamış yaralara yağış damcıları dolduqca “dostluq”larının necə də “möhkəm” olduğunu hiss etməkdə çətinlik çəkmirdi. Pulu da qurtarmışdı telefonunu dünən 3 dəfə aşağı qiymətə telefon dükanın “dindar “ sahibinə satmışdı. Dükan sahibi bu telefonlara marağın azaldığını lakin ona yazığı gəldiyi üçün aldığını və savab işləmək istədiyini deyincə məcbur 300 manatlıq telefonu 100 manata satmalı olmuşdu. əslində o kişinin dediklərinin heç birini eşitməmişdi heç ona fikir verməmişdi ona sadəcə pul lazım idi çünki evdən qaçdığı 2 gün ərzində sadəcə yarım stəkan su içmişdi. Çox ac idi və bir neçə kafeyə girib öz vəziyətini danışdıqda onu dilənçi sanıb hər dəfəsində yumruqla çölə atmışdılar. Onun vecinə deyildi anasının axıtdığı göz yaşları, atasının atdığı ürək dərmanları çünki onu bu vəziyyət gəlməsinə məhz bu “qayğıkeş” valideynləri səbəb olmuşdu. “Məktəbdə sakit, oxuyan uşaq, məhlədə tərbiyəli, uşaqlara qoşulub üst-başını batırmayan, hamıya hörmətlə yanaşan, kimliyindən asılı olmayaraq böyük gələndə ayağa qalxan, həyatı doğulduğundan ölümünə qədər valideynləri tərəfindən sistemli şəkildə yazılan və bu sistemdən çıxmağa qəti icazəsi olmayan” bir “insan” sürətinə sahib idi ona düşünməy olmazdı axı valideynləri hər şeyi düşünmüşdü o kimdi ki valdeyn sözündən çıxıb qız sevsin axı hər şeyin öz vaxtı var axı anası ona öz qohumlarından filankəs müəllimin qızını alıb onu xoşbəx edəcəkdi. Ona sadəcə boyun əyib yaşamaq yox yox sürünməy qalırdı çünki o yaşamırdı axı o balaca idi valideynləri onun əvəzinə yaşayardı, axı onlar hər şeyi öz oğullarının yaxşılığı üçün edirdilər. Hər dəfə bu sözləri eşidəndə özünə nifrət edirdi bir neçə dəfə intihar yolunu sınamışdı amma bacarmamışdı. Öz düşüncələriylə yaşamayan insan necə özünü öldürə bilərdi axı bu həyat onun yox ana atasının həyatı idi və nə qədər sınasa da hər şeyə son qoya bilməmişdi ona görə də bu seçimi bir neçə müddətlik təxirə salmışı amma özünə sözü varıydı nə vaxtsa rahat ölə biləcəkdi son bir ayda həddindən çox düşünürdü ölə bilmədiyinin, niyə bacarmadığının cavabını axtarırdı və deyəsən yavaş-yavaş tapırdı – axı özü istədiyi kimi yaşamır axı beynindəkiləri onunku deyil. Aha tapdı. Deməli dəyişməlidi amma necə? Nə etsin? Hardan başlasın? Əvvələ qayıtmalıdı lap əvvələ.

100 manatı alıb telefon dükanından uzaqlaşdı. İlk girdiyi yer qovulduğu kafelərdən biri oldu. Boş stollardan birində oturdu ofsiant onu tanıyıb qovmaq istəmişdi lakin pulu görüncə geri çəkilib yemək siyahısını uzatmışdı. O bir daha insanlığa nifrət etmişdi. Çünki offsiantı və kafedə çalışanları bir neçə dənə üsütndə xəritə şəkilli rəngli kağız parçasına satın almışdı. Dünən qovulduğu kafenin ən bahalı yeməyini sfiriş elədi. Adi bir dönərlə də qarnını doyura bilərdi onun üçün yeməyin heç bir fərqi yox idi sadəcə doyması ona kifayət idi lakin bu yeməyi sifariş edəndə ofsiantın üzün görüb yenidən nifrət etməyə səbəb axtarırdı.yarım saat sonra yeməyini bitirib hesabi verdi 40 manat. Lənət olsun! Qapını açıb çölə çıxanda öz şəklini televizorda gördü. Aparıcının yalançı üzüntüsü sonra anasını göstərdilər göz yaşları, “oğlum oğlum” sözləri sonra atası. Gördüklərindən bir az cəsarətə gəlimişdi birinci dəfə idi ki valideynlərinin sözündən çıxıb istədiyi kimi etmişdi. Özünə görə öz istədiyi kimi yaşamışdı nə ana qınağı nə də ata şallağı yox idi. Deyəsən azadlıq adlı ağacın ilk meyvələrini dadmağa başlamışdı. Gündüzlər harda gəldi gəzir gecələr isə həmin parka gəlib yenə də ÖZ düşüncələri ilə yalnız qalırdı və parkda yatırdı. Park çoxdan tərk edildiyindən onu narahat edən heç bir səbəb və ən əsası insan adlı vəhşi gəmirici yox idi. Beləcə 1 ay keçmişdi evdəkilər artıq ondan əllərini üzmüşdülər. O azad idi. Istədiyi yerə gedir istədiyi işlə məşğul olur istədiyi kimi düşünürdü. Istədiyi vaxt ağlayıb qışqırır istədiyi vaxt ürəkdən gülürdü. Bir neçə müddət sonra özünə verdiyi söz yadına düşmüşdü TAM AZAD OLDUĞU ZAMAN ÖZÜNÜ ÖLDÜRƏCƏY. Artıq istəyinə nail olmuşdu azad idi və özünə yalan deməməy üçün intihara hazır idi. Parkda olan köhnə sınıq karusellərin birinə yaxınlaşdı əlinidəki tozlu kəndiri karuselin dəmirindən bağlayıb boğazına keçirdi. Gözlərini yumdu üzündə qəribə bir sevinc var idi gözlərini yummuşdu amma gözərinin belə güldüyünü sezməy çətin deyildi. Axırda bu sözləri deyib hər şeyə son qoydu. “Sağ ol fahişə həyat! Səni incitdiyim üçün üzr istiyirəm, sən məni aldadaraq öz murdar yatağına salıb sevişə bilmədin. Öz iyrənc xəstəlikərin mənə keçmədi. Mən təmiz ölürəm özüm olaraq ölürəm inan bu necə zövq verir anlaya bilməzsən. Çünki fahişələr ancaq bir şey üçün yaşayır sən də onlardansan. Çox yormuram səni mən gedirəm….sağ ol..”.. bir neçə saniyəlik xirilti, əl-qol hərəkətləri, və son o öldü.Belə polis bəy bundan başqa bir şey eşitmədim.

Bir polis bölməsi idi içəridə 4 nəfər. Həmin oğlanın ana, atası, posil məmuru və hadisələrin şahidi olan həmin kimsəsiz parkda yaşayan bir kOr qoca. O artıq bütün əhvalatı danışmışdı. Kor gözlərindən yaşlar axırdı çünki o da oğlan kimi bir neçə il əvvəl bunları yaşamışdı amma cürəti çatayıb özünü öldürə bilməmişdi. Polis oğlanın valideynlərinə baş sağlığı verib bir neçə saata tibbi ekspertdən keçdikdən sonra meyidi onlara təhvil verəcəylərini bildirdi. Otaqdan çölə çıxandan kor qoca oğlanın valdeynləri ilə söhbətdə bildirdi “o uşağı bu vəziyətə siz gətirdiz. Siz istəmədən onu məhv etdiz. İndi nəyə lazımdı ağlamaq üz-göz cırmaq? O uşaq geri qayıdan deyil sizdən yalvarıram o biri övladlarınızı belə korlamayın sahib çixin amma öldürməyin”

Valideynlər öz səhvlərini başa düşmüşdülər 1 yaşlı körpələrini başqa cür böyütməyə başlamışdılar həmin oğlan öz qardaşının bədənində yenidən yaşayırdı bu dəfə öz uşaqlığını azad və qorxusuz.

Bir neçə gün sonra yenə intihar eyni park eyni kəndir bu dəfə qoca idi özü də kor. Nəhayət özünə veridiyi sözə sahib çıxmışdı. Cəsarət tapıb göz yaşları içində amma sevinclə intihar etmışdi…….

p.s. azad olub öz düşüncələrimizlə yaşamaq üçün daha neçə kOr”un intiharını gözləməlisiz ? belə valideyn olmaq yaxşıdı? Həə? Nəsə deyəsən boş boşuna yazıldı bu yazı çünki bunu da görməzsiz axı sizə sərf eləmir. Düzdü yox yox bu sizə aid deyil axı siz yaxşı insansız.

Əslində kor olan mən yox sizsiz mənim gözlərimiz olmasa da qəlbimlə görürəm amma siz…siz… (növbəti intihar)

Sura Rzayeva – Panteizm (Part 1+2+3)
Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə 2 məsələ diqqət mərkəzində idi. İnsan və təbiət problemləri. Təbiət problemləri daha maraqla öyrənilməyə başlanıldı. Bu dövrdə yeni bir termin çıxdı qarşımıza. Yeni termin amma köklü və qədim bir fikir. Panteizm. Bəs nədir panteizm?

Panteizm sözü də, digər teoloji sözlər kimi yunan dilindən gəlir. “Pan” bütün yaxud hər şey, “theos” isə tanrı mənasındadır. Birlikdə götürüldükdə “hər şey tanrıdır” mənasını verir. Beləliklə panteizm hər şeyi necə olursa olsun tanrının yəni geniş mənada təbiətin bir parçası kimi qəbul edir. Bizim qalaktika, ulduzlar, günəş sistemi, bütün canlılar, fikirlər, düşüncələr, insanlar,  hər şey tanrı adlandırılan bir şeyin tərkib hissəsidir. Onların fikrincə tanrı hər şey, hər şey isə tanrıdır. Bəs tanrı nədir? Onlar tanrını necə görürlər, yaxud nəyə tanrı deyirlər?  Onların tanrı dedikləri şey teistlərin tanrısıdır yoxsa paganistlərin? Yoxsa yeni bir anlayışdır? Nədir tanrı?

Panteistlər deyirlər ki, biz kainata sitayiş edirik, hər hansısa fövqəltəbii qüvvədən danışmırıq. Biz kainatın bir hissəsiyik. Yer kürəsi kainatdan yaranıb və bir gün yenidən kainata sorulacaq. Biz kainat ilə eyni maddə və enerjidən yaranmışıq. Biz burada sürgündə deyilik, biz burada öz evimizdəyik. Bura elə bir yerdir ki, biz hətta cənnətlə də üz-üzə gəlmək şansına sahibik. Əgər biz inanırıqsa ki, bizim real evimiz bura yox ölümdən sonra hər hansısa bir yerdir, əgər biz inanırıqsa ki, möcüzəvi sirlər yalnız qədim kitablarda, qədim binalarda, bizim beynimizin içində yaxud da bu reallıqdan kənarda mövcud ola bilər, onda biz bu real, möhtəşəm və işıqlı dünyaya qaranlıq gözlüklərdən baxırıq. Kainat bizi yaradır, qoruyur və məhv edir. O bizim hislərlə çata bilməyəcəyimiz qədər dərin və qədimdir. O sözlərlə təsvir olunmayacaq qədər gözəldir. O elmlə tamamilə izah edə bilməyəcəyimiz qədər mürəkkəbdir. Bu möhtəşəm varlıq hər yerdədir, bizim içimizdə, bizdən kənarda, ətrafımızda və biz istəsək də ondan ayrıla bilmərik. Biz təbiətdə insanı ana bətnində olan uşağa bənzədirik. Onun bir parçasıdır və onsuz mövcud ola bilməz. Biz yaradıcımız kainatla hörmət, pərəstiş, qayğı, dərin anlama hissi ilə əlaqə yaradırıq. Amma teistlər yaradıcı ilə dua edərək əlaqə saxlayırlar, sanki orada biri durub onun dualarına cavab verə bilir.

Biz təbiətə hörmət edir və qoruyuruq dedikdə, bir teistin kilsə, sinaqoq və məscid, yaxud öz müqəddəsləri haqqında dedikləri qədər məsuliyyətli və inamlı söz demiş oluruq. Amma biz hər hansı fövqəltəbii varlıqdan danışmırıq. Bizim fikirlərimiz bunlardır: Biz təbiətin bir hissəsiyik. Təbiət bizi yaradır və ölüm anında yenidən təbiətə sovruluruq. Biz təbiətdə və öz bədənlərimizdə evdəyik. Olmalı olduğumuz yerdəyik. Elə bir yerdəyik ki, qəbirdən sonra uydurulmuş xəyali bir dünyada tapa bilməyəcəyimiz cənnəti belə yarada yaxud tapa bilərik. Əgər təbiət yeganə cənnətdirsə, onda təbiətdən ayrılma cəhənnəmdir. Biz təbiəti məhv etdikdə, yer üzərində özümüz və digər canlılar üçün cəhənnəm yaradırıq. Təbiət bizim anamız, evimiz, təhlükəsizliyimiz, sülhümüz, keçmişimiz və gələcəyimizdir. Biz təbiətlə, teist insanların kilsə, sinaqoq yaxud məscidlərlə etdiyindən daha çox hörmət və incəliklə rəftar etməliyik.

Həqiqətən də panteizm mükəmməl bir düşüncədir. Bəs belə bir mükəmməl düşüncə məhz XVIII əsrdə ortaya çıxdı, yoxsa həmişə mövcud olmuşdur? Panteizmin tarixi nədir? Öz köklərini nə vaxtdan, nədən, yaxud kimlərdən götürür?

İlk dəfə panteizm yaxud panteist termini ingilis dilində 1705-ci ildə irland yazıçısı John Toland tərəfindən işlədilmişdir. O, bu sözü Spinozanın fəlsəfəsini və ideyalarını izah etmək üçün işlətmişdir. Öz ideyasına 1710-cu ildə Leyibnitsə yazdığı məktubda bu sözlərlə aydınlıq gətirmişdir: “Panteistik düşüncə kainatdan başqa bir əbədi varlığa inanmamaqdır.” Bu termin XVIII əsrdən əvvəl yəni John Tolanddan əvvəl işlənməmişdir, çünki mövcud deyildi. Lakin bundan çox-çox əvvəllər filosoflar, ayrı-ayrı yazıçılar, incəsənət xadimləri, fəlsəfi və dini məktəblər panteistik ideyalar ifadə etmişlər.

İlk əvvəllər qədim Şərq, ən əsası qədim  Çin və Hind fəlsəfəsində rast gələ bilərik ilkin panteist düşüncələrə. Ondan sonra isə Qərbdə əsasən isə, qədim yunan fəlsəfəsində qarşımıza çıxır bu düşüncələr.

Qədim Hindistan fəlsəfəsi ən ilkin panteist ideya və düşüncələri ifadə etmişdir. Hind dini mətnlər və əlyazmaları ən qədim panteist yazılardır. Bu ideya onların qədim dini etiqadları Vedalarda öz əksini tapmışdır. Hind teologiyasında, Brahma kainatda bütün şeylərin dəyişməz, sonsuz, daimi, anlaşılmaz və  möhtəşəm mövcudluğudur və həmçinin mövcud olmuş, olan və olacaq olan hər şeyin cəmi yaxud vəhdətidir. Bu panteist təlimləri qədim Upanişat sonralar isə Advaita fəlsəfəsindən izləyə bilərik. Upanişatın bütün Mahāvākyaları  yəni “böyük məsəllər”-i bu və ya digər şəkildə Brahmanın dünya ilə vəhdət yaxud birliyini ifadə edir. Chāndogya Upanişat deyir ki, bütün bu kainat həqiqətən də Brahmadır; hər şey ondan davam etdirilir; hər şey onda həll olunur;  hər şey onda nəfəs alır və verir, beləliklə icazə ver hər kəs ona sakitcə pərəstiş etsin. Daha sonralar isə belə deyilir:

“Brahmadan yerdəki torpaq yığınına qədər hər şey Brahmadır. Brahma dünyanın maddi və məhsuldar səbəbidir. O güldanı yaradan dulusçudur; eyni zamanda materialın hazırlandığı gildir. Hər şey ondan yaranır və o günəşdən yayılan işıq kimi tükənməz və azalmazdır. Hər şey partlayan köpüklərin havaya, axan çayların okeanlara qarışdığı kimi yenidən ona qovuşur. Hər şey ondan yaranıb ona qayıdır, eyni ilə hörümçək torunun hörümçək tərəfindən yaradılıb onun tərəfindən də məhv edildiyi kimi. ”

Rigveda himnlərində panteistik düşüncələr əvvəldən hiss oluna bilər. Burada kobud və bəsit inam olan çoxallahlılıq, şairlər arasında çox vacib mütəfəkkirlər tərəfindən süquta uğradılmış və bəzi misallarda daha yaxşı məmnun edici bir inam axtarılmışdır, cavab isə bütün mövcud olan hər şeyin, bütün tanrıların birləşdirilməsi bir təkdə cəmləşdirilməsi və bir tək olaraq götürülməsi idi.

Bütün bunlardan başqa Hindistanda sonrakı dinlər, Vaişnavizm və Saivizmdə də teist ideyalarla paralel şəkildə panteist ideyalar ifadə edilmişdir.

PART 2

Qədim Çin fəlsəfəsində isə panteist ideyaları asanlıqla görə bilərik. İlkin din olan Daoizmin yaradıcıları Laozi və Zhuangzi də həmçinin panteist olmuşlar. Daoizmin ideyalarında isə bu açıq aydın görünür. Nə qədər ilkin və ibtidai olsa da, nə qədər bəsit və sadə olsa da panteizmi tapa bilərik. Daoizmdə “dao” sözü bədii dildə “yol” kimi tərcümə olunur. Həyatın yolu. Lakin Çin xalq dini və fəlsəfəsində bu sözə daha mücərrəd mənalar yüklənmişdir. Daoizm təlimi yaxud dini Daonun 3 əsas qiymətli daşını vurğulamışlar: mərhəmət, mülayimlik və itaətkarlıq. Lakin bütün bunlarla birlikdə Daoist ideyalar bütünlüklə təbiət üzərində cəmlənmişdir. Dao insanlıqla kosmos arasında, sağlamlılıq və uzun ömürlülük arasında,  və wu wei yəni hərəkət və hərəkətsizlik arasında harmoniya, qısaca kainatda olan hər şeyin harmoniyası və bütövlüyü idi. Dao həm hər şey həm də heç nədir, həm hərəkət həm sükutdur. Dao hər şeydir.

Bundan başqa digər məktəb Konfusiçilikdə də panteist ideyalara rast gələ bilərik. Məsələn Konfusiçiliyin Shu-Hsien Liu tərəfindən hazırlanmış əsas mövzusu Chung Yungda belə deyilir:

“Cənnət yeganə varlıqdır ki, kainatda fasiləsiz işləyir. O yaradır yer kürəsi isə ona kömək edərək saxlayır. Bu ikisi kainatda yaradıclıq prosesini saxlayan iki əsas gücdür. “

Antik qərb dünyasında isə panteist fikirlər möhtəşəm mütəfəkkirlər olan Anaximander, Thales, Anaximanes, Heraklit və Parmenides kimi presokratistlerə gedib dayanır. Bu mütəfəkkirlər eradan əvvəl VII- Vİ əsrləri çiçəkləndirmişlər, lakin heç biri açıqca panteist sistemi qeyd etmədən, materiyanın ilahi təbiəti haqqında fərqli fikirlər irəli sürmüşlər.

Heraklitin əsas xidməti materiyanın sabitliyini rədd etmək və hər şeyin kainatın müqəddəs oduna bələdçilik edən logosun fiziki təzahür formaları olduğunu təkid etməkdən ibarət idi. Logos özü çox önəmli bir fəlsəfi termindir, sözün mənası “söz”, “hesab” yaxud “səbəb” mənalarını versə də, bu sözü ilk dəfə istifadə edən Heraklit onu kainatda elmin və qanunların əsası, ilkin səbəbi mənasında istifadə etmişdir. Stoicslər fərqlilik edərək bütün hər şeyin logosun yox pnuemanın fiziki təzahür formaları kimi qəbul etmişlər. Phuema isə elə dünyanın və kainatın özünün fiziki substansiyası idi. Burdan da belə çıxır ki, onlar hər şeyi bu kainatın tərkib hissəsi kimi qəbul edir, kainatı biraz ilahiləşdirərək hər şeyin onu fiziki təzahür forması kimi qəbul etmişlər.

Eleya məktəbi bütün mövcudluğu ilkin materiyanın şərtləri əsasında izah etmiş və hər şeyin daimi hərəkətdə olduğunu qeyd edərək Herakliti təkrarlamışlar. Elatlar bildirmişlər ki, hər şeyin düzgün izahı varlığın universal birliyi konsepsiyasında yatır. Onların təliminə görə, hisslər bu birliyi anlaya bilməzlər, çünki onların anlamaları yaxud hesabatları ziddiyyətlidir. Yalnız düşüncə ilə hisslərin verdiyi yanlış və saxta görünüşü keçib, varlığın idrakına çata bilərik, əsas həqiqət isə belədir: “hər şey vahiddir, hər şey birdir ”. Onlara görə yaradılış deyilən bir şey yoxdur. Çünki varlıq, heç nədən yaradıla bilməz və hər hansı bir şey özündən fərqli olanın üzərində qalxa bilməz.

Xenophanes özü, “bütün insanlar və tanrılar arasında ən böyük olan tanrı” konsepsiyasını irəli sürmüş və onu mücərrəd, ümumi, dəyişməyən, daimi və həmişə mövcud olan adlandırmışdır. Dövrün çoxallahlılığının hücumlarına və kainatdakı hər şeyin ilahi rabitəlilik eyhamlarına baxmayaraq, o, özünün tək tanrı konsepsiyasından geri çəkilməmişdir.

Beləliklə antik dövrün panteist ideyalarına nəzər saldıq, lakin bütün bu ideyaların mövcudluğuna və bütün bu filosofların, məktəb və təlimlərin cəhdlərinə baxmayaraq, istər Qərb istər də Şərq dünyasında, həmin dövrün əsas fəlsəfi və dini görüşü politeizm yaxud çoxallahlılıq idi.

Tarixin daha sonrakı dövrlərinə nəzər saldıqda isə qarşımıza Orta Əsrlər dövrü yaxud Qaranlıq dövr çıxır. Bu dövrə qaranlıq dövr deyirəm, çünki həmin dövr, daha sonrakı, hətta müasir dövrdəki insanların dünyagörüşlərinə, düşüncə və məntiqlərinə bir ləkə olmuş və gec təmizlənəcək fikirlər formalaşdırmışdır. Həmin dövrdə yaranan dinlər, əsasən Xristianlıq və İslam, ümumiyyətlə Orta Əsrlər sxolastikası panteizmi təqib etmiş və onun inkişafına həqiqətən maneələr törətmişdir.

Əgər Antik dövrdə insan təbiətin bir parçası hesab olunurdusa, hər şey vahid halda, birlikdə götürülürdüsə, Orta əsrlərdə hər şeyin, kainatın da, təbiətin də, insanın da varlıqdan kənarda olan bir şey – tanrı tərəfindən yaradılması fikri irəli sürüldü. Tanrı kainatı yaradan, ondan üstün olaraq onu idarə edən, təyin edən və ondan asılı olmayaraq mövcud olan bir varlıq kimi qəbul edilmişdir. Lakin o – tanrı, təbiətdən fərqli olaraq insana ruh və şüur vermişdir. Buna görə də insana təbiətdən daha çox dəyər verilmiş və təbiət bir addım arxada durmuşdur. Çünki insan özünü tanımış və möhtəşəm olduğu qənaətinə gəlmişdir. Lakin bu möhtəşəmliyin daha da möhtəşəm bir varlığın – kainatın tərkib hissəsi olduğunu unutmuş və yalnız tanrı tərəfindən ayrılıqda yaradıla biləcəyini və hər şeyin ondan asılı olduğunu, təbiətin ona xidmət etmək üçün yaradıldığını və özünün həyatın yaradılma səbəbi kimi mahiyyət kəsb etdiyini  düşünmüşdür.

Bu dövrdə panteistik və ona qarşı olan ideyaları da, Şərq və Qərb olaraq ayrılıqda öyrənmək lazım gəlir və bu zaman qarşımıza iki əsas fəlsəfə çıxır. Dini və elmi fəlsəfə.

Şərq dünyasında dini fəlsəfə olmasına baxmayaraq, Sufizm panteistik ideyalar təbliğ edirdi. Sufizm öz teoloji köklərini Qnostisizmdən götürmüş və buna görə də özündə panteist ideyaları ifadə etmişdir. Misal olaraq, məşhur sufilərdən Rumi və Hafizin yaradıcılığının xatırlaya bilərik. Onların yaradıcılığı ilə dərindən maraqlandıqca, açıqca panteist ideyaları görə bilərik. Bundan başqa həmin dövrün sufilərindən olan, Muhyiddin İbn Arabinin tanrı haqqında dediyi bu fikirlərdə də, panteist ideyalar görə bilərik:

“Heç kim onu tapa bilməz, təkcə o özünü tapar. Heç kim onu bilməz, o özünü bilər. O özünü özü sayəsində bilir. Digər tərəfdən o özünü anlaya bilməz. Onun keçilməz pərdəsi elə onun vahidliyidir. Digər tərəfdən o özünü gizlətmir. Onun örtüyü elə onun mövcudluğudur. O, başa düşülməyəcək bir tərzdə öz vahidliyi ilə örtülmüşdür. Digər tərəfdən, o özünü görmür. Yalnız peyğəmbər, elçi yaxud kamilləşmiş müqəddəs ona yaxın olur. Onun peyğəmbəri özüdür. Onun elçisi özüdür. Onun xəbəri özüdür. Onun sözü özüdür. O öz sözünü özündən başqa vasitəçi yaxud səbəbkar olmadan özü vasitəsilə göndərmişdir, özündən özünə. Digər tərəfdən onun mövcudluğu yoxdur və beləliklə o, heç nədir və hər şeydir. “

Qərbdə isə Xristianlığın ilkin növü hesab olunmasına baxmayaraq, həmin dövrdə Qnostisizm panteistik ideyalar ifadə edirdi. Qnostisizmi yalnız Qərbə aid etmək olmaz. Qnostisizm özü bir din yaxud ayrılıqda bir inanc kimi ortaya çıxmamışdır. O, özündə antik yunan mifologiyasını, Zərdüştlüyü, Şərq dünyagörüşünü və Xristianlığın ektektik vəhdətini verir. Bu təlim Xristianlıqdan bir neçə əsr əvvəl mövcud olmuş və Roma, Arian gotları, Fars imperiyası tərəfindən idarə olunmuş və II və III əsrlərdə Aralıq dənizi hövzəsi və Orta Şərqdə yayılmışdır. Qnostisizmin tanrı görüşü panteistik idi. Onlara görə tanrı hər şeydə məskunlaşıb və  mənbədən tutmuş hər şey tanrıdır. Onlar tanrının bilavasitə yer kürəsi, insanı və ümumiyyətlə hər şeyi yaratdığını qəbul etmirdilər. Elə bu hər şey özü tanrı, yaxud onların deyimi ilə Demiurge idi. Onlar yaradıcını belə adlandırırdılar və bu yaradıcı hər şey olsa belə, heç də mükəmməl deyildi, əksinə natamam idi. Əlbəttə bunu deməklərində səbəb isə, həyatdakı çatışmazlıqlar və əxlaqsızlığı görməkləri idi.

Daha sonra meydana gələn Xristianlıq nəticəsində, IV – XVI əsrlər ərəfəsində, Panteizm geriləmişdir. V əsrdə, dini fəlsəfənin məşhur filosofu və xristian olan Avqustin, öz əsərlərində Panteizmi ciddi şəkildə tənqid etmişdir. Əsasən “Tanrının şəhəri” adlı əsərində panteizmi daha çox tənqid etmiş və bu dünyadan kənarda, yaxşı insanların gedə biləcəyi bir dünya – tanrının şəhəri olduğunu qeyd etmişdir.

PART 2

Tarixdə irəlilədikcə yeni panteist ideyalar qarşımıza çıxır. Amma Xristianlığın Roma imperiyasında bərqərar olunmasından sonra, panteist ideyalar ifadə etmək təhlükəli idi. Həmin dövrdə Meister Eckhart kimi panteistlər cəmiyyətdən təcrid olunmuş, Jakob Bohme ölkədən sürgün edilmiş, digərləri yandırılmış və onların kitabları qadağan edilmiş, əlyazmaları isə məhv edilmişdir.

İlk xristianlıqdan sonrakı panteist kimi Cordano Brunonun adını çəkmək olar. Bruno qədim materialist ideyaları yenidən canlandıran ilk yazıçılardandır. O böyük Roma şairi Lukretsidən iki əsas ideya götürmüşdür: sonsuz dünyalar ilə birlikdə sonsuz kainat və atomların müxtəlif yollarla birləşib yaratdığı və gördüyümüz hər şeyi təşkil edən maddə. Kopernik isə ona həlledici təsiri etmişdir. Elə həmin dövrdə Kopernik günəşi kainatın mərkəzi kimi göstərmiş və bütün planetlərin günəşin ətrafında hərəkət etdiyini göstərmişdir. Bruno isə bunun əsasında yerin kainatın mərkəzi olmadığının sübutunu tapmışdır. O, bu fikri təsdiq edən ilkin müasirlərindən olmuşdur və o qeyd etmişdir ki, orada sonsuz sayda dünyalar olmalı, hətta onların bəzilərində bizimki kimi canlılar məskunlaşmışlar, lakin sonsuz kainatın mərkəzi olmamalıdır. O hətta əvvəlcədən nisbilik haqqında demiş və bu kainatda heç bir üstün yerin olmadığını, hərəkət və hətta ağırlığın belə müşahidəçi üçün nisbi olduğunu bildirmişdir. Lukretsi kainatı boşluğun içində daimi hərəkətdə görmüşdür. Bruno da həmçinin əbədi hərəkət və dəyişimi qəbul etmiş lakin o daha irəli gedərək əbədi maddə və əbədi ruhun möhkəm birliyini qeyd etmişdir. Brunoya görə kainat tanrı, tanrı isə kainat idi. Dəyərli fikirlərinə baxmayaraq, Cordano Bruno 1600-cü ildə panteist ideyalarına görə yandırılmışdır.

XVII əsrdə panteist ideyaların ifadəçiləri Leybnis və Spinoza olmuşlar.

Spinoza tarixdə ən böyük panteistlərdən olmuş və panteizm üzərində maraqlı fikirlər irəli sürmüşdür. Onun dini fikirləri yəhudi icmasına uyğun gəlmədiyi üçün cəmiyyətdən tədric olunmuş və daima təqib olunmuşdur. Spinozaya görüşləri haqqında sakit qalması üçün 1000 florin təklif olunmuş, lakin o etiraz etmişdir. O bütün mükafat və şərəf medallarından imtina etmiş və atasından qalan miras payının 1 çarpayıdan başqa hamısını bacısına vermişdir. 1677-ci ilin fevral ayında isə ağciyər xərçəngindən ölmüşdür.

Spinoza öz fəlsəfəsini “Əxlaq” adlı mücərrəd əsərində cəmləmişdir. O əsərə kosmos yaxud təbiəti göstərərək deyil, tanrının nəzəri izahını verməklə başlayır. Əsərin davamında isə öz fikirlərini həndəsi metodlar, ciddi fiziki qanunlar, teorem və aksiomlarla izah edir. Şübhəsiz ki, bu metodla o, öz fəlsəfəsini çox möhkəm bir qaya üzərində inşa edəcəyini düşünübmüş, lakin bəzi hallarda, onun təqdim etdiyi  teorem və qanunlar mübahisələr doğurur.

Spinoza Rene Dekardın təsiri altında olsa da, onun dualizmini qəbul etməmiş və monizm prinsipindən çıxış etmişdir. O təbiət və tanrını vahid substansiya şəklində qəbul etmişdir. İnanırdı ki, mövcud olan hər şey tanrıdır. Belə ki, o, tanrının mövcud olan hər şeydən üstün olduğunu qeyd etmirdi. Ona görə tanrının sonsuz keyfiyyətləri vardır, biz isə sadəcə ikisini dərk edə bilirik: düşüncələr və genişlənmə. Ona görə tanrı kainatda olan bütün ölçülərdə mövcuddur. Lakin Spinozanın tanrısı hər hansı bir teistin tanrısı deyildi. O bu sözü biraz fərqli mənada istifadə edirdi. Onun tanrısı kainat idi. Onun tanrısı hər şey idi. Ona görə təbiətdə ən yaxşı şey isə elm və bilikdir, tanrını axtaran bilik, axtararkən həqiqətləri öyrəndiyimiz bilik, hansı ki, bizi ehtiraslarla despotizmdən, qorxudan azadlığa, bəxtə qismətə, inamdan sadəliyə və həqiqətə apara bilər.

Spinoza əvvəllər ateist kimi adlandırılmış və bu adla haqsız olaraq günahlandırılmışdır. Çünki onun tanrı anlayışı, o dövrün məşhur yəhudi və xristian tanrılarına uyğun gəlmirdi. Lakin sonralar romantiklər onun təbiət və tanrı eyniləşdirməsindən heyran olmuş və onu unudulmaqdan xilas etmişlər.

Panteizmin tarixində digər görkəmli şəxs isə böyük alman riyaziyyatçısı və filosofu Gottfried Leybnis olmuşdur. O XVII əsrin məşhur rasionalistləri Rene Dekard və Baruch Spinozanın əhatəsində olmuşdur. Lakin o nə Rene Dekardın dualizmini, nə də Spinozanın monizmini qəbul etmişdir. Leybnis substansiyanın çoxluğu tezisindən çıxış etmişdir.

XVIII əsrdə Friedrich Yakobi və Moses Mendelsohn arasında Pantheismusstreit adlanan Panteizm polemikası olmuşdur. Yakobi, Spinozanın fəlsəfəsi ilə yaxından tanış olduqdan sonra açıq aydın bildirmişdir ki, Spinoza fəlsəfədən heç nə bilmirmiş və dedikləri sözlərin heç bir mənası yox imiş. Onun dediyinə görə bu fikirlər panteizm yox, Spinosizm adlanmalıdır və Spinosizm özü ateizmə bərabərdir. Lakin Mendelson olunla razılaşmamış və demişdir ki, panteizmlə teizm arasında böyük fərq yoxdur.

XIX əsrdən başlayaraq isə Panteizm kilsə tərəfindən yenidən təqiblərə məruz qaldı. Lakin bu Orta Əsrlər səviyyəsində ola bilməzdi. Katolik kilsəsindən IX Piusun bütün maneələrinə baxmayaraq, panteizm çiçəklənməyə davam edirdi və bu çiçəklənmə 1851-ci ildə Shopenhauerin bu sözləri deməsinə imkan yaratmışdır: “Artıq Panteizm təhsilli insanların və ziyalıların aparıcı düşüncə tərzi olmağa başlayıb. “ Bu dövrün məşhur panteistləri kimi Almaniyada Fichte, Hegel, Schelling, Amerikada Walth Whitman, Ralph Emerson və Henry David Thoreaunun adını çəkə bilərik. Bütün XIX əsrdə panteizm gələcəyin dini kimi bir hiss bəxş edirdi.

XX əsrdə Panteizm Kommunizm və Faşizm kimi siyasi ideologiyalar, iki dünya müharibəsinin travmatik çevrilişləri, sonralar isə Existensializm və Post- Modernizm ilə paralel surətdə inkişaf etməyə başladı. Amma bütün bunlara baxmayaraq roman yazıçısı Laürens, şair Robinson Jeffers, memar Frank Lloyd Wright, tarixçi Arnold Toynbee və alim Albert Einştein kimi möhtəşəm və dahi panteistlər formalaşmışlar.

Albert Einşteinin dini fikirləri həmişə şübhəli olmuşdur, çünki o öz kitabında “din” və “tanrı” terminlərini çox işlətmiş və dindarlar bundan istifadə edərək onu dindar adlandırmışlar. Lakin Einştein yazdığı məktublarda özü haqqında fikirlərə açıqlıq gətirməyə çalışmış və aşağıdakı sözləri demişdir:

“Dini görüşlərim haqqında oxuduqlarınız həqiqətən də bir yalandır, həmişə təkrarlanan böyük bir yalan. İnsan surətində bir tanrıya inanmıram və bunu heç vaxt inkar etmədim, əksinə həmişə açıq aydın ifadə etdim. Əgər içimdə dini olaraq izah edə biləcəyim bir hiss varsa, bu dünyanın quruluşu qarşısında olan sonsuz heyranlığımdır, təbii ki elmin izah edə bildiyi qədəri ilə.

Mən içdən inanan bir inancsızam. Bu biraz yeni tip bir inancdır. Mən təbiətə heç vaxt bir səbəb, məqsəd yaxud antropomorfik bir məna yükləmədim. Kainatdan anladığım tək şey, onun bizim dərk edə bilməyəcəyimiz qədər möhtəşəm olduğudur. Bu mistizm ilə əlaqəsi olmayan həqiqi bir inanca dayanan bir hissdir.

İnsan surətində bir tanrı fikri mənə olduqca yad və hətta saf görünür.