Qabriel Qarsiya Markes – Üç somnambul üçün kədər

Kitablardan 2 Fikir bildirilib »

İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir. Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb.

Davamını oxu »

Tags: , , ,

Qabriel Qarsiya Markes – Kifir bir qadın haqqında təzadlı düşüncələr

Kitablardan 7 Fikir bildirilib »

fernando-botero-ballerina-to-the-handrailO dondurma kafesinin ilk sıralarındakı  stollarından birinin arxasında  əyləşmişdi. Və mən əmin idim ki, bu ömrüm boyu rastlaşdığım kifir qadınların ən kifiridir. Şlyapasız idi – ilk anda onun bu cür qəribə, xariqüladə kifirliyi məni  necə sarsıtdı, karıxdırdısa, hətta mənə elə gəldi ki, çətin ki, şlyapa nəyisə dəyişə bilər – uzun, iri yaşıl güllü meydan oxurcasına sadə biçimli libasda o həqiqətən də kifir görünürdü. O qədər kifir ki, hətta tanışım həkim Armando Solano belə onu aşkar maraqla gözdən keçirməkdən çəkinməzdi, bəlkə  lap stolunun kimsə tərəfindən tutulmadığını düşünərək onunla əyləşərdi də.

Davamını oxu »

Tags: , , , ,
2010 www.epiloq.com. Free wordpress templates .