www.epiloq.com » məmmədov

Ağalar Məmmədov – Sözün Sonunda
Sözün qurtardığı vaxtlar olur. Təkcə eşidilmədiyi vaxtlar yox, eşidilib qurtardığı vaxtlar, artıq gərəksiz olduğu vaxtlar. Zehinlərin sözlə dolduğu, daşdığı vaxtlar.

Qulaqlarım mənə deyir ki, insanlarımız son vaxtlar küçədə, ictimai nəqliyyatda, hətta bazarda da az danışmağa başlayıblar. Diqqət yetirmisinizmi, söhbət səsi azalıb, hətta mübahisələr də azalıb, əvəzində qətllər, intiharlar çoxalıb, insanlarımız azdanışan olub. Təkcə azoxuyan yox.

Cəmiyyətin kitaba, sözə olan marağının azalmasında, hətta az qala yoxa çıxmasında nəsə produktiv, sevindirici, ümidverici bir üfüq ola bilməzmi?

Bir sosial mühit üçün sözün qurtarması sözün öz kəsərini, funksiyasını, dəyişdiricilik gücünü itirməsi deməkdir, sözlük bir şeyin qalmasına daha inanmamaq deməkdir.

Şeirə, fəlsəfəyə, qalın romanlara, ümumiyyətlə kitab oxumağa marağın azaldığını hamımız görürük. Bunun özü sözün sonu deyilmi azəri mühitində? Məncə, sonudur. Bütövlükdə sözün sonu!

SÖZÜN SONU NƏ DEYİR BİZƏ?

Razılaşıram ki, sözün sonu cəmiyyət üçün ekstremal haldır. Məsələn, müharibə sözün sonudur. Terror sözün sonudur. Dava-dalaş da sözün sonudur. Təhqir də, söyüş də son sözdür, sona çatmağa hazırlaşan sözdür.

Ümumiyyətlə, görəsən, Şərqdə nə üçün ta qədimdən bəri pafoslu, poetik, musiqili, başa düşülməyən, amma ürəyəyatımlı söz daha çox dinləyici toplayır, düşündürücü, dəyişdirici, qaşdüyünlədən söz az?

Həmsöhbətlər arasında söz qurtaranda onlar ya vaxtında bir-birlərindən aralaşmırlar, ya da birlikdə susmağı, susuşmağı bacarmırlar deyə, aralarında söz-söhbətlər yaranır. Sözün zərərverici olduğu vaxtlar da olur. Gərək, söz qurtaranda susmağa dözəsən…

Qarabağ danışıqları nə üçün nəticə vermir? Çünki tərəflər arasında söz faktik olaraq sona çatıb əslində.

Hal-hazırda cəmiyyətin böyük bir hissəsi mat-məəttəl, təəccüblə dayanıb baxmaqla məşğuldur (apofaziya), danışqan narazılar da xorla nəqərat oxumaqdadırlar (katafaziya). Hər iki hal iflic halıdır.

Ya da təsəvvür edin, teatrdasınız, pərdə enib, pərdənin arxasından isə yenə əvvəlki pərdənin danışıqları səsi gəlir, təzə pərdə isə qalxmır ki, qalxmır. Bunu şahmat dili ilə belə adlandırmaq olar: Pat. İctimai şüur pat vəziyyətində donub. Yeni mərhələyə sözlə keçilə bilməz! Azərbaycanın məhdud reallığı üçün belə bir möcüzəvi söz qalmayıb. Mənim tezisim budur.

Dostlarım inciməsin, müxalifət mətbuatı hələ də özlüyündə guya siyasi maarifləndirmə ilə məşğul olmağa davam edir. Aksiyaya xidmət etməyən, aksiyaya gəlib çıxmayan və gətirib çıxarmayan söz zəhlətökən deyingənlikdən başqa bir şey deyil.

Ölkəmizdə yalan söz var, mənasız, dayaz söz var, analitik, elmi söz var, hətta doğru söz də var, amma xalis ideoloji-aksioloji söz yoxdur.

MÜXALİFƏTİN SİYASİ ZİKRİ HAMIMIZI YORDU

Siyasi hakimiyyətin Qarabağ danışıqları kimi, müxalifətin də siyasi zikri hamımızı yordu, hətta bezdirdi artıq. Mən də daxil, kiməsə elə gələ bilər ki, onun deməyə hələ sözü qalıb, amma başa düşmək lazımdır ki, ölkədə sözün özü qurtarıb artıq, sözün görəcəyi iş qalmayıb! Hamı hər şeyi başa düşüb. Ona görə yox ki, bütün həqiqətlər deyilib, gizli məqamların hamısı ifşa edilib, yox, əsla yox; ona görə ki, daha heç kim üçün təzə heç nə maraqlı deyil.

Məsələn, mən «Dövlət başçımız vaxtilə Moskvada universitetdən qovulduğu üçün sonralar öz siyasi bioqrafiyasına əl gəzdirmiş, məcbur qalaraq yaşını azaltmışdır» desəm, bu, çox adamda təəccüb doğurmaz. Çünki xalq hətta bunu da Ondan gözləyərdi. Amma müqayisə üçün, məsələn, islam təliminin banisi ərəb Məhəmməd haqqında dindarların gizlətdiyi hansısa bir yalanı ifşa etsəm (belə yalanlar o qədər çoxdur ki), bu daha cəlbedici olardı. Görəsən, nə üçün?

Şəxsən mən qəzet oxumaqdansa karikaturaya baxmaq istərdim. Elə isə, söz öz sonunu anlasın artıq! Söz hərəkətin surroqatına çevrilərək, hərəkəti əvəzləməsin.

Gənclərdən və onların təşkilatlarından narazı qalmaq üçün xeyli səbəblər var: Onlar çox ağıllı, az dəlidirlər; çox ənənəçi, az inkarçıdırlar; çox milli, az asosialdırlar. Halbuki, indi inkarçı, nihilist, sözdinləməz, sözbilməz, amma meydan oxuyan gənclərə böyük ehtiyacımız var. Onlar isə bir-bir yazmağa qurşanırlar. Çatan-çatan əlinə qələm götürür, sanki bütün problemlərimizi qələmlə həll etmək mümkünmüş. Söz mübarizənin kompensatoruna və təsəllisinə çevrilir. Bu, təhlükəli infeksiyadır.

Qarşınızdakı kardır, siz hətta qışqırsanız da o sizi eşitməyəcək. İndi gənclərin mövqeyi belə olmalıdır: «İstəmirəm, inkar edirəm, rədd edirəm!»

Şəxsən mən bu xalqın rasionallığına yox, irrasionallığına ümid içindəyəm. Məsələn, gənclərin çılğınlığına, məntiqlə düşünülməmiş arzuların selinə.

Hər şeyi sözlə etmək olmaz. Susaq artıq!..

Ağalar Məmmədov – Azadlığın Əxlaqsızlığı
«Əxlaqa toxunan dərhal ləkələnir»                   (F. Nitsşe)

«Əxlaq» heç də təkcə namus norması demək deyil. «Əxlaqsız» da təkcə namussuz qadın demək deyil. O, fəlsəfi mənada, geniş anlayışdır, etikanın predmeti kimi, mənəvi normalar toplusu deməkdir. Məsələn, «yalan danışmamaq» da əxlaq normasıdır, «yalançılıq» da əxlaqsızlıqdır və s.

Ancaq müasir Qərb təfəkküründə sadəcə mənəvi normalar toplusu kimi başa düşülən əxlaq, qədimdə, istər Şərqdə, istərsə də Qərbdə insan azadlığının tarixi məhsulu kimi yox, əksinə, makrokosmik zərurətin ifadəsi kimi görülüb. Hesab olunub ki, insanın mikrokosmik azadlığı makrokosmik zərurətin ifadəsi kimi əxlaqa boyun əyməlidir. «Azadlıq itaətdir» fikri bu mövqenin icmalıdır. Qədim Stoa fəlsəfəsində deyildiyi kimi: «İnsanın azadlığı arabanın arxasına boğazından iplə bağlanıb aparılan küçüyün azadlığı qədərdir, yəni ipin uzunluğu qədər». Zərurət arabadadır.

Sonrakı dövrdə makrokosmik zərurət, xristianlığın təsirilə, ilahi iradənin zərurətinə çevrilsə də, azadlıq-əxlaq münasibəti dəyişmədən qaldı: azadlıq əxlaq kimi ifadə olunan zərurətə boyun əyməkdir, azadlıq əxlaqın içindədir, azadlıq əxlaqın vasitəsidir, azad olmaq üçün əxlaqlı olmaq lazımdır, əxlaqı olmayanın azadlığı da yoxdur, ən böyük azadlıq əxlaqi-mənəvi kamillikdir, ən böyük köləlik isə öz nəfsinə məğlubiyyətdir, azadlıq Allaha təslimiyyətlə başlayır, «Allaha doğru əhliləşmək»lə artır, mütləq əxlaq müqəddəslikdir, mütləq azadlıq iblislik, azadlıq tələbi əxlaqsızlıq arzusudur və s. və i.

Lakin əgər əxlaq fövqəltarixi, fövqəldünyəvi, fövqəlinsani makrokosmik zərurətin ifadəsidirsə, onda əxlaqsızlıq mənəvi azğınlıq yox, idraki yanılmadır. Yəni əxlaqsız azadlıq tələbi, sadəcə olaraq, zərurəti dərk etməməkdir. Qərblilərin düşüncəsi idi bu. Spinoza, Hegel kimi rasionalist mütəfəkkirlər əxlaqa da, azadlığa da idraki məsələ kimi baxaraq deyirdilər: «Azadlıq dərk olunmuş zərurətdir». Kant əxlaqı az qala isbat etmək işinə girişmişdi. Şərqdə isə əxlaqa idraki kamillik kimi yox, mənəvi kamillik kimi baxılıb. Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı.

Dünyaya bir qayda olaraq, rasional insanilik paradiqmasından baxan Qərbin XIX əsrdə yaşamış filosofu Nitsşe ilk dəfə olaraq makrokosmik heç bir fövqəlinsani zərurətin olmadığını kəşf edəndə və bunu qısaca «Allahın ölümü» kimi elan edəndə, yazırdı ki, mən insan azadlığı qarşısında ən böyük maneəni qaldırdım, insan heç vaxt bu qədər azad olmamışdı. Doğrudan da, varlığın strukturunda zərurət yoxdursa, onda insanın da təbiətində əxlaq yoxdur. O, azaddır!

Bundan sonra Qərb azadlıqda insan təbiətini, əxlaqda isə tarixi-ictimai qandallar və təzyiqlər görməyə başladı. Z.Freyd insan təbiiliyi üzərində əxlaq süniliyinin yaratdığı psixonevrotik xəstəlikləri açıb göstərdi. Dünyaya daim irrasional ilahilik paradiqmasından baxan Şərq heç vaxt ilahi zərurət ideyasını yıxa bilmədi. Və təbii olaraq, Qərbin idraki yüksəlişini, mənəvi süqut kimi, azadlığını əxlaqsızlıq kimi başa düşdü. Şərqin nəzərində, sanki küçüyün arabaya bağlanan ipi qırıldı. Şərq əxlaqın fəlsəfi əsasını anlamadan onu sadəcə göydən enmiş əbədi qaydalar kimi başa düşdü, buna görə də əxlaqı ibadət kimi qavradı. O, əxlaq fazasından idrak fazasına keçid etmədi. O bunu etsəydi, mütləq azadlıq fikrinə gəlib çıxacaqdı. Əksinə, o, əxlaqlı cahili, əxlaqsız alimdən üstün tutdu.

Qərbdə isə XX əsrdə Sartr göstərdi ki, insan özü azaddır və əgər hansısa bir əxlaq olacaqsa, o, azadlıq əxlaqı olacaq. Ən böyük əxlaq azadlığın özüdür, ən böyük əxlaqsızlıq isə azad ola bilməmək.

Ağalar Məmmədov – Postmodernizm Fəlsəfəsi (Video)
Davamında filosof Ağalar Məmmədovun AFU”daki maraqlı söhbətlərinə online baxa və endirə bilərsiz…

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="400" height="225" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowfullscreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://vimeo.com/moogaloop.swf?clip_id=7855674&server=vimeo.com&show_title=1&show_byline=1&show_portrait=0&color=&fullscreen=1" /><embed type="application/x-shockwave-flash" width="400" height="225" src="http://vimeo.com/moogaloop.swf?clip_id=7855674&server=vimeo.com&show_title=1&show_byline=1&show_portrait=0&color=&fullscreen=1" allowfullscreen="true" allowscriptaccess="always"></embed></object>

Yüklə – 23.9 mb

Ağalar Məmmədov – Qaranlığı Dinlərkən
Çox adam Qaranlığın nə olduğunu heç bilmir, o, yalnız gecəni tanıyır və gündüzdə yaşayır. O, gecəyə düşüb, amma Qaranlıqla heç üz-üzə gəlməyib, Qaranlığı heç düşünməyib, Qaranlığa heç baxmayıb da. Onun Qaranlıqla bircə alış-verişi var: qorxu.

Qaranlıqdan qaçıb, daim aydınlığa can atan insan əslində özündən qaçır, öz şəxsiliyindən, öz içindən qaçır; o, özündən qıraqdakı dünyaya, öz içindən bayıra, əşyalara, nəsnələrə sarı qaçır. Burada o, yalnız qəfil gecəyə düşəndə, dara düşəndə öz daxilinə çəkilir, Qaranlığına qərq olur.

Çox adamın yalnız gündüzü var, gecəsi yoxdu. Amma hər kəsin öz Qaranlığı var. Çünki hərkəs öz yuxusunu yatır.

Qaranlığımız özümüzdür, aydınlığımız Mənimiz. Öz Məndən həmişə daha böyükdür. Mən Özün gündüzüdür, aydın olan üzüdür. Öz isə Mənin gecəsidir, Qaranlıq dibidir.

Keçmiş də, gələcək də Qaranlıqdır, aydın olan yalnız indidir.

Sonsuz Qaranlıqdan gəlib, sonsuz Qaranlığa gedən biz biranlıq aydınlıqlardan keçirik.

Sabah Qaranlıqdır, işıqlı olan səhərdir.

Günəşin aydınlığı ilə, ayın aydınlığı fərqlidi. Ayınkı aydınlıqdı, günəşinki apaydınlıq.

Günəşsizliyin Qaranlığı ilə aysızlığın Qaranlığı da fərqlidi. Aysız-ulduzsuz Qaranlıq zülmətdi, qapqaranlıqdı, orada heç nə görünmür və yaxud da “heç nə”nin özü görünür. Heçnənin, Yoxluğun qucağında hərkəs tənhadı.

“Heçnə” Qaranlıqdı. Aydınlığın “Hər şey”i Qaranlıqda “Heç şey”ə çevrilir. Çox Birə dönür Qaranlıqda.

Gündüz – hissə-hissədi, şey-şeydi. Gecə isə – tamdı, bütövdü. Elə ona görə də, əslində bir varlıq kimi gündüz yoxdu, amma gecə var!

Gündüz cismlər aydınlığı örtür və aydınlığın özü görünmür, gecə isə əksinə, Qaranlıq cismləri örtür və cismlər görünmür, amma Qaranlıq özü görünür.

Qaranlıqda görünməyən – cismlərdir, Qaranlığın özü isə görünəndir.

Buna görə də Qaranlıq görünməmək deyil, göstərməməkdi.

Qaranlıqda bizə Dünya verilir, aydınlıqda dünyadakı əşyalar.

Qaranlıqdakı dünya ayrı dünyadır, aydınlıqdakı dünya ayrı.

Qaranlıq – cismləri gizlədərək, örtərək onları “yox edir”: sankiboşluq, sankiyoxluq yaradır. Boşluq və yoxluq isə insanı qorxudur və təfəkkürü qamçılayır. Buna görə də, elm gündüzü, fəlsəfə, poeziya və din gecəni sevir.

Qaranlıq – insanı özünə, öz içinə baxmağa çağırır. Obyektiv elmilikdə insanın subyektiv daxililiyi yoxdur.

Qaranlıq passivdir, buna görə də Qaranlıqdakı insan aktiv; aydınlıq aktivdir, buna görə də aydınlıqdakı insan passiv.

İrrasionallığın simvoludur Qaranlıq, həm də azadlığın. Daim düşünə, uydura, yarada, xəyal edə bilərsiniz Qaranlığı. Aydınlığın bu şansı yoxdur. Gündüz hər tərəf aydınlananda gecə xəyalları elə bil daşa dəyir. Aydınlıq realizmdir, Qaranlıq romantizm. Romantik şair Novalis deyirdi ki, “Gerçəkliyi qaranlıqlaşdırın, onda o, daha aydın görünəcək”.

Aydınlıq mənə sarı gələn yoldur, Qaranlıq məndən gedən yol. Aydınlıq dünyanın mənə yoludur, Qaranlıq mənim dünyaya yolumdur.

Gündüzün dünyası kosmoloji dünyadır, az qala insansız dünyadır. Dünya “olduğu kimi”dir gündüz. Gecənin dünyası isə antropoloji dünyadır, insanın yaratdığı dünyadır. Dünya – insanın məhsulu kimidir gecə.

Qapalı qutuda Qaranlıq var. Biz işığı söndürmədən də, yalnız onun qarşısını kəsərək Qaranlığı yarada bilərdik, qapalı qutu düzəldərdik. Amma qutunu açıb Qaranlığı görmək istəsəydik, Qaranlıq – qutunun açdığımız yerindən uçub gedərdi.

Zvank Tse (Çjuan Çjı) belə bir məsəl çəkir. Yatıb yuxuda gördüm ki, kəpənəyəm. Oyanıb / Yuxulayıb (“jiao” çin dilində iki mənalıdır) gördüm ki, Zvank Tseyəm. İndi görəsən, mən Zvank Tseyəm, yuxuda kəpənək olduğumu görürdüm, yoxsa, kəpənəyəm, yuxuda Zvank Tse olduğumu görürəm. Sualım budur: Qaranlıq işığın yoxluğudur, yoxsa, aydınlıq işığın varlığı?

Əslində dünyamızın fonu Qaranlıqdı, günəş işığı, ay işığı, ulduzların işığı, şimşəyin işığı, şam işığı – bunlar hamısı Qaranlıq fonda parıldayırlar. Sadəcə günəşin işığı güclü olduğuna görə, bütün Qaranlıq fonun özünü müvəqqəti olaraq görünməz edir və bizdə elə bir duyğu yaradır ki, sanki keçici olan Qaranlıqdı, qalıcı olan aydınlıq. Halbuki, işıq Qaranlığa qonaq gəlir. İnsan Qaranlıqdadı. Buna görə də, o işığı sevir. Yaxud belə də deyə bilərəm: İnsan işıq saydıqlarını sevir.

Aydınlığın səbəbi günəşdir, bəs Qaranlığınkı nədir? Qaranlığın günəş kimi bir səbəbkarı olmadığı üçün, aydınlıq qalıcı, Qaranlıq ötəri hal sayılıb. Əslində isə günəş dünyanı işıqlandırır, dünya özü Qaranlıqdır.

Aydınlığın boyu cismlərin boyu qədərdir, Qaranlıq isə cismlərin o tayına keçib gedir, cismlərdən böyük görünür. Aydınlıq cismlər boydadı, Qaranlıq isə hüdudsuzdur. Ona görə də, aydınlıqda cismlər adamı sehrləyə, cəzb edə, düşündürə bilər, Qaranlıqda isə Qaranlığın özü. Əslində aydınlıq yoxdur, cismlər var, aydınlıqda görünən cismlər. Qaranlıq isə özü var!

Qaranlıq göydür, aydınlıq yer.

Qaranlıq aydınlıqdan daha böyük, daha dərindir, daha tutumludur. “Qaranlıq” sözünün hərfi mənası da böyük deməkdir. Gecə gündüzdən daha anlamlıdır. Aydınlıq sərhədli, Qaranlıq sonsuzdu. Qaranlıqda yazılmış əsərlər var, onları Qaranlıqda oxumaq lazımdır.

Şair Qaranlığı duyur, bəstəkar Qaranlığı eşidir, rəssam Qaranlığı görür, filosof Qaranlığı düşünür, dindar Qaranlığı uydurur.

İnsanların Qaranlığını iki cür tanıya bilərsiniz: Onları Qaranlıqdan işığa çıxararaq, günə çıxararaq, onlara imkanlar, səlahiyyətlər, bir sözlə, onlara güc bəxş edərək. Amma “İnsanların üzünü işıqda, xarakterini Qaranlıqda tanıya bilərsən”, deyir qədim bir kəlam. Çünki insanın Qaranlığı Qaranlıqda üzə çıxır həm də; adamın Qaranlığını o, dara (gecəyə!) düşəndə da tanımaq olur.

Qaranlıqda hər şey gizlənə bilər, Qaranlığın boynuna hər şeyi yıxmaq olar. Buna görə də, Qaranlıq üzüyola, feminin, təslim olandır. Qaranlıq amorf yumşaqlıqdır. Görünür, qədim Çin filosofları Qaranlığın cinsiyyəti qadındır deyəndə yanılmayıblar.

Qaranlıq qara, qaramat deyil, əksinə, Qaranlıqda apaydın, işıqlı düşüncələrə gəlib çıxmaq olar. Qapqaranlıqda apaydınlıqda oturmaq olar. Gündüzün anası gecədir.

Divlər, oğrular, əqrəblər Qaranlıqda gizlənə-gizlənə Qaranlığı bədnam etdilər. İndi Qaranlığı təmizə çıxarmaq Qaranlığı aydınlatmaqdan daha çətindir. Amma Qaranlıq qara qüvvələrin gizlənməsi üçün deyil. Necə ki, şairlər deyiblər: “Qəfəslər quşlar üçündür, amma quşlar qəfəslər üçün deyil”.

Aydınlıq ağ rəng kimi qaytararaq göstərir, Qaranlıq isə qara rəng kimi udaraq gizlədir. “Duman ağ Qaranlıqdı” (Alov E.).

İşıqla da örtmək olar. Günəş ulduz qardaşlarını öz işığıyla kölgədə qoyduğu kimi.

Hind fəlsəfəsinin ustadlarına Quru adı verirdilər. Quru Qaranlıqdan çıxardan deməkdir. Müəllim tələbəsini Qaranlıqdan çıxardandır. Əbədi gündüz ola bilmədiyi kimi, əbədi aydınlıq da illüziyadır. Yeni cavabların işığı yeni Qaranlıqları göstərmirsə, o, tələdir.

Biz dahilərə ona görə borcluyuq ki, onlar bizə görmək üçün aydınlıq, düşünmək üçün Qaranlıq verib gediblər.

Fəlsəfədə işıq yeni Qaranlıqları göstərmək üçündür. Filosof üçün hər aydınlığın Qaranlığı vardır, kütlə üçün “hər gecənin gündüzü” olduğu kimi. Apaydınlıqda görmək olmaz, kölgə də gərəklidir.

Kölgə Qaranlığın (ikiölçülü) şəklidir, özü deyil.

Qnostisizmə görə insan dünyada həbsdədi, başqa sözlə, Qaranlıqda çıxış yolu bilikdir (qnosis), bu bilik işıqdır.

Hər zaman doğru bilik işıq sayılmışdır. Yalan yalançı işıqdır.

İnsanı düşündürən – Qaranlıqdı. Həqiqətin tapılması gecənin qurtarması, səhərin açılmasıdır. Bilik hərfi mənada da yolgöstərici işıq kimidir.

Aydınlıqda özünü itirən insan, Qaranlıqda özünü tapır. İnsan Qaranlıqdan doğulur.

Biz yalnız gecələr özümüzünük. Gündüzlər həm də başqalarınınıq.

Qaranlıqda biz gözləyirik, aydınlıqda isə axtarırıq.

Qaranlıq ümidlərimizin və qorxularımızın ana bətnidir. Ümidin və qorxunun birləşdiyi hər şey Qaranlıqdır.

Qaranlığın qorxululuğu onun gözlənilməzliyindədir. Gözlənilməz hər bir şey bizim üçün Qaranlıqdır. İnsanlara gözlənilməz sürprizlər edin, onda onlar Qaranlığı sevəcəklər, gələcəklərindən daha az qorxacaqlar.

Gündüz hamının dünyası bir və eynidir, gecə hərənin öz dünyası var. Qaranlıq danışır, aydınlıq göstərir. Aydınlığı görə bilirsən, Qaranlığı isə dinləməlisən. Görünür, qədimdə peyğəmbərlər allahı elə buna görə məhz “eşidirdilər”.

Qaranlıq təkcə alıb aparan deyil, həm də gətirib verəndi. Qaranlıq – başlanğıcın anasıdır.

Hər halda Qaranlıq haqqında aydın danışmaq olmaz. Qaranlığa işıq salmaq olmaz. Çünki onda Qaranlıq yox olar.

Əslində, ümumiyyətlə Qaranlıqdan qıraqda – yəni aydınlıqda dayanıb, Qaranlıq “haqqında” da danışmaq olmaz, gərək Qaranlığın “içində” olasan, gərək Qaranlıqda dayanıb, Qaranlıq“dan” danışasan.

Qaranlıqdan gərək yarımqaranlıq, mistik stildə danışasan. Qaranlıq özü bunu bizdən tələb edir.

Susa bilmək brilliantdı. Brilliant – danışa bilməmək deyil, danışmaq istəməmək deyil, danışacaq sözü olmamaq deyil. Əksinə, min dəfə əksinə! Məhz danışmaq istəyəndə, deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.

Qaranlığın bir adı var, aydınlığın min adı. Amma mən onun adını sizə deyə bilmərəm. Gərək susmağı bacarasan. O, sən susanda yalnız sənin olur…

Onun adını heç Məcnun da bilmirdi, sadəcə Leyli adı vermişdi ona.

Lao Tsenin Dao işarəsi kimi, Leyli də Qaranlığın adı deyil, simvolik işarəsidi eləcə.

Qaranlıq – Leylidir.

“Leyli” – Qaranlığın simvollarından biridir.

Qeysi dəli Məcnun eləyən Qaranlıq Leylidi.

Qaranlığın aşiqi gündüz üçün dəlidir. Qeysə Məcnun adı gündüz verilib, aydınlıqda, aydınlığın gözü ilə, aydınlığın işığında.

Aydınlıq adamı dəli eləməz, ağıllı eliyər. Aydınlığın ağıllısı da Qaranlığı sevməz.

Məcnunun (dəlinin) dəyərini bilən bircə nəfər var – Leyli (Qaranlıq).

Qaranlıqda insan dış dünyanı qavramaq üçün ən güclü vasitəsini, görmə qabiliyyətini itirir. Qaranlıqda adam kor olur. Aşiq Məcnun kor idi, çünki o, Leylidə idi, Qaranlıqda. Aşiqlik kor olmaqdı, eşq – Qaranlığı sevməkdi. Bütün sevilənlərin adı Leylidi.

Qaranlıqda ilk dəfə qulaqlar gözlərdən daha əhəmiyyətli olurlar. Qaranlıqda bayquş ulartısı da işıqdır.

“Minervanın bayquşu Qaranlıq çökəndən sonra uçmağa başlayır” (Hegel). Çünki fantaziya öz qanadlarını yalnız Qaranlıqda aça bilər. Gündüz fantaziyanın uçuşu üçün çox dardır.

“Gecə yatmaq üçündür”, o deməkdir ki, xəyallar oyaqlıqda ağlın yuxusudur.

Bizə gecə verilən dünya ilə gündüz verilən dünya fərqlidir: Görünən (vizual) dünya ilə eşidilən (auditiv) dünya. Fəlsəfədə bu belə ifadə edilir: qavranan dünya (perceptiv), düşünülən (intelligible) dünya. Düşünülən dünya həmişə qaranlıqdır. İnsan – Qaranlıq dünyanın günəşidir. Qaranlıq – bir dünya kimi yalnız insan üçün var.

Atəşpərəstlikdə Qaranlıq şər mənbəyidir, qədim Çin dünyagörüşündə sirr mənbəyi. Bəlkə də şeytan allahdan daha sirrlidir.

Qərb gündüzsevərdir, Şərq gecəsevər. Qaranlıqda dünya böyüyür. Elektriklə işıqlandırılmış dünya kiçildi.

Gecə zehin boşalır və bir nöqtəyə zillənir, qadaqlanır. Gündüz bolluqda olan şüurumuz dağınıqdı, gecə isə yoxsulluqda diqqətli.

Hər gecə – bir gündüzün gecəsidir.

Hər gündüz də – bir gecənin açılışıdır.

Biz gecəni keçiririk, bəs gecə nəyi keçirir? Dünənki bizi. Görünür, gecə ilə “gec”ikmək və “keç”mək arasında əlaqə olub. Gecə geyimlidi, gündüz çılpaq. “Geyim-keçim”də də gecəyəbənzər nəsə var. Gecə gündüzdən cazibədardı, hicab çimərlik paltarından daha çox cazibə oyatdığı kimi.

Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu, varının yoxluğu. “Şəbi-hicran” deyən Füzulini anlaya bilirik yavaş-yavaş.

Gündüz hamınındı, gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.

Gecələr cümlələrarası intervallar kimidir. Hər nöqtə bir gündüzün sonudur.

Qaranlıq iki üzlüdür. O, ya səhərə açılır, ya da heç vaxt öz səhərini tapa bilmir… Ölüm – gündüzü gəlib çıxmayan gecəyə bənzəyir.

Bakı, X-XII, 2008

By Ali Khayyam

Ağalar Məmmədovla görüş
Filosof Ağalar Məmmədov “Rasionalizm və İrrasionalizm” mövzusunda seminar

Teskilatci: AEGEE BAKI . Beynelxalq Siyaset Isci qrupu

vaxt  6 dekabr saat 15 00

adres: Əlövsət Quliyev 69,AEGEE-BAKI ofisi, Şahmat klubunun yani

Ağalar Məmmədov: “Əxlaq yalnız namusdan ibarət deyil.”
Ağalar Məmmədovun Azadlıq radiosunda ki “İşdən Sonra” verlişində “Əxlaq” mövzusundaki söhbətini endirə bilərsiz.

Endir – Dinlə – Sadəcə 12.5 mb

By Ali Khayyam

Ağalar Məmmədov – İnsan Nədir?
İnsan – öz azadlığıdır

Biz – insan deyilik, kişiyik, müsəlmanıq, yerliyik, qohumuq, qadınıq, valideynik, qonşuyuq, qardaşıq, bacıyıq, övladıq, əmiyik, dayıyıq, kürəkənik, yeznəyik, gəlinik, qayınatayıq, qayınanayıq, məhlə uşağıyıq, iş yoldaşıyıq, tanışıq bir sözlə, biz azərbaycanlıyıq. Amma insan deyilik.

Kişilik, müsəlmanlıq, qadınlıq, qonşuluq bunların hər biri müəyyən bir roldur. Hər bir rolun öz normalar kodeksi var. Məsələn, qadın olmaq qadınlıq rolunun normalar kodeksini icra etmək deməkdir. Misal üçün qadınlıq kodeksimizdə “ağır olmaq” dəyərdir, əksinə, yüngüllük bu kodeksdən kənara çıxmaqdır, ayıbdır. Bütövlükdə, azərbaycanlılıq kodeksindəki dəyərlər milli mənəvi dəyərlər adı verilən davranış oriyentrləridir. Və bütövlükdə, azərbaycanlılığın normalar kodeksi mentalitet deyilən şeydir. Dilimizdə yaxşı və ya pis adam öz rolunu (məsələn, qonşuluq rolunu, qayınanalıq rolunu və s.) yaxşı və ya pis icra edən adam deməkdir. Ümumiyyətlə, mənim müşahidəmə görə, “adamlıq” sözünü biz “azərbaycanlılıq” mənasında işlədirik.

Azərbaycanlı olmaq milli-mənəvi dəyərlərə görə hərəkət etmək, milli mentaliteti yerinə yetirmək deməkdir. Çoxumuz hələ ki, azərbaycanlıyıq. Azərbaycanlı mentalitetinin icraçısına azərbaycanlı deyilir. Azərbaycanda insan yox, azərbaycanlı var deyərkən, demək istəyirəm ki, Azərbaycanda insan azadlığını həyata keçirənlər yox, azərbaycanlı mentalitetinin icraçıları var.

100 ildən çoxdu ki, Qərb fəlsəfəsi və elmi “insan kimdir?” sualını, mahiyyətcə, “insan nədir?” sualı ilə əvəzləmişdir. İnsanın kimliyi onun, ilk növbədə, Allah qarşısındakı yerini, nəliyi isə təbiətdəki yerini bildirir. “Kimlik” kimi insanın yerinə yetirəcəyi vəzifə və borcları, “nəlik” kimi insanın gerçəkləşdirəcəyi azadlığı vardır. Nəlik kimi insan əşyalaşmır, əksinə, dini, milli və s. bu kimi müxtəlif məzmunlu apriori mənsubiyyətlərin təhkimçilik yükündən xilas olur. İnsanlıq mənsubiyyət deyil, insanlıq azadlıqdır. İnsan olmaq davamçılıq və icraçılıq yox, inkarçılıq və yaradıcılıqdır. İnsan fəlsəfəsində kimlikdən nəliyə keçid o deməkdir ki, insan “əxlaqla işləyən qapalı təbiət” (Kant) kimi yox, “azadlıqla işləyən açıq proses” (Sartr) kimidir.

Öz həyat tərzi ilə, məsələn, iki fransızdan daha çox iki azərbaycanlının bir-birinə oxşaması ondandır ki, iki fransız iki insandır, iki ayrı azadlıq daşıyıcısıdır; iki azərbaycanlı isə vahid azərbaycanlılıq kodeksini yerinə yetirən kütlənin iki ayrı hissəsidir.

Hə, doğrudur ki, Azərbaycanda insan defisiti var. Amma “insanlıq” deyəndə, yenə ənənəvi qaydada mənəvi-əxlaqi kamilliyi, Allah qorxusu ilə öz nəfsinə hakim olmağı zadı başa düşəcəyiksə, bu, yenə də o demək olacaq ki, Azərbaycanda milli-mənəvi dəyərlərə bağlılıq, bir sözlə, əxlaqi mentalitet problemi var. Ancaq əslində ölkədə azadlıq mənasında insanlıq problemi var.

Taqor deyirdi ki, doğulan hər bir yeni körpə, ona dəlalət edir ki, hələ xilasa ümid var. Amma biz təbiətin bizə bağışladığı bu ümid pəncərələrindən nəinki bizi yeni gələcəyə aparan qapı düzəltmirik, ona heç boylanmırıq da. Əvəzində evimizdə böyüyən insanı övladlıq rolunun layiqli icraçısı kimi böyüdürük, 6 yaşlı balaca insanlarımıza əlifba dərslərində hədis öyrədib, onları müsəlmanlıq rolu üçün hazırlayırıq, evimizə təzəcə köçmüş insandan gəlinlik, yaxınlığımıza təzəcə köçmüş insandan qonşuluq rolunun icrasını tələb edirik və s. Azərbaycanlı azərbaycanlılaşdırılmış insandır.

Cəmiyyət üçün milli, dini, ideolocik və s. hər cür kütləvilik təhlükə mənbəyidir. Çalışmaq lazımdır ki, cəmiyyət mümkün qədər rəngarəng parçalara, əlvan fərdi mövqelərə bölünsün. Çünki kütləvilikdən avtoritarizmə bircə addımlıq yol var.

İnsanlıq azadlıq kimi dini, siyasi, milli ağalarımız üçün qorxuludu, çünki o, bu halı ilə qeyri-müəyyəndir, gözlənilməzdir, idarəolunmazdır, amma milli mentalitetlə, milli əxlaqi dəyərlərlə proqramlaşdırılmış azərbaycanlı artıq sirk heyvanıdır. Təhsil kurrikulumumuzun müzakirələrində də hamımız bir daha görəcəyik ki, onlara insan yox, azərbaycanlı lazımdır.