Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə görmək istəyirdi; az sonra kiçik qəfəsin qarşısında bütün günü oturan abunə sahibləri meydana gəldi; hətta gecələr də tamaşa davam edirdi
Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı hərdən, lap çox istəmişəm.
Bir gecə Yozef K. qəribə yuxu gördü:
Hava mülayim idi və K. gəzmək istəyirdi. Amma iki addım atar-atmaz artıq qəbristanlıqda idi. Orada süni yolla salınmış girintili-çixintılı çox narahat cığırın olmağına baxmayaraq, o sanki havada uçurdu və bu cür yolların birində coşğun selə düşmüş kimi möhkəm sürətlə sürüşdü. O, uzaqdan gördüyü qəbir təpəciyinin yanında dayanmaq istədi. Bu qəbir K.-yə sanki ovsunlayıcı təsir göstərmişdi və ona elə gəlirdi ki, lazımı cəldliklə ona çata bilməyəcək. K. təpəciyi güclə görürdü, onun qabağını küləkdə dalğalanan, böyük qüvvə ilə bir-birinə çırpılan bayraq və qumaş parça kəsirdi. Bayraqdar isə görsənmirdi, amma, elə bir hiss yaranırdı ki, sanki orada şənlik hökm sürür.







Recent Comments