www.epiloq.com » ağalar məmmədov

Ağalar Məmmədov – Sözün Sonunda
Sözün qurtardığı vaxtlar olur. Təkcə eşidilmədiyi vaxtlar yox, eşidilib qurtardığı vaxtlar, artıq gərəksiz olduğu vaxtlar. Zehinlərin sözlə dolduğu, daşdığı vaxtlar.

Qulaqlarım mənə deyir ki, insanlarımız son vaxtlar küçədə, ictimai nəqliyyatda, hətta bazarda da az danışmağa başlayıblar. Diqqət yetirmisinizmi, söhbət səsi azalıb, hətta mübahisələr də azalıb, əvəzində qətllər, intiharlar çoxalıb, insanlarımız azdanışan olub. Təkcə azoxuyan yox.

Cəmiyyətin kitaba, sözə olan marağının azalmasında, hətta az qala yoxa çıxmasında nəsə produktiv, sevindirici, ümidverici bir üfüq ola bilməzmi?

Bir sosial mühit üçün sözün qurtarması sözün öz kəsərini, funksiyasını, dəyişdiricilik gücünü itirməsi deməkdir, sözlük bir şeyin qalmasına daha inanmamaq deməkdir.

Şeirə, fəlsəfəyə, qalın romanlara, ümumiyyətlə kitab oxumağa marağın azaldığını hamımız görürük. Bunun özü sözün sonu deyilmi azəri mühitində? Məncə, sonudur. Bütövlükdə sözün sonu!

SÖZÜN SONU NƏ DEYİR BİZƏ?

Razılaşıram ki, sözün sonu cəmiyyət üçün ekstremal haldır. Məsələn, müharibə sözün sonudur. Terror sözün sonudur. Dava-dalaş da sözün sonudur. Təhqir də, söyüş də son sözdür, sona çatmağa hazırlaşan sözdür.

Ümumiyyətlə, görəsən, Şərqdə nə üçün ta qədimdən bəri pafoslu, poetik, musiqili, başa düşülməyən, amma ürəyəyatımlı söz daha çox dinləyici toplayır, düşündürücü, dəyişdirici, qaşdüyünlədən söz az?

Həmsöhbətlər arasında söz qurtaranda onlar ya vaxtında bir-birlərindən aralaşmırlar, ya da birlikdə susmağı, susuşmağı bacarmırlar deyə, aralarında söz-söhbətlər yaranır. Sözün zərərverici olduğu vaxtlar da olur. Gərək, söz qurtaranda susmağa dözəsən…

Qarabağ danışıqları nə üçün nəticə vermir? Çünki tərəflər arasında söz faktik olaraq sona çatıb əslində.

Hal-hazırda cəmiyyətin böyük bir hissəsi mat-məəttəl, təəccüblə dayanıb baxmaqla məşğuldur (apofaziya), danışqan narazılar da xorla nəqərat oxumaqdadırlar (katafaziya). Hər iki hal iflic halıdır.

Ya da təsəvvür edin, teatrdasınız, pərdə enib, pərdənin arxasından isə yenə əvvəlki pərdənin danışıqları səsi gəlir, təzə pərdə isə qalxmır ki, qalxmır. Bunu şahmat dili ilə belə adlandırmaq olar: Pat. İctimai şüur pat vəziyyətində donub. Yeni mərhələyə sözlə keçilə bilməz! Azərbaycanın məhdud reallığı üçün belə bir möcüzəvi söz qalmayıb. Mənim tezisim budur.

Dostlarım inciməsin, müxalifət mətbuatı hələ də özlüyündə guya siyasi maarifləndirmə ilə məşğul olmağa davam edir. Aksiyaya xidmət etməyən, aksiyaya gəlib çıxmayan və gətirib çıxarmayan söz zəhlətökən deyingənlikdən başqa bir şey deyil.

Ölkəmizdə yalan söz var, mənasız, dayaz söz var, analitik, elmi söz var, hətta doğru söz də var, amma xalis ideoloji-aksioloji söz yoxdur.

MÜXALİFƏTİN SİYASİ ZİKRİ HAMIMIZI YORDU

Siyasi hakimiyyətin Qarabağ danışıqları kimi, müxalifətin də siyasi zikri hamımızı yordu, hətta bezdirdi artıq. Mən də daxil, kiməsə elə gələ bilər ki, onun deməyə hələ sözü qalıb, amma başa düşmək lazımdır ki, ölkədə sözün özü qurtarıb artıq, sözün görəcəyi iş qalmayıb! Hamı hər şeyi başa düşüb. Ona görə yox ki, bütün həqiqətlər deyilib, gizli məqamların hamısı ifşa edilib, yox, əsla yox; ona görə ki, daha heç kim üçün təzə heç nə maraqlı deyil.

Məsələn, mən «Dövlət başçımız vaxtilə Moskvada universitetdən qovulduğu üçün sonralar öz siyasi bioqrafiyasına əl gəzdirmiş, məcbur qalaraq yaşını azaltmışdır» desəm, bu, çox adamda təəccüb doğurmaz. Çünki xalq hətta bunu da Ondan gözləyərdi. Amma müqayisə üçün, məsələn, islam təliminin banisi ərəb Məhəmməd haqqında dindarların gizlətdiyi hansısa bir yalanı ifşa etsəm (belə yalanlar o qədər çoxdur ki), bu daha cəlbedici olardı. Görəsən, nə üçün?

Şəxsən mən qəzet oxumaqdansa karikaturaya baxmaq istərdim. Elə isə, söz öz sonunu anlasın artıq! Söz hərəkətin surroqatına çevrilərək, hərəkəti əvəzləməsin.

Gənclərdən və onların təşkilatlarından narazı qalmaq üçün xeyli səbəblər var: Onlar çox ağıllı, az dəlidirlər; çox ənənəçi, az inkarçıdırlar; çox milli, az asosialdırlar. Halbuki, indi inkarçı, nihilist, sözdinləməz, sözbilməz, amma meydan oxuyan gənclərə böyük ehtiyacımız var. Onlar isə bir-bir yazmağa qurşanırlar. Çatan-çatan əlinə qələm götürür, sanki bütün problemlərimizi qələmlə həll etmək mümkünmüş. Söz mübarizənin kompensatoruna və təsəllisinə çevrilir. Bu, təhlükəli infeksiyadır.

Qarşınızdakı kardır, siz hətta qışqırsanız da o sizi eşitməyəcək. İndi gənclərin mövqeyi belə olmalıdır: «İstəmirəm, inkar edirəm, rədd edirəm!»

Şəxsən mən bu xalqın rasionallığına yox, irrasionallığına ümid içindəyəm. Məsələn, gənclərin çılğınlığına, məntiqlə düşünülməmiş arzuların selinə.

Hər şeyi sözlə etmək olmaz. Susaq artıq!..

Ağalar Məmmədov – Ön Söz (Deyil)
Ağalar Məmmədova Deyil üçün yazdığı Ön Sözə görə öz minnətdarlığımı bildirirəm…

ÖN SÖZ

Mən özüm Ön sözləri həmişə sonda oxuyaram, əsəri oxuyub qurtardıqdan sonra. Təbii, əgər oxuduğum fəlsəfə kitabı deyilsə.

Bu, Əli Xəyyamın ilk sözüdür indilik. Mən ilk sözə ön söz yazıram. Amma mən də ilk dəfədir Ön söz yazıram. Maraqlı duyğudu, sanki eyni vaxtda iki ayrı ünvana – həm oxucuya, həm də müəllifə çatacaq bir Məktub yazırsan.

Əli Xəyyam Təbrizdə doğulub, Bakıda böyüyüb. Onun bu ilksözü işıq üzü gördüyü günlərdə 20 yaşı tamam olacaq. Hər yaşın öz şeiri var.

Redaktəni üz-üzə etdik. Teatrın qarşısındakı “Əli və Nino”da qırmızı şərabdan qurtumlaya-qurtumlaya, şeirləri dönə-dönə oxuduq. Ona dediklərimin çoxunu təklif kimi dedim, bəzilərini qəbul etdi, bəzilərinə də boynunu büküb gülümsədi, başa düşdüm ki, ta inad etməməliyəm. Bəzi şeirləri açıq-seçik (clare et distincte) başa düşmədim, amma bunu ummadım da, çünki başa düşürəm ki, bəzən şeir açıq-seçik anlanmaq üçün deyil. Ümumiyyətlə, oxudum-anladım uşaq aldanışıdır. Bəzən illərlə gözləmək lazım gəlir.

Kitabın adını vermək mənə düşdü, buna çox sevincliyəm. Əli Xəyyam(i) Xəzər universitetində fəlsəfə dərslərimin əla dinləyicilərindən biri olub. Bundan əlavə, o, təsəvvüfdən, Uzaq Şərq fəlsəfələrindən xəbərdar adamdı, kitaba bu adı təklif edəndə  nə demək istədiyimi dərhal başa düşdü, razılaşdı, hətta bəyəndi. Sağ olsun buna görə.

“Deyil” demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. “Deyil” – “… deyil”dir, amma bu “deyil” nəyə “deyil” deyir, nəyi deyilləyir? Bu, sirr qalır… Əli Xəyyama yaraşan.

Əli Xəyyamın şeirlərində yerə-göyə üsyan görünür. Göydən Yerə görə narazıdır, Yerdən Göyə görə. Göy nə üçün Yer deyil, Yer nə üçün Göy deyil?!

Əli Xəyyamın şeirləri arasında çox xoşuma gələn şeirlər, yaxşı saydığım şeirlər və bir neçə dənə də səhifədolduran şeir var. Kitabı çapa hazırlayanda belə şeirləri o da gördü, mən də. Amma onları kitabdan çıxartmadıq; güclü şeirləri xilas etmək üçün.

Şeirlərin içində artıq çoxdan əzbərimə köçürülən, sevdiyim misralar var, bir-ikisini yazım bura:

“Qurban olum, bərk-bərk geyin, sonra gəl”.

“Bir yataqda yatmaq mühüm deyil əzizim, eyni yuxunu görmək mühümdü”.

“Axı niyə qaranlığıma günəş atıb qaçırsız, Niyə sakitliyimə sataşırsız?”

“Kərpicləri dağıdılmış şəhər kimiyəm bu səhər”

“Bir qələm, bir də kağız tapdım, Tələsiy adını yazıram.”

Əli Xəyyamın dilini ədəbiləşdirmək – ütüləmək haqqını özümdə görmədim. Məsələn, əgər o, “istəyirəm” əvəzinə Təbriz ləhcəsində “istirəm” deyirsə, mənim nə haqqım çatır ki, onu düzəldim. Kitabda səhifə əvəzinə səyfə, betər əvəzinə bətər, tələsik əvəzinə tələsiy, öpmək əvəzinə öpməy, sevmək əvəzinə sevməy, ölmək əvəzinə ölməy, darıxmayın əvəzinə darıxmıyın, oyanmayım əvəzinə oyanmıyım, yaşayıram əvəzinə yaşıyıram, qucaqlayıb əvəzinə qucağlıyıb, qışqırıqları əvəzinə qışqırığları, burax əvəzinə bırax, cəmiyyətlə əvəzinə cəmiyyətinən və s. görəcəksiniz. Bu düzəlişləri etməməyimizin iki əsas səbəbi oldu.

Şeir dili dil içində dildir. Əxlaq normaları azadlığın qarşısında nədirsə, məntiq yaradıcı düşüncənin yollarında nədirsə, ədəbi dil normaları da şeir və fəlsəfənin qanadlarında belə bir zəncirdir. Buna görə də, qoy şeir dilimizi əyib-büksün, yoxsa dilimiz şeirimizi ütüləməsin.

Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın “différence” sözünü bilərəkdən yanlış olaraq “différance” yazması kimi.

Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz.

Balzakdan oxumuşdum, həyata necə başlamaq da əsasdı. Əli Xəyyam yaşamağa sevməklə başlayıb. Bəlkə hamı sevir, amma bəlkəsiz olan: hamı sevgisini sözə çevirmir, hələ-hələ sevgisinə fəlsəfə ilə baxmır.

Əli Xəyyam hayku (hokku) üslubunda yazdığı “Yalnız misralar” yazmaqda da özünü sınayıb və çoxusu da əla alınıb məncə. Məsələn,

“Sən gələndə

ağac idim,

Sən getdin

kitab oldum.”

Buyurun, “O”nsuzluqdan doğan şeirlər kitabı.

Ağalar MƏMMƏDOV

31 yanvar, 2010-cu il

Bakı

Deyil kitabını bütün Ali & Nino kitab evlərindən, Akademiya kitabxanasından və ETÜD kitab klubundan əldə edə bilərsiniz.

Ağalar Məmmədov – Azadlığın Əxlaqsızlığı
«Əxlaqa toxunan dərhal ləkələnir»                   (F. Nitsşe)

«Əxlaq» heç də təkcə namus norması demək deyil. «Əxlaqsız» da təkcə namussuz qadın demək deyil. O, fəlsəfi mənada, geniş anlayışdır, etikanın predmeti kimi, mənəvi normalar toplusu deməkdir. Məsələn, «yalan danışmamaq» da əxlaq normasıdır, «yalançılıq» da əxlaqsızlıqdır və s.

Ancaq müasir Qərb təfəkküründə sadəcə mənəvi normalar toplusu kimi başa düşülən əxlaq, qədimdə, istər Şərqdə, istərsə də Qərbdə insan azadlığının tarixi məhsulu kimi yox, əksinə, makrokosmik zərurətin ifadəsi kimi görülüb. Hesab olunub ki, insanın mikrokosmik azadlığı makrokosmik zərurətin ifadəsi kimi əxlaqa boyun əyməlidir. «Azadlıq itaətdir» fikri bu mövqenin icmalıdır. Qədim Stoa fəlsəfəsində deyildiyi kimi: «İnsanın azadlığı arabanın arxasına boğazından iplə bağlanıb aparılan küçüyün azadlığı qədərdir, yəni ipin uzunluğu qədər». Zərurət arabadadır.

Sonrakı dövrdə makrokosmik zərurət, xristianlığın təsirilə, ilahi iradənin zərurətinə çevrilsə də, azadlıq-əxlaq münasibəti dəyişmədən qaldı: azadlıq əxlaq kimi ifadə olunan zərurətə boyun əyməkdir, azadlıq əxlaqın içindədir, azadlıq əxlaqın vasitəsidir, azad olmaq üçün əxlaqlı olmaq lazımdır, əxlaqı olmayanın azadlığı da yoxdur, ən böyük azadlıq əxlaqi-mənəvi kamillikdir, ən böyük köləlik isə öz nəfsinə məğlubiyyətdir, azadlıq Allaha təslimiyyətlə başlayır, «Allaha doğru əhliləşmək»lə artır, mütləq əxlaq müqəddəslikdir, mütləq azadlıq iblislik, azadlıq tələbi əxlaqsızlıq arzusudur və s. və i.

Lakin əgər əxlaq fövqəltarixi, fövqəldünyəvi, fövqəlinsani makrokosmik zərurətin ifadəsidirsə, onda əxlaqsızlıq mənəvi azğınlıq yox, idraki yanılmadır. Yəni əxlaqsız azadlıq tələbi, sadəcə olaraq, zərurəti dərk etməməkdir. Qərblilərin düşüncəsi idi bu. Spinoza, Hegel kimi rasionalist mütəfəkkirlər əxlaqa da, azadlığa da idraki məsələ kimi baxaraq deyirdilər: «Azadlıq dərk olunmuş zərurətdir». Kant əxlaqı az qala isbat etmək işinə girişmişdi. Şərqdə isə əxlaqa idraki kamillik kimi yox, mənəvi kamillik kimi baxılıb. Şərq əxlaqda Allahı, azadlıqda iblis nəfsini gördüyü halda, Qərb birincidə zərurəti, ikincidə insan idrakını görüb. Şərq inanmağı və inandırmağı xoşlayır, Qərb anlamağı və əsaslandırmağı.

Dünyaya bir qayda olaraq, rasional insanilik paradiqmasından baxan Qərbin XIX əsrdə yaşamış filosofu Nitsşe ilk dəfə olaraq makrokosmik heç bir fövqəlinsani zərurətin olmadığını kəşf edəndə və bunu qısaca «Allahın ölümü» kimi elan edəndə, yazırdı ki, mən insan azadlığı qarşısında ən böyük maneəni qaldırdım, insan heç vaxt bu qədər azad olmamışdı. Doğrudan da, varlığın strukturunda zərurət yoxdursa, onda insanın da təbiətində əxlaq yoxdur. O, azaddır!

Bundan sonra Qərb azadlıqda insan təbiətini, əxlaqda isə tarixi-ictimai qandallar və təzyiqlər görməyə başladı. Z.Freyd insan təbiiliyi üzərində əxlaq süniliyinin yaratdığı psixonevrotik xəstəlikləri açıb göstərdi. Dünyaya daim irrasional ilahilik paradiqmasından baxan Şərq heç vaxt ilahi zərurət ideyasını yıxa bilmədi. Və təbii olaraq, Qərbin idraki yüksəlişini, mənəvi süqut kimi, azadlığını əxlaqsızlıq kimi başa düşdü. Şərqin nəzərində, sanki küçüyün arabaya bağlanan ipi qırıldı. Şərq əxlaqın fəlsəfi əsasını anlamadan onu sadəcə göydən enmiş əbədi qaydalar kimi başa düşdü, buna görə də əxlaqı ibadət kimi qavradı. O, əxlaq fazasından idrak fazasına keçid etmədi. O bunu etsəydi, mütləq azadlıq fikrinə gəlib çıxacaqdı. Əksinə, o, əxlaqlı cahili, əxlaqsız alimdən üstün tutdu.

Qərbdə isə XX əsrdə Sartr göstərdi ki, insan özü azaddır və əgər hansısa bir əxlaq olacaqsa, o, azadlıq əxlaqı olacaq. Ən böyük əxlaq azadlığın özüdür, ən böyük əxlaqsızlıq isə azad ola bilməmək.

Ağalar Məmmədov – Postmodernizm Fəlsəfəsi (Video)
Davamında filosof Ağalar Məmmədovun AFU”daki maraqlı söhbətlərinə online baxa və endirə bilərsiz…

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="400" height="225" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="allowfullscreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://vimeo.com/moogaloop.swf?clip_id=7855674&server=vimeo.com&show_title=1&show_byline=1&show_portrait=0&color=&fullscreen=1" /><embed type="application/x-shockwave-flash" width="400" height="225" src="http://vimeo.com/moogaloop.swf?clip_id=7855674&server=vimeo.com&show_title=1&show_byline=1&show_portrait=0&color=&fullscreen=1" allowfullscreen="true" allowscriptaccess="always"></embed></object>

Yüklə – 23.9 mb