www.epiloq.com » Kitablardan

Erasmus Rotterdamus – Axmaqlığın Mədhi
50-ci fəsil

Peşələrinin xarakterinə görə tamamilə mənim partiyama aid olsalar da, şairlər mənə daha az borcludurlar. Çünki şairlər, azad ruhlu insanlardır, bütün işləri-peşələri axmaqların qulaqlarını oxşayacaq sarsaq qoşmalar söyləməkdir. Və özlərinin boşboğazlıqları ilə allahın qılığına girib əbədiyyət qazanmağa ümid etmələri azmış kimi, başqalarını da buna ümidləndirirlər. Filvatiya və Kola-kil bu təbəqədən olan adamlarla daha sıx dostluq əlaqələri saxlayırlar və ümumiyyətlə mənim daimi və inanılmış pərəstişkarlarım yoxdur.

Daha sonra ritorlar (ritor – qədim Yunanıstanda bəlağət müəllimi) gəlir, aradabir yollarını azsalar da, filosoflarla oynasalar da, hər halda yenə də bizim partiyaya aiddirlər, buna sübut olaraq onların, söylədikləri bütün cəfəngiyyatlarla yanaşı, necə ciddi-cəhdlə zarafat etmək qaydaları haqqında yazdıqlarını göstərmək olar.Əbəs yerə deyil ki, “Natiqliq sənəti haqqında” əsərinin müəllifi Herennius – onun kimliyindən asılı olmayaraq – axmaqlığı zarafatın bir növü adlandırır. Bu təbəqənin əsl kralı Kvintilianda da gülüş haqqında, “İliada”dakından daha geniş bir fəsil var. Oratorlar axmaqlığı o qədər yüksək qiymətləndirirlər ki, bəzən dəlil-sübutları olmayanda vəziyyətdən gülüşlə çıxırlar. Gülməli sözlər danışıb qəh-qəhə doğurmaq isə, şübhəsiz, Axmaqlıq haqqında elmin predmeti sayılmalıdır.

Əbədi şöhrət qazanmaq arzusuyla kitablarını buraxan adamların da mayası eyni xamırdan tutulub. Onların hamısı çox şeyə görə mənə borcludurlar, özəlliklə o adamlar ki, boş və mənasız cəfəngiyyatlarla kağızları qaralayırlar, çünki üləmalıq edən bu adamlar həmin sahənin biliciləri olan az sayda insanın hansı rəy verəcəyini nəzərə almırlar, hətta Persiy və Leliy kimi nüfuz sahiblərindən belə çəkinmirlər, buna görə də həmin adamlar mənim nəzərimdə paxıllıq hissindən daha çox yazıqlıq hissinə layiqdirlər. Bir baxın, belə adamlar necə əzab çəkirlər: əlavələr edir, düzəldir, ixtisar edir, yerini dəyişir, təzədən işləyir, dostlara göstərir, sonra, məsələn bir doqquz il keçmiş, çap edirlər, hələ də öz əsərlərindən narazı halda, yuxusuz gecələrin (yuxu da hər şeydən şirindir) və bu qədər məhrumiyyətlərin və əzabların nəticəsində qazandıqları nə olur? Onları bəyənən bir neçə zövqlü adamın tərifli sözləri. Bunlara əldən getmiş sağlamlığı, solmuş gözəlliyi, zəifləmiş gözləri, bəzən tamamilə kor olmanı, kasıblığı, qısqanclığı, pəhrizə oturmanı, erkən qocalığı, vaxtsız ölümü, – saymaqla başa gəlməz, – əlavə edin. Və bizim ağıl dağarcığımız, onun özü kimi bir iki kor olmuşun tərifinə görə, bütün əzablarının nəticəsində özünü mükafatlanmış sanır. Bunun əksinə olaraq, mənim sözlərimə qulaq asan yazıçı nə qədər xoşbəxtdir: o, gecələr əlləşmir, ağlına nə gəlirsə onu da yazır, ağlı qələmin ucundadır, kağıza xərclədiyi bir neçə quruşdan itirəcəyi bir şey yoxdur və nə qədər çox cəfəngiyyat yazsa da əksəriyyətin, daha doğrusu, bütün axmaqların və başdanxarabların xoşuna gələcəyini əvvəlcədən bilir. Onun kitabını təsadüfən oxumuş bir-iki dənə elm adamının ona nifrət bəsləməsilə ona nə olacaq ki? Bu qədər nəhəng və hay-küylü insan toplusuna bir-iki elm adamının nə təsiri ola bilər? Başqalarının əsərini öz adından dərc edərək başqalarının şöhrətini mənimsəyənlər, ədəbi oğurluqlarının üstü açılana qədər öz saxtakarlıqlarından bəhrə götürmək istəyənlər daha gülüncdür. Buna əmin olmaqdan ötrü onların özləri haqqında tərifli bir söz eşidən kimi necə özlərindən razı halda publika önündə çıxış etmələrini seyr etmək, kitab dükanlarında kitablarının necə sərgiləndiyinə qürurlanmalarını, hər səhifədəki xarici adlar kimi səslənən və bir sehir dusaına bənzəyən qoşa soyadlarını ucadan oxuyaraq özlərini tanınmış bir adam kimi aparmalarını görmək yetərli ola bilər. Bu adamların addan başqa da bir şeyləri yoxdur, allah da bilir! Və, dünyanın nə qədər geniş və nəhayətsiz olduğunu yada salsaq, onları tanıyanların o qədər də çox olmadığını görərik; üstəlik, nadan adamların zövqləri nə qədər rəngarəng olsa da, onlar haqqında tərifli sözlər söyləyənlərin də miskin bir azlıq olduğu ortadadır. Bu da məlumdur ki, həmin adların çoxu havadan uydurulub və ya qədim kitablardan götürülüb. Məsələn, biri özünə Telemax (4), başqası Stelena(5) və ya Laert(6), bir ayrısı Polikrat, Frazimax(7) adlarını götürüb. Eyni müvəffəqiyyətlə kimsə özünü Buqələmun və ya Boranı adlandıra bilərdi, ya da, filosoflar necə edərsə, adlarının yerinə alfa və ya beta və s. hərfləri yazmaqla kifayətlənərdi. Ancaq ən əyləncəlisi axmaqların axmaqlar haqqında, nadanların nadanlar haqqında tərifli sözlər söyləməsi, biri-birləri haqqında yaltaqcasına məktublar, şeirlər və mədhiyyələr göndərməsidir. Biri öz dostunu Alkeyə bənzədir, o biri Kallimaxa, guya bu Siserondan yaxşıdır, o da Platondan daha ağıllıdır. Bəziləri də, öz şöhrətlərini artırmaq məqsədilə özlərinə rəqib axtarırlar.

Beləliklə, döyüşən tərəflər öz uğurlarından razı halda, savaş meydanındakı qaliblər kimi özlərini zəfər qazanmış kimi hiss edərək biri-birlərindən ayrılıncaya qədər xalq da tərəddüd içində gözləməkdədir və fikirlər haçalanmaqdadır. Müdrik adamlar belələrinə gülür, onları əsl axmaq yerinə qoyurlar. Şübhəsiz, onlar həqiqətən də axmaqlardır. Lakin, mənim mərhəmətim sayəsində, bu adamlar öz keflərinə yaşayırlar və öz qələbələrini Stsipion zəfərindən(10) aşağı hesab etmirlər. Yeri gəlmişkən, başqalarının axmaqlıqları ilə məzələnən elm adamları da mən az borclu deyillər, əgər dünyanın ən nankor adamları adını öz üzərilərinə götürmək istəməsələr, bunu danmağa cəsarət etməzlər.

Tərcümə: Rasim Qaraca

Frans Kafka – Ac qalmaq məharəti
Son on ildə ac qalmaq məharətini nümayiş etdirən artistlərə maraq çox azalıb. Əvvəllər belə tamaşaları təşkil etmək çox sərfəli olsa da, indi bu, qətiyyən mümkün deyil. Onda başqa dövr idi. O vaxtlar aclıq edən artist haqqında bütün şəhər danışırdı, tamaşaçıların sayı günbəgün çoxalırdı, hər kəs aclıq edəni heç olmasa, gündə bir dəfə görmək istəyirdi; az sonra kiçik qəfəsin qarşısında bütün günü oturan abunə sahibləri meydana gəldi; hətta gecələr də tamaşa davam edirdi

– effekti artırmaq üçün istifadə olunan məşəllərin işığında. Yaxşı havada qəfəsi küçəyə çıxarırdılar və bu vaxt aclıq edən artistin tamaşaçıları uşaqlar olurdular. Böyüklər onu sadəcə əyləncə xatirinə, ya da dəbə uyaraq görməyə gəlirdisə, uşaqlar ona ağızlarını açaraq, təəccüblə gözlərini zilləyirdilər; hər ehtimala qarşı bir-birinin əllərindən tutaraq qara trikoda, qabırğaları çıxmış, rəngi ağarmış, hətta stul belə istəməyərək, küləş tökülmüş döşəmədə oturan artistə baxırdılar. O, mehribanlıqla başını tərpədib güclə gülümsəyərək suallara cavab verir və hərdən də qəfəsdən arıq əlini çölə çıxarırdı ki, ona toxunsunlar; lakin sonra yenə fikrə gedir və heç nəyə əhəmiyyət vermirdi, hətta onun üçün mühüm olan saatın – onun qəfəsindəki yeganə əşyanın zənginə də, yalnız azca açılmış gözlərilə qarşısına baxır və arabir dodaqlarını islatmaqdan ötrü əlini balaca fincandakı suya batırırdı.

Orda gəlib-gedən tamaşaçılardan başqa, camaat tərəfindən seçilən daimi nəzarətçilər də vardı – qəribəydi ki, onlar adətən qəssablardan seçilir və həmişə də üç nəfər olurdular, – vəzifələri gecə-gündüz ac qalanı müşahidə etmək idi, guya o, gizlində qida qəbul edə bilərdi. Amma bu, kütləni sakitləşdirməkdən ötrü sadəcə formallıq idi, çünki tamaşaçılar çox yaxşı bilirdilər ki, aclıq etmək bacarığını göstərən artist heç bir vəziyyətdə, hətta məcburiyyət qarşısında, bir tikə də olsa yeməzdi; bunu ona peşə şərəfi qadağan edirdi. Doğrudur, nəzarətçilərin heç də hamısı bunu anlamırdılar; bəzən elə olurdu ki, gecə növbətçiləri ona çox da göz qoymurdular, qəsdən uzaqda oturub kart oynamağa başlayırdılar ki, aclıq edən bir şey yesin, nəzarətçilərin fikrincə o, gizlətdiyi yerdən bir şey çıxarıb yeyə bilər. Aclıq edən artist üçün belə nəzarətçilər qədər əzab verən heç nə yox idi; onlar onu ruhdan salırdı, aclıq onun üçün dəhşətli və çətin bir məsələyə çevrilirdi; bəzən öz zəifliyi ilə mübarizə apara-apara, nəzarətçilərin şübhələrinin əsassız olduğunu sübut etmək üçün onların yanında gücü çatana qədər oxuyurdu. Amma bu az kömək edirdi; nəzarətçilər onun bu fərasətinə, hətta oxuya-oxuya da yeyə bilməsinə təəccüblənirdilər. Qəfəsə yaxın oturan, zalın ümumi işıqlandırılmasıyla kifayətlənməyib əllərindəki fonarla qəfəsə baxan nəzarətçilər onun daha çox xoşuna gəlirdi. Parlaq işıq ona zərrə qədər də mane olmurdu, axı o, ümumiyyətlə yata bilmirdi, azca mürgüləməyi isə istədiyi vaxt və istədiyi vəziyyətdə, hətta camaatla dolu səs-küylü zalda da bacarırdı. O, bütün gecəni belə nəzarətçilərlə keçirməyə razı idi; onlarla zarafat etməyə, başına gələn hadisələri danışmağa, sonra da onların söhbətini dinləməyə hazır idi – və bütün bunları nəzarətçilərin yuxulamamasından ötrü, qəfəsdə yeyiləsi heç nə saxlamadığını, heç kimin onun kimi aclıq edə bilməyəcəyini onlara göstərmək üçün edərdi. O, daha çox səhər açılanda, onun hesabına nahar veriləndə və nəzarətçilər yuxusuz gecədən sonra iştahla yeməyin üstünə düşəndə sevinirdi. Onu da demək lazımdır ki, burada nahar etməyi mühafizəçilərin ləyaqətinə yaraşmayan hal kimi qiymətləndirən adamlar da vardı, lakin bu ifrata varmaqdan başqa bir şey deyildi. – Siz, özünüzü yoxlamaq üçün bütün gecəni naharsız növbə çəkməyi istərdinizmi? – deyə onlardan soruşanda, heç bir söz demədən dərhal əkilirdilər.

Lakin bu, elə bir inamsızlıq idi ki, onu ac qalmaq prosesindən qətiyyən ayırmaq olmazdı. Axı, heç kim bütün gecəni və gündüzü aclıq edənin yanında nəzarətçi kimi dayana bilməzdi və deməli, heç kim öz müşahidəsinə əsasən deyə bilməzdi ki, o, həqiqətən də fasiləsiz və nümunəvi olaraq aclıq edir, ya yox. Bunu ancaq, ac qalmaq məharətini nümayiş etdirən artistin özü bilərdi, necə ki, təkcə o, özü öz aclığından razı qalan tək tamaşaçı ola bilərdi. Lakin, o da razı deyildi və buna tamam başqa səbəb var idi. Ola bilərdi ki, onun bu dərəcədə arıqlaması (bəzi adamlar onun görünüşünə dözə bilmədiklərindən tamaşaya baxmağa gəlmirdilər) heç də ac qalmağından deyildi, bəlkə də, özü özündən razı qalmadığı üçün arıqlayırdı. Axı, aclıq prosesinin əslində nə qədər asan olduğu heç kimə məlum deyildi və bunu təkcə o özü bilirdi. Bu, dünyada ən asan iş idi. Özü də artist bunu adamlardan da gizlətmirdi, amma ona inanmırdılar. Bəziləri fikirləşirdi ki, o, təvazökarlıq edir, çoxları isə belə hesab edirdi ki, o ya özünü reklam edir, ya da heç bir çətinlik çəkmədən aclıq etməyi bacaran adi fırıldaqçıdır. Yəqin o, bu işi asanlaşdırmağı bacarırdı və bunu az qala açıqca etiraf etməyə də cəsarəti çatırdı.

O, bütün bunlarla barışmağa məcbur olmuşdu, həm də illər keçdikcə öyrəşmişdi bunlara. Lakin narazı olması onu içəridən didirdi və aclıq etmə müddəti nə qədər olursa olsun, bunu da təsdiq etmək lazımdır ki, o, bircə dəfə də qəfəsi könüllü tərk etməmişdi. İmpresario aclıq müddətini ən çoxu qırx gün təyin etmişdi və ona bundan çox aclıq etməyə icazə vermirdi. Onun buna əsası vardı: təcrübə göstərirdi ki, reklamların hesabına təxminən qırx gün ərzində artan maraq, hətta böyük şəhərlərdə belə get-gedə sönür və bundan sonra tamaşaçıların sayı kəskin surətdə aşağı düşürdü. Bu baxımdan şəhərlə kənd arasında fərq olsa da, hər halda aclıq müddəti qırx günü aşmırdı.

Və deməli, qırxıncı gün gül-çiçəyə tutulmuş qəfəsin qapıları açılırdı, tamaşaçılar coşqunluqla amfiteatrı doldururdular, hərbi orkestr çalırdı, artisti müayinə etmək üçün iki həkim qəfəsə girirdi, zala meqafonla nəticələri elan edirdilər və sonra məhz onları seçdiklərindən xoşbəxt olan iki gənc xanım artistə yaxınlaşıb qəfəsdən çıxmağa və pilləkənlərlə aşağı düşməyə ona kömək edirdilər. Aşağıda onu xüsusi olaraq bu məqsədlə hazırlanmış kiçik stolun üstündəki müalicəvi süfrə gözləyirdi. Bu an artist həmişə müqavimət göstərirdi. Sümükləri çıxmış əllərini ona tərəf əyilmiş xanımların yumşaq ovuclarına könüllü olaraq qoysa da, ayağa durmaq istəmirdi. Niyə məhz indi, qırx gündən sonra hər şey sona çatdı? O daha çox tab gətirə bilərdi, sonsuza qədər çox; niyə o, aclığın ləzzətini təzəcə duymağa başlayanda hər şey qurtardı? Niyə ləyaqətlə aclıq etməyə ona imkan vermədilər və onu bütün dövrlərin ən böyük aclıq edən artisti olmağa qoymadılar? Axı, ona elə gəlirdi ki, onun ac qalmaq məharəti sərhədlər tanımır, hətta o, əlçatmaz səviyyəyə çata bilər. Onun qarşısında heyrətlə durmuş bu insan kütləsi niyə bir az da dözə bilmədi? Əgər o, aclığı davam etdirmək iqtidarında idisə, bu kütlə niyə gözləmək istəmədi? Həm də o yorulmuş, küləşin üstündə rahatca oturmuşdu, indi isə ayağa durmalı və yeməyə sarı getməli idi. Amma qidanı görəndə onun qusmağı gəlir və yalnız yanındakı xanımların xatirinə özünü bundan bir təhər saxlayırdı. O, baxışlarını bu, mehriban görkəmli, əslində isə qəddar olan xanımlara tərəf qaldırır və cansız boynunun üstündəki qurğuşun kimi ağır başını yavaş-yavaş yelləyirdi. Lakin sonra, həmişə baş verən yenə də başlanırdı. İmpresario heç bir söz deməyərək, – müsiqi danışmağa imkan vermirdi, – yaxınlaşır, əllərini artistin üzərində elə qaldırırdı ki, sanki bütün göy qübbəsini küləşin üstündə oturmuş uşağına, buna layiq olan əzabkeşə baxmağa dəvət edirdi; son dərəcə bayağı ehtiyatla artistin belini qucaqlayaraq tamaşaçıları başa salmaq istəyirdi ki, o necə kövrək və zəif varlıqla iş görür. Və onu ətrafdakıların uzanmış əllərindən yayındıraraq ağappaq ağarmış xanımlara təhvil verirdi. İndi artist hər şeyə dözməliydi; onun başı sinəsinə sallanmışdı; bədəni çökəkliyə oxşayırdı; ayaqları, özünümühafizə instinktinin təsiri ilə, bir-birinə sıxılmışdı, buna baxmayaraq döşəmədə elə yeriyirdi ki, elə bil, bu əsil döşəmə deyildi, əsil döşəməni onlar hələ axtarırdılar… və artistin çox yüngül çəkisi təngnəfəs olub kömək istəyən xanımlardan birinin üstünə düşmüşdü – xanım şərəfli işi belə təsəvvür etmirdi. O, boynunu yana çevirirdi ki, heç olmasa sifəti artistə toxunmasın (buna müvəffəq olmurdu), o biri, daha bəxtli xanımsa ona kömək etməyərək, artistin əlini, bu kiçik sümük yığnağını aparmaqla kifayətlənirdi. Sonra köməksiz qalmış xanım, zalın heyrətli qəhqəhələri altında özünü ağlamaqdan saxlaya bilmirdi, nəticədə hazır dayanmış xidmətçiylə dərhal əvəzlənirdi. Sonra iş yeməyə gəlib çatırdı, impresario qidanı yarıyuxulu vəziyyətdə olan artistin boğazına güclə tökürdü. İmpresario bunu şən-şən danışaraq edirdi ki, tamaşaçıların diqqətini artistin həqiqi vəziyyətindən yayındıra bilsin. Bundan sonra camaatın şərəfinə sağlıq deyilirdi və impresarionun dediyinə görə, guya, bu sağlığı artist onun qulağına pıçıldayıb; orkestr daha güclü səslə tuş çalırdı, adamlar yavaş-yavaş dağılışırdılar. Bu tamaşadan narazı qalmağa heç kəsin haqqı yox idi, heç kəsin, təkcə artistin özündən başqa.

O, kiçik və müntəzəm fasilələrlə, uzun illər saxta və xəyali şöhrətlə yaşadı, lakin buna baxmayaraq, həmişə ruh düşkünlüyü içində oldu. Onun ruhi vəziyyəti ilə heç kim ciddi maraqlanmadığından daha da düşkünləşdi. Bəs onu nə ilə ovundurmaq olardı? O, insanlardan daha nə gözləyə bilərdi ki? «Bütün bu qəm-kədərin səbəbi əslində aclığın özüdür», deyib ona təsəlli verən (xüsusən də aclığın inkişaf etmiş mərhələsində) xeyirxah adamlara isə, artist elə cavab verirdi, elə qışqırırdı ki, sanki vəhşi heyvan qəfəsini laxladıb dağıtmaq istəyirdi. Düzdür, impresario belə vaxtlarda çıxış yolu tapırdı. O, artistin adından tamaşaya toplaşmış camaatdan üzr istəyib deyirdi ki, bu hərəkətin səbəbi artistin uzun müddət ac qalmasından yaranan əsəbilikdir, bunu tox adamlar anlaya bilməz. O, artistin «bundan da uzun müddət ac qala bilər» deməsini də bu əsəbiliklə bağlayaraq, onun yüksək təşəbbüsünü, arzusunu, fədakarlığını təriflədi. Sonra o, artistin bu fikrini, onun ac qalmasının qırxıncı günü yarıölü vəziyyətdə çarpayıda uzanılı halda təsviri olan və dərhal satılan fotoşəkillərinin nümayişi ilə təkzib etdi. Bu, artistə yaxşı məlum olsa da, həqiqətin növbəti dəfə təhrif olunması onun üçün ölümcül və axırıncı zərbə idi. Aclıq müddətinin vaxtından əvvəl qurtarmasının nəticəsini burda səbəb kimi göstərirdilər. Bu anlaşılmazlıqla, bu anlaşılmazlıq dünyası ilə mübarizə aparmaq mümkün deyildi. O, əvvəllər, əgər qəfəsdən tutub impresarioya böyük ümidlə, həvəslə qulaq asırdısa, indi, bu fotoşəkillər meydana çıxdıqdan sonra ümidləri tükənmiş halda ah çəkərək küləşin üstünə yıxılırdı və sakitləşmiş camaat yenidən yaxına gəlib məmnuniyyətlə ona baxırdı.

Belə səhnələrin şahidləri bir neçə ildən sonra bunları xatırlayanda, özləri özlərini anlamırdılar. Çünki, bu dövr ərzində artistin karyerasında ani olaraq böyük dəyişiklik olmuşdu; bəlkə də, burda daha dərin səbəblər var idi, amma onları kim aydınlaşdıracaqdı ki… Hər halda, gözəl günlərin birində bizim şıltaq və inadcıl artistin tamaşasına olan maraq itdi, camaat indi başqa əyləncələrə üstünlük verirdi. İmpresario onunla Avropanın yarısını bir dəfə də gəzdi, amma əbəs yerə, – hər yerdə gizlicə sövdələşibmişlər kimi az qala ac qalmaq tamaşasına antipatiya yaranmışdı. Əlbəttə, bütün bunlar gözlənilmədən baş verə bilməzdi və indi, geriyə nəzər saldıqda, bu qara günün gələcəyini xəbər verən bəzi nüansları xatırlamaq olardı. Lakin o vaxt, qazanılan uğurlardan sərxoş olaraq buna fikir verməmiş, lazımi ölçülər götürməmişdilər; indi isə artıq gec idi. Ac qalmaq tamaşasının zamanının nə vaxtsa mütləq gələcəyi fikri isə, heç kimdə şübhə doğurmasa da, bu zəif təsəlli idi. Özünün qeyri-adi bacarığını nümayiş etdirən artist indi nə etməliydi ki? Minlərlə insanı heyrətə salan artist, axı, yarmarkalardakı balaqanlarda çıxış edə bilməzdi, başqa sənətə yiyələnməyə gəldikdə, o, çox yaşlı idi və ən əsası da aclıq məharətinə fanatikcəsinə bağlanmışdı. Nə isə, axır ki, artist, karyerasında ən sadiq yoldaşı olan impresario ilə vidalaşdı və böyük bir sirklə kontrakt imzaladı. O, mütəəssir olmamaq üçün hətta müqavilənin şərtlərini də oxumadı.

Çoxlu miqdarda insanların, heyvanların və müxtəlif əşyaların daim bir-birini əvəz etdiyi böyük sirkə hər zaman istənilən artist lazım ola bilər, hətta ac qalmaq məharətini nümayiş etdirən artist də, amma bir şərtlə ki, o, lazımsız sorğu-suallarla zəhlə tökməsin; və bundan başqa, axı, artistin təkcə özünü yox, həm də onun keçmiş, məşhur adını işə götürmüşdülər. Bu sənətin bütün incəliklərini nəzərə alsaq, özünün əvvəlki formasıyla daha seçilməyən artistin sirkdəki yeni və sakit vəzifəsində başını birtəhər girləmək istədiyini demək olmazdı; əksinə, onda daxili canatma qətiyyən azalmamışdı və o hamını inandırmaq istəyirdi ki, (bu da həqiqətə oxşayırdı) indi də əvvəlki kimi yaxşı ac qala bilər, hətta deyirdi ki, əgər ona sərbəstlik versələr (bu isə ona vəd edilmişdi), bu dəqiqə dünyanı mat qoyar. Artistin zəmanənin ab-havasını nəzərə almadan dediyi bu fikrə, bilicilər sadəcə təbəssümlə cavab verirdilər.

Prinsipcə, artistin özü də real vəziyyəti başa düşürdü və onun qəfəsinin əsas nömrə kimi manejin ortasında deyil, küncdə, işıqlandırılmış və camaata açıq bir yerdə, heyvanların qəfəsinə yaxın qoyulmasını da sakit qarşıladı. Tamaşaçılar hər şeyi anlasın deyə, qəfəsin yanında onun haqqında məlumat yazılmışdı. Tamaşaçılar sirk nömrələrinin arasındakı fasilələrdə heyvanlara baxmaqdan ötrü qəfəslərə yaxınlaşarkən istər-istəməz aclıq edən artistin də yanından keçirdilər və orda bir az dayanırdılar; əgər arxadan gələn dəstə bu dar keçiddə dayanmanın səbəbini bilsəydi və hay-küy salmasaydı, bəlkə də artistə daha çox tamaşa edərdilər. Bu səbəbdən artistin səbirsizliklə gözlədiyi və həyatının mənası olan tamaşaçılar yaxınlaşanda onu titrəmə tuturdu. Əvvəllər onun nömrələr arasındakı fasilələri gözləməyə səbri çatmırdı; uzaqdan ona tərəf gələn kütləyə yalvarışla baxırdı, lakin, təəssüf, tezliklə əmin oldu ki, – hətta bilərəkdən və israrla xam xəyala dalmaq da sarsılmaz təcrübə qarşısında tab gətirmir, – bu insanların gəlişinin əsas səbəbi onun yox, yalnız heyvanların qəfəslərinə baxmaq marağıdır. Və onun üçün ən xoş olan bu, uzaqdan baxmaq idi, çünki, kütlə ona yaxınlaşanda mübahisə edən dəstələrin qışqırığı, söyüşləri aləmi başına götürürdü; – heyvan qəfəslərinə baxmaq istəyən arxadan gələn dəstəylə, artistə öz arzu və həvəsləriylə yox, inadkarlıqdan və arxadan gələnləri qıcıqlandırmaq məqsədiylə baxan dəstə arasında mübahisə gedirdi.

Camaatın çoxu dağılışandan sonra, gecikən tamaşaçılar da gəlirdi, – əlbəttə, artistə uzun müddət baxmağa onlara heç kim mane olmurdu, – amma onlar artistə gözucu baxaraq, onun yanından sürətlə keçib heyvanlara tamaşa edirdilər. Lakin hərdən artist üçün xoşbəxtlik də üz verirdi; hansı bir atasa öz uşaqlarıyla birlikdə gəlir, barmağıyla aclıq edən artisti göstərir, uşaqlarına hər şeyi, keçmiş illərdəki tamaşaları ətraflı surətdə izah edirdi. Uşaqlarsa, həyat təcrübələrinin azlığından artistə anlaşılmazlıqla baxırdılar – axı onların nə vecinəyidi ki, aclıq nədir? – amma onların hər şeylə maraqlanan gözlərində yeni, qarşıdan gələn mərhəmətli dövrlərin parıltısı sezilirdi. Bəlkə də, onda artist öz-özünə deyirdi: əgər mənim qəfəsim heyvanların yerinə bu qədər yaxın olmasaydı, hər şey daha yaxşı olardı. Axı indi, heyvan qəfəslərindən gələn üfunətli iy, gecələr onların səs-küyü, çiy ət yeyərkən mırıltıları bir yana qalsın, insanlar öz seçimlərini daha asan edərdilər. Həm də bütün bunlar artistə bərk toxunurdu və pis təsir edirdi. Amma o, bu haqda sirkin direktoru ilə danışmağa qərar verə bilmirdi; içərisində hərdənbir onun da tamaşaçısının olduğu bu qədər insana görə o axı, heyvanlara borcluydu və bir də kim bilir, yadlarına düşsəydi, onu uzaq küncdə gizlədəcəkdilər, həm də ona heyvan qəfəslərinə aparan yolda maneə kimi baxacaqdılar.

Doğrudur, günbəgün balacalaşan kiçik bir maneə kimi; insanlar ac qalma məharətini nümayiş etdirən artistin bu qəribə arzusuna artıq öyrəşmişdilər. Və buna görə də ona qəti hökm çıxarmışdılar. O, daha yaxşı ac qalsaydı da, buna ciddi cəhd göstərsəydi də, onu artıq heç bir şey xilas edə bilməzdi, onun yanından dayanmadan, ona baxmadan keçirdilər. Hünərin çatır, kiməsə ac qalmaq məharətini başa salmağa çalış! Kim ki, aclığı hiss etmirsə, o, bunu heç anlamaz da. Qəfəsdən asılmış cəlbedici yazıları toz basmışdı və oxunmurdu; onları cırmışdılar və heç kim də bu yazıları təzələmək fikrində deyildi; aclıq müddətini hesablamaq üçün asılmış rəqəmli lövhə ilk günlər dəyişdirilsə də, indi ona əl vurulmurdu. Yəqin ki, bir həftədən sonra sirkin personalını bu asan işlər də bezdirmişdi; və indi, artistin nə vaxtsa arzuladığı kimi aclıq etməsinə, xəyalında tutduğu sərhəddə qədər çətinlik çəkmədən irəliləməsinə baxmayaraq, heç kim bu günlərin hesabını aparmırdı və heç kim, hətta aclıq edənin özü də neçə gün ac qaldığını bilmirdi. Bu kədər daş kimi onun ürəyindən asılmışdı. Bu vaxt ərzində, əgər hansı bir avarasa onun yanında dayanıb köhnə rəqəmlərə baxıb gülsəydi və şişirtmədən, fırıldaqçılıqdan dəm vursaydı, bu, sözün əsil mənasında iyrənc bir yalan olardı, – anadangəlmə qərəz və ədavətin, etinasızlığın doğurduğu rəzil bir yalan. Çünki, aclıq edən artist aldatmırdı, – o, düzgün işləyirdi, – bu yalançı dünya onu layiq olduğu mükafatlardan məhrum etmişdi.

Nə qədər uzun çəksə də, istənilən aclığın bir həddi var. Bir dəfə heyvanların yanındakı qəfəs sirkin nəzarətçilərindən birinin gözünə sataşdı və o, əlaltılarından soruşdu ki, içində çürümüş küləş olan bu əlverişli qəfəs niyə burda boş qalıb? Heç kim buna cavab verə bilmədi, birdən kimsə rəqəmlər yazılmış lövhəni gördü və aclıq edən artist yada düşdü. Uzun ağacla küləşi o yan-bu yana çevirməyə başladılar və artisti tapdılar.

- Sən hələ də aclıq edirsən? – nəzarətçi soruşdu. – Axı, sən bu aclığı nə vaxt qurtaracaqsan?

- Siz hamınız məni bağışlayın, – aclıq edən artist pıçıldadı; təkcə qulağını qəfəsə söykəmiş nəzarətçi onu başa düşdü.

- Əlbəttə, – nəzarətçi dedi və yanında duranlara artistin halını anlatmaq üçün barmağıyla alnını döyəclədi, – biz səni bağışlayırıq.

- Mən həmişə istəyirdim ki, siz mənim ac qalmağıma pərəstiş edəsiniz, – artist dedi.

- Biz onsuz da buna pərəstiş edirik, – nəzarətçi mehribanlıqla dilləndi.

- Amma sizin buna pərəstiş etməniz heç də lazım deyil, – artist dedi.

- Deməli, onda biz bunu etməyəcəyik, – nəzarətçi cavab verdi. – Axı, nə üçün biz pərəstiş etməməliyik?

- Ona görə ki, mən ac qalmağa məcburam, başqa cür yaşaya bilmirəm, – artist dedi.

- Bir ona baxın, – nəzarətçi dedi. – Niyə başqa cür yaşaya bilmirsən?

- Ona görə ki… – artist başını qaldırıb sanki öpüş üçün uzadılmış dodaqlarıyla hər bir sözü anlaşılsın deyə, düz nəzarətçinin qulağına deməyə başladı, – çünki, ürəyimə yatan, dadlı qida tapa bilmirəm. İnan mənə, əgər mən bu yeməyi tapsaydım, özümə diqqət cəlb etməzdim, sən və başqa insanlar kimi iştahla onu yeyərdim.

Bu artistin axırıncı sözləri idi, lakin onun tutqunlaşan ölgün və sönük gözlərində daha məğrurluq qalmasa da, aclığı davam etdirəcəyini bildirən qəti ifadə vardı.

- İndi isə, buranı qaydaya salın! – nəzarətçi əmr etdi və ac qalmaq məharətini nümayiş etdirən artisti küləşlə birlikdə dəfn etdilər.

Qəfəsi isə cavan bir leoparda verdilər. Nə vaxtsa həyat olmayan qəfəsdə bu vəhşi heyvanın qürurla ora-bura qaçması hətta ən diqqətsiz adamlar üçün də fərəhli idi. Leopardın heç bir qüsuru yox idi. Nəzarətçilər, onun zövqüncə olan qidanı tez tapıb gətirirdilər, hətta, elə görünürdü ki, o, azadlıq üçün də darıxmır; axırıncı əzələsinə qədər hər şeylə təmin olunmuş bu nəcib vücud azadlığı da özüylə daşıyır; azadlıq onun yırtıcı dişlərində oturub. Və onun cəhəngindən həyat eşqi elə hərarətlə vururdu ki, onun qarşısında durmaq tamaşaçılar üçün də çətin idi. Lakin, onlar özlərini ələ alıb, hər tərəfdən qəfəsi əhatəyə alır və heç cür ondan uzaqlaşmaq istəmirdilər.

Ruscadan çevirəni: Samir BULUT

Henrix Böll – Vida
Bayaqdan vidalaşdığımız yerdə həmin o xoşağəlməz əhvali-ruhiyyədə olsaq da, ayrıla bilmirdik… Qatarın yola düşməyinə hələ qalmışdı. Perron bütün perronlar kimi çirkli və havaçəkən idi, hər tərəf qatarların tüstüsü və adamların uğultusu ilə dolmuşdu…

Şarlotta vaqonun uzun dəhlizinin pəncərəsi qarşısında dayanmışdı, o, hər an arxadan itələnir, kənara sıxışdırılır və həm də ona çoxlu söyüşlər yağdırılırdı. Vaqon ağzına qədər adamla dolmuşdu. Biz, əlbəttə ki, bu anlarda, həyatımızın bircə olduğu bu əvəzsiz sonuncu dəqiqələrdə pəncərə arxasından etdiyimiz işarələrlə bir-birimizi yaxşı anlaya bilməzdik…

- Xoşdur, – o, artıq üçüncü dəfə idi ki, deyirdi. – Həqiqətən də xoşdur ki, sən mənim yanıma gəlmisən.

- Təşəkkür lazım deyil, biz ki, bir-birimizi artıq çoxdan tanıyırıq. On beş ildi.

- Hə, düzdü, indi bizim otuz yaşımız var, bununla belə… heç bir səbəb yoxdur ki…

- Yaxşı, daha bəsdir. Hə, bizim indi otuz yaşımız var. Rus inqilabının yaşı qədər…

- Səfalətin, aclığın yaşı qədər…

- Müharibənin… müharibənin yaşı qədər…

- Bir qədər az…

- Hə, sən haqlısan, biz hələ çox cavanıq. O, güldü.

-Sən nəsə dedin? – bu zaman ona arxadan ağır bir çemodan dəydiyi üçün əsəbi halda soruşdu.

- Yox, bu mənim ayağım idi.

- Sən bunun üçün nəsə etməlisən.

- Hə, nəsə etməliyəm, o, həqiqətən də çox incidir…

- Ayaqüstə durmaq sənə çətin deyil ki?

-Yox…

Əslində, bu an mən ona demək istəyirdim ki, mən onu sevmişdim… Ancaq on beş ildən bəri mən bunu ona deyə bilməmişdim…

- Nə?

- Heç nə… İsveç… Deməli, sən İsveçə gedirsən…

- Hə, mən bir az utanıram… Çünki indi İsveçdə xarabalıqlar,  eybəcərliklər və səfalət hökm sürür və mən buna görə xəcalət çəkirəm. Bütün bunlar məni dəhşətə gətirir…

- Ağılsızlıqdı, sən artıq ora mənsubsan, İsveçlə fəxr etməlisən…

-Hə, belədi… Bəzən mən hətta buna görə sevinirəm də… Bilirsənmi, təminat hərtərəfli olmalıdı və heç nə, heç bir şey insanı üzməməlidi. O[1], tamamilə valehedici təsvir edir…

Qatarların nə vaxt yola düşəcəyəni elan edən səs indi bir perron da yaxınlıqdan eşidildi və mən qorxdum, ancaq bu hələ bizim qatar deyildi… Səs yalnız Rotterdamdan Bazelə gedən beynəlxalq qatarın yola düşdüyünü bildirirdi. Bu an mən Şarlottanın kiçik, incə sifətinə baxanda nədənsə mənə məstedici sabun və kofe iyi gəldi və mən özümü çox aciz hiss etdim.

Bir anlığa mən özümdə ümüdsüz də olsa, bir cəsarət tapdım və bu kiçik simanı sadəcə olaraq pəncərədən özümə tərəf çəkib qoparmaq və həmişəlik yanımda saxlamaq istədim… Axı, o, mənim idi… Axı, mən onu sevmişdim…

-          Hə, nə fikirləşirsən?

-          Heç nə, – mən dedim, İsveçlə fəxr etməlisən…

-   Sən təsəvvür eləməzsən ki, o, nə qədər dözümlüdür… Üç il Rusiyada həbsdə, sonra min bir əziyyətlə həbsdən qaçmaq… və indi o, artıq Rubens[2] haqqında araşdırmalar aparır…

-         Ağılsızlıqdı, həqiqətən ağılsızlıqdı…

-         Sən də gərək nəsə edəsən, bəlkə elmi iş üzərində çalışasan…

-Yum ağzını!

-Nə? – o, heyrətlə soruşdu, – nə? Onun rəngi ağappaq oldu.

-Üzr istəyirəm, – mən pıçıltıyla ona dedim. -Ayağımla danışırdım, hərdən onunla söhbət eləyirəm…

O, əlbəttə ki, Rubensin təsvir etdiyi qadınlara qətiyyən bənzəmirdı, o, daha çox Pikassonun[3] yaratdığı qadın təsvirlərinə oxşayırdı və mən durmadan özümə sual verirdim… Axı, nə üçün o, yalnız onunla evlənmək istəmişdi. Axı, o, heç vaxt gözəl olmamışdı, hətta mən də onu sevmışdim…

Perrona sakitlik çökmüşdü, artıq hamı yerbəyer olmuşdu və ətrafda yalnız bir cüt vidalaşan adam gözə dəyirdi. Səs hər an qatarın yola düşəcəyini elan edə bilərdi. Bizim hər anımız sonuncu ola bilərdi…

-Sən nəsə etməlisən, nə iləsə məşğul olmalısan, belə davam edə bilməz…

-Hə, düz deyirsən.

O, Rubensin təsvir etdiyi qadınların tam əksi idi: ucaboylu… uzun ayaqlar… əsəbi görkəm… və o, həmçinin yaşlı görünürdü; rus inqilabı qədər… Avropadakı aclıq və səfalət qədər… müharibə qədər…

-Mən buna heç cür inana bilmirəm… İsveç… Bu lap yuxu kimidir.

-Hə, yaşadığımız hər şey bir yuxudur.

-Sən təsəvvür edirsən?

-Əlbəttə. On beş il… Otuz il… Yenə də otuz il. Nə üçün  əlləşməliyəm, buna dəyməz. Sakit ol, lənətə gəlmiş!

-Hə, yenə ayağınla danışırsan?

-Hə.

-O, nə deyir?

-Qulaq as.

Biz tamamilə sakit idik, bir-birimizə baxaraq gülümsəyirdik və özümüz heç bir söz deməsək də, baxışlarımız danışırdı.

Sonra o, yenə gülümsəyərək mənə dedi:

-         Hə, indi başa düşdün? Necədir, yaxşıdır?

-         Hə… hə.

-Doğrudan?

-Əlbəttə.

-Görürsən də, – o, sakitcə sözünə davam etdi, – axi, məsələ onda deyil ki, birlikdə olasan və hər şey də ürəyincə olsun. Bu heç də belə deyil, düz demirəm?

Qatarın yola düşəcəyini elan edən səs, indi rəsmi və aydın şəkildə lap qulağımın dibində eşidildi. Bu an qatar sanki bir böyük boz sərt qamçı kimi vağzalın içərisinə şütüyəndə mən diksindim.

-Əlvida!

-Əlvida!

Tam sakitcə qatar yola düşdü və böyük boz vağzalın qaranlıqları içərisində gözdən itdi…

[1] Şarlottanın əri nəzərdə tutulur

[2] Məşhur flamand rəssamı

[3] Məşhur ispan rəssamı

Tərcümə:  Yasəmən Həsən Xəlqi

Özgür Baykut – Tanrının Oyunu
Hamınız öz nümayişinizə xoş gəldiniz. Bəli, bəli. Siz. Xoş gəldiniz! Səhnə sizindi. Rol da… Həyatımın başından bəri həmişə Talisker içib komin qarşısında Hotel Costes dinlədiyimimi zənn edirsiniz? Ölmək üzrə olan bir kəs üçün əsrlər qədər uzun çəkən bir müddətdi. Sağlam və yaşayacaq çox zamanı olduğuna inanan bir kəs üçün çox qısa sayılacaq bir müddət əvvəl, dilək daşının xoşbəxtlikdən xəbər verməsi ümidiylə dinlədim arabesk klassikasını. Gülərsən təbii! Heç boşa gözləmə xəbər zad yoxdu. Beləcə oturub gözləməyi davam etdirsən, xoşbəxtliyin səni gəlib tapacağıda yoxdu. Biləsən.

Niyə bu ilərləməyən əlaqələr məni tapırdı? Pulum yox idi onsuz da. Günahım nəydi? Hə, nə idi? Bunu haqq edəcək nə etmişdim? Necə bir rol idi bu? Yox, susmağa heç niyyətim yoxdu. İllərcə susdum və çoxlu növbələr yığdım.

Artıq növbə məndədi;  DANIŞACAĞAM.

Nədi, tanış gəldi? Səndə həmişə aldadılan olmusan? Ya da aldadan? Kiçik olanda atanla anan həmişə dalaşardı. Evlənəndə heç dava eləməyəcəkdin. Gözlərindəki yaş nədi bəs? Bəs çox sevirdin? Niyə nifrətini qışqırırsan indi. Qır qır, bir neçə şey də at divara. QIŞQIR.

“Heyvan gədə!”

“Cındır fahişə!”

Yaşadığın həyat üçün günahkar müəyyəndi. Anan. Bəli bəli qəti olaraq onun günahıdı. Evə sərxoş gəldin, atandan saxladı kötəy yeməməyin üçün. Yeməkləri pişirib-pişirib yedizdirdi. Soyuq sudan isti suya soxmadın əlini. Ya atan? Ananı aldatdı. Ya da aldatmadı. Çox mehriban idi. Azca köbüd olsaydı, nolardı? Yox, yox, tam bir heyvan idi, qayışının dadı hələ kobud ətində. İçərdi. Heç içməzdi. Ateist idi. Beş dəfə çubuq gücüylə namaza qalxızardı. Neçə yaşına gəldin hələ xilas ola bilmədin. Anandan. Atandan. Təzyiqdən. Kiməsə baxmaq məcburiyyətində olmaqdan. Baxılmaqdan. Uşaqsanmı sən? Deyilsənmi? İşində də doğru düzgün bir idarəçin olmadı. Hamısı xiyardı. İnsanlıqdan paylarının almıyıblar. Ya da adam kimi bir işçin olmadı. Əşi səndən bir neçə dənə də olsa, nə yaxşı olardı… Oh! Ləb deməyinə belə gərək qalmazdı işlər həll olardı. Bu yaltağlar… Bu YALTAĞLAR… Yenə onlardan birisinin vəzifəsi qaldırıldı. Səni görmədilər, hə? Görməyəcəklər. Əclaflar. Niyə göstərmədin qardaşım özünü? Hə, niyə? Acizsənmi?

Oyunumuz neçənci pərdəsini açır, bəlkə də heç bağlamayıbdı. Oyun sizin seçdiyinizdimi yoxsa Tanrınınkımı?

Həqiqətən seçim edə bilirikmi? Həyat nə istəsən onumu verir həqiqətən? Verir, əmin ola bilərsən. Amma seçim mənimkimi? Yoxsa Xəyyamın dediyi kimi, dama taxtasındakı piyadaya etdirilən gözlənilməz bir hücummu sadəcə? Heçliyin quyusudurmu sonumuz? Qayıqçı tez-tez saatınamı baxır, gecikdiyimizi düşünərək.

Nəysə nə?

Seçimlər kimindi?

Səninmi?

Əminsənmi?

Mən də elə düşünmüşdüm.

Yəni bu an bu kitabı oxumağın üçün mən heç bir səy göstərmədim. Oxumaq tamamilə sənin seçimindi, başında suallar yarandısa günah mənim deyil. Oxumaya bilərsən. Ya da sabax gedib hamıya tövsiyə edə bilərsən. Axır vaxtlarda oxuduğum;

Ən qəribə…

Ən yaxşı…

Ən uydurma…

Ən…

Ə…

Kitab…

Hər nə olursa olsun. Artıq kitabı oxumağa başladığındakı sən deyilsən. Həyatını geri dönməmək üzrə dəyişdirdin. Kitabı tövsiyyənlə oxuyacaq insanların da həyatları bir daha eyni olmamaq üzrə dəyişəcək. Mənim həyatım da dəyişdi. Yazmağa başlamamışdan əvvəlki mən deyiləm artıq.

Başına həmişə eyni şeylərmi gəlir? Bu dəfə fərqli olacaq deyirsən amma yenə eyni şeymi olur?

Səmimiyyətinə sığınaraq bir şey söyləmək istəyirəm.

“Eyni şeyləri etməyə davam edərək fərqli nəticələr əldə edəcəyinə necə inanarsan? NECƏ?”

Unudmamış bir şey daha deyəcəm;

“Pox atdığın insanların heç bir günahı yoxdu. Çünki günahı yıxmağa çalışdığın hər kəs sənsən. Özündə sevmədiyin şeylərin sifətində əks olunmaqdan ibarətdi hamısı, ona görə insanları günahlandırmağı burax və aynadakı əksinə bax.”

İçindən deyinmə. Çəkinməyinə ehtiyac yoxdur, üzümə deyə bilərsən.

“Secret oxuyub, mənə satır” deyə bilərsən.

Bəli oxudum. Məsnəvidə oxudum. Secret. Kvant. Dovşan dəliyi. Bəli hamısını oxudum. Mövlanaya heyran oldum. Gandiyə də amma Ferrarisini satan müdrikdən nifrət etdim. İnsan həm müdrik olub, həm də Ferrari sürə bilər. Aramızda tək fərq var. Tək fərq.

MƏN HƏYATIMI DƏYİŞDİRDİM…

Dəyişməkmi istəyirsən?

İnsanları günahlandırmağı burax.

Həyat insana istəmədiyi heç bir şey verməz.

Heç bir şey…

Amma yenə də insanın ağılına ilişir də. Hər şey alınıma yazıldısa, azıb gedəcəyim hər yeni yol onsuz da əvvəlcədən müəyyən deyilmi?

Oyun mənimmi?

Yoxsa Tanrınınmı?

Rollar bədahətəndirmi?

Yoxsa, arxadan bir səs qulağımızamı üfləyir?

SUSMAYACAĞAM…

SUSMAYA…

SUS…

DUM.

Tərcümə: Əli Xəyyam

OSHO deyir ki…
Bəzi şeylər yalnız reallıqla poetik əlaqədə açılır, bunu isə yalnız şairlər bilir.

Şairi avam sayırlar, hesab edirlər ki, o, həyatda yerini tapa bilmir, yaşamağın qaydasından xəbərsizdir. Şair heç vaxt nə böyük pullar qazana bilir, nə də hakimiyyət. Onun zənginliyi başqa sahədədir.

Şair hesab edir ki, sevgi var, hesab edir ki, Allah var. Həyatda kiçik şeylərdən zövq ala biləcək qədər sadəlövh olan insan anlaya bilir ki, Allah mövcuddur, çünki Tanrı xırdalıqlarda özünü biruzə verir – o, yediyimiz ərzaqlarda, getdiyimiz yollardadır. Allah sevgidədir – sizin sevgilinizə duyduğunuz sevgidə, dostluqda, əlaqəniz olduğu insanda… Allah kilsələrdə deyil. Kilsələr poeziya ilə deyil, siyasətlə məşğuldur.

Qoy hər birinizin içində poeziya olsun, bunun üçün sevgidən yoğrulmuş daxili təməl, kifayət qədər mətinlik lazımdır ki, bu dünyada sadəlövh qalasan, amma için poetik olsun. Poetiklik – şeir yazmaq demık deyil; poetiklik şeir yazmağın kiçik bir hissəsidir. Bir misralıq şeir yazmamaş adam da şair ola bilər. Ya da minlərlə şeir yazar, amma şair olmaz.

Şair olmaq həyat tərzidir. Bu, həyatı sevmək, ona səcdə etmək, ürəyindən gələn hisslə həyata bağlanmaq deməkdir.

Tərcümə: Sima

Qabriel Qarsiya Markes – Üç somnambul üçün kədər
İndisə orada, evin uzaq bir küncündə kimsəsizdir. Biz hələ şeylərini – meşə qoxusunu heç itirməmiş paltarıyla, pis havalarda geydiyi quştək yüngül ayaqqabısını gətirməmişdən qabaq kimsə bizə demişdi ki, bu qadın iyi-dadı olmayan ləng həyata alışa bilmir, o həyatın ən cazibədar şeyi sərt tənhalıqdır, daim onun çiyinlərini əzir, sanki daş və əhəngdən tökülüb.

Kimsə bizə demişdi – və biz bunu xeyli vaxt keçəndən sonra xatırladıq ki, nə vaxsa onun da uşaqlığı olub. Ola bilsin, onda deyilənə sadəcə inanmamışdıq. Amma indi, barmağını dodaqlarına tutub, təəccüb dolu gözlərlə baxaraq küncdə oturduğunu görəndə başa düşdük ki, doğrudan da nə vaxtsa onun uşaqlığı olub; az ömürlü yağış soyuğunu bilib və günəşli günlərdə, qəribə də olsa, ondan kölgə düşüb.

Bütün bunlara (olduqca çox başqa şeylərə də) o axşam – onun ibtidai aləmlə əcaib bağlılığına rəğmən tamamilə insanlaşdığını anlayanda inandıq. O, sanki daxilində nə isə şüşə bir şey sınıbmış kimi həyacanlı qışqırtılar çıxarmağa başlayanda biz bunu başa düşdük; yanında oturana qədər göz yaşları içində hər birimizi adbaad çağırdı; oxuyası və ovça çalası olduq, sanki bu hay-həşir çilik şüşəni yapışdıra biləcəkdi. Yalnız onda biz inandıq ki, onun nə vaxtsa uşaqlığı olub. Elə çıxır ki, bizə nə isə onun bağırtıları sayəsində açıldı; o, ayağa duranda ağac və dərin çay yada düşdü və azacıq qabağa əyilib, önlüyü ilə üzünü örtməyib, fınxıraraq burnunu silməyib, hələ də göz yaşları içində bizə dedi:

- Mən bir daha gülümsəməyəcəm.

Üçümüz də dinməzcə həyətə çıxdıq – bəlkə də eyni fikirlərin üçümüzü də çulğaladığına görə; bəlkə də “evdə işıq yandırmaq gərək deyil” fikirlərinə görə. O, tək qalmaq, ola bilsin, saçını sonuncu dəfə hörə-hörə (vəhşi olandan sonra, deyəsən, bu onun keçmiş həyatından qalma yeganə zədələnməmiş vərdişiydi), qaranlıq bucaqda oturmaq istəyirdi.

Həyətdə, cücülər buludu altda onun haqqında düşünmək üçün oturduq. Qabaqlar da belə edərdik. Demək olar, bunu hər gün, bütün həyatımız boyu bu cür edərdik.

Fəqət, bu gecə başqalarından fərqliydi: bu gecə o demişdi ki, bir daha gülümsəməyəcək və onu çox yaxşı tanıdığımızdan inandıq ki, dəhşətli yuxumuz çin çıxacaq. Biz üçbucaq qurub oturmuşduq, ortalıqda isə onu – saniyəyə qədər dəqiq ölçən saysız-hesabsız çaqqıldayan saatları, onu çürüntüyə çevirən ritmi hətta eşitməyə belə qabil olmayan o mücərrəd, qəribə varlığı göz önünə gətirirdik. Hamımız eyni anda düşündük: “Əgər ona ölüm arzulamağa cəsarətimiz çatsaydı…” Lakin biz onun gizli çatışmazlıqlarımızın miskin vəhdətinə bənzər yöndəmsiz və qorxunc qəlbini elə sevirdik ki…

Biz çoxdan böyümüşük, çox-çox illər bundan əvvəl. Amma o bizdən də böyük idi. Bu gecə də bizimlə bir yerdə otura bilərdi – ulduzların müntəzəm döyüntüsünü duya-duya, güclü oğullarının əhatəsində. Əgər vicdanlı bir burjuaya ərə getsəydi, yaxud ləyaqətli bir insanın rəfiqəsi olsaydı, hörmətli bir senyora ola bilərdi. Amma o, düz xətt sayaq, tək bir ölçü daxilində yaşamağa adət etmişdi, yəqin ona görə ki, eyib və üstünlüklərini profildən görmək mümkün deyildi. Biz bu haqda artıq bir neçə il əvvəl bilmişik. Bir səhər yataqdan qalxıb, onun həyətdə tamamilə hərəkətsiz uzandığını və torpaq gəmirdiyini görəndə heç təəccüblənmədik də. Onda o gülümsəmiş və bizə baxmışdı; ikinci mərtəbənin pəncərəsindən həyətdəki möhkəm gil torpaq üstünə düşmüş və üzü palçığa batılı vəziyyətdə uzanıb qalmışdı – mətin və sarsılmaz. Sonradan başa düşdük: dəyişilməmiş qalan yeganə şey vardısa, o da məsafə qarşısındakı qorxu, boşluq qarşısındakı təbii vahimə idi. Biz onu çiyinlərindən tutub qaldırdıq. O heç də, ilk baxışda bizə göründüyü kimi, qacımamışdı. Əksinə, yumşaq və yovuşqan idi, hələ soyumamış meyit kimi.

Biz onu güzgü qarşısına qoyan sayaq üzü günəşə çevirəndə gözləri bərəlmişdi, ağzı torpağa bulaşmışdı, dəfn dadı gərək ki, ona tanış idi. Bizə yönəlmiş sönük, donuq baxışlarından duyğu yarandı ki, o, yoxdur – qollarım üstündə tutmuşdum onu. Kimsə bizə dedi ki, o ölüb; amma soyuq, sakit təbəssümü qalmışdı – gecələr evi yuxusuz dolaşanda həmişə belə gülümsəyərdi. Dedi ki, həyətə necə gəlib çıxdığını başa düşmür. Dedi ki, ona isti olmuşdu, səsini eşitdiyi zəhlətökən, qulaqbatıran cırcırama onun fikrincə – o bu cür dedi, – otağının divarını dağıtmaq istəyirdi, bir də dedi ki, yanağını sement döşəməyə sıxıb bazar günü oxunan duaların hamısını xatırladı.

Amma bilirdik ki, o heç bir duanı yada sala bilməzdi, bizim artıq bildiyimizə görə, zaman haqda təsəvvürlərini çoxdan itirimişdi, bu yerdə dedi ki, cırcırama otağın divarını çöldən itələyəndə o, divarı içəridən tuta-tuta yuxuya gedibmiş, dediyinə görə kimsə onun çiyinlərindən tutub divardan aralayanda və üzü günəşə çevirəndə dərin yuxudaymış.

O gecə həyətdə oturanda başa düşdük ki, o artıq gülümsəməyəcək. Bəlkə də onun etinasız ciddiliyinə, özbaşına və izaholunmaz küncdə yaşamaq vərdişinə görə qabaqcadan kədərləndik – indiki kimi küncdə oturduğunu ilk dəfə gördüyümüz gün necə kədərlənmişdiksə elə; və biz onun bir daha evi dolaşmayacağı barədə dediyini eşitmişdik. Əvvəl ona inanmamışdıq. Biz aylarla onun, sutkanın istənilən vaxtında başını dik, çiyinlərini isə boş tutub, dayanmadan və qəti yorulmadan otaqları gəzdiyini görərdik. O, gecələr iki zülmətin arasından keçəndə addımlarının aydın eşidilməyən xışıltısı gələrdi, hərdən də çarpayıda uzandığımız vaxt onun sirli yerişini dinləyərək, fikrən onu ev boyu izləyə-izləyə oyanardıq. Bir dəfə dedi ki, nə vaxtsa dəyirmi güzgünün içində, sərt şəffaflığa batmış cırcıramanı görüb və özü şüşə səthin içinə girib ki, onu çıxarsın. Bununla nə demək istədiyini başa düşmədik, lakin əmin olduq ki, əynindəki paltar nəmdir və bədəninə yapışır, elə bil indicə nohurda çimib. Bir izah tapmayıb, evdəki cücülərlə qurtarmaq qərarına gəldik : ona əzab verən qarabasmanın kökünü məhv etmək.

Divarları yuduq, tapşırdıq ki, həyətdəki kolluğu budasınlar və bu da sanki gecə sakitliyinin çirkini təmizləmək kimi çıxdı. Fəqət, onun gəzişini, cırcıramalardan danışmasını daha eşitmədik – ta o günə qədər ki, sonuncu dəfə yemək yedi, hamımıza nəzər saldı, baxışlarını bizdən üzmədən sement döşəməyə oturdu və dedi: “Mən burda oturacam”; biz də sarsıldıq, çünki onun nəyəsə çevrildiyini gördük, bu da ölümə olduqca çox bənzəyirdi.

O vaxtdan xeyli keçib və artıq onu orada, yarıya qədər açılmış hörüklə, döşəmə üstdə oturan görməyə adət etmişik, sanki hörüyünü öz tənhalığına gedərkən açıb tökmüşdü və bizə görünsə də tənhalığında itib batmışdı. O səbəbdən başa düşmüşük ki, bir də heç vaxt gülümsəməyəcək; bunu qəti və arxayın deyib – nə vaxtsa artıq gəzməyəcəyini dediyi kimi. Bizdə inam yaranıb ki, çox az bir vaxt keçəcək və o, bizə “Mən daha görməyəcəm” – yaxud: “Mən daha eşitməyəcəm” deyəcək və onda başa düşərik ki, öz həyatını öz istəyi ilə söndürməsi üçün onun yetərincə insaniliyi var, çünki eyni vaxtda hiss üzvləri də bir-birinin ardınca sözünə baxmır və onu, sanki həyatında ilk dəfə yuxuya gedibmiş kimi divara söykənmiş halda tapacağımız günə qədər belə olacaq; ola bilsin, bunlar hələ bu tezliklə baş verməyəcək, lakin biz üçlükdə həyətdə oturaraq o gecə onun çiliklənən şüşə cingiltisinə bənzər zil, aramsız hönkürtüsünü eşitmək istərdik ki, təskinlik tapaq, barı elə bilək ki, evdə uşaq (oğlan ya qız) doğulub. Onun yenidən doğulduğuna inanmaq istərdik.

Çevirəni: Mehman Musabəyli

Frans Kafka – İmtahan
Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı hərdən, lap çox istəmişəm.

Ona görə də qulluqçuların otağında uzanıram, tavandakı tirlərə baxıram, yuxuya gedirəm, ayılıram, təzədən bir də yatıram. Bəzən də yaxınlıqdakı meyxanaya gedirəm, ancaq  verdikləri pivə yaman turş olur. Hərdən əsəbiləşib onu yerə tökürəm, ancaq sonra da təzəsini alıb içirəm. Orda oturmaqdan xoşum gəlir, çünki onun balaca, bağlı pəncərəsindən evimizin pəncərələrinə baxdığımı heç kəs görmür. Orda da çox şey görünmür, mənə elə gəlir, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir. Özü də bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizləri deyil. Ancaq ola bilsin ki, səhv edirəm, bunu bir dəfə kimsə demişdi, özü də mən şoruşmamışdım, özü demişdi, evin ümumi görnüşü də bunu sübut edirdi. Pəncərələr nadir hallarda açılırdı,  açan da qulluqçu olurdu, ona söykənib bir az küçəyə tamaşa edirdi. Deməli, elə dəhlizdir ki, onun küçəyə baxdığını heç kəs görmür. Yeri gəlmişkən, yuxarıda işləyən qulluqçuları tanımıram, onlar mən qalan otaqda yatmırlar.

Bir dəfə meyxanaya gələndə gördüm ki, yerimdə ayrı bir müştəri oturub. Qorxumdan kim olduğuna baxmadım, elə qapıdanca geri dönüb qayıtmaq istədim. Ancaq məni yanına çağırdı və belə məlum oldu ki, o da qulluqçudur, hardasa görmüşdüm, sadəcə olaraq, söhbətimiz olmamışdı.

-    Niyə qaçırsan? Gəl otur, iç, pulunu özüm verəcəm.

Beləliklə, onun yanında oturdum. Bir neçə sual verdi, ancaq cavab ala bilmədi, çünki nə soruşduğunu başa düşmədim,ona görə də dedim:

-   Yəqin indi məni dəvət etdiyinə peşman oldun. Elə isə, gedirəm…

Və ayağa durmaq istədim, ancaq o, əlini stolun üstündən uzadıb məni yerimdə oturtdu:

-   Dayan! –dedi. – Bu yalnız imtahan idi. Kim suallara cavab verə bilmir, deməli, imtahandan keçmiş olur…

Tərcümə: Vilayət Hacıyev

Matsuo Basyo – Haykular
Harda qalmısan, ququ quşu?

Yadına sal, baharın necə nəfəs dərdiyini

Gavalılar çiçək açmağa başlayanda.

Söyüd ağacı başını əydi və yuxuya daldı,

Mənə elə gəlir ki, onun ruhudur

Budağındakı bülbül

Kədər səni alanda daha artıq hiss edirsən

Şərabın müdrikliyini

Yalnız kasıbçılıqda anlayırsan

Pulun ilahiliyini

Qulaq kəsilirəm dolunun səsinə

Təkcə mənəm burada dəyişməyən,

Bu qoca palıd ağacı kimi.

Uzaqlarda tətrik səsi

Boş yerə özünü yorur. İndiki zamanda

Şairlər yaman çoxalıb.

Şair Sempunun xatirəsinə

Sənin məzarına

Müqəddəs lotos yarpaqlarını deyil

Bir dəstə çöl otu gətirdim.

Dosta uğurlu yol arzusu

Eh, unutmadınsa əgər sən şairi,

Sayo-no Nakayama dağlarında öz-özünə de:

Bax elə buradaca o kölgəyə çəkilmişdi!

Şıq-şıq səs gəldi birdən

İçimdə dil açdı kədər…

Şaxtalı gecədə bambuk.

Pəncərəmdən baxdı ay

Nur saldı dörd bucağına

Mənim bu darısqal komamın.

Qürbətdə

Nazik alov dilimi,-

Lampanın yağı donub.

Ayılırsan…Kədər, kədər!

Avaragor qarğa, baxsana!

Hanı sənin köhnə yuvan?

Qaysı gül açdı hər tərəfdə.

Kəpənəklərin uçuşu

Oyandırır sakit zəmini

Günəşin istisində.

Seyrinə dalmışıq ayın.

Nəhayət nəfəsimizi ötürürük!-

Bulud keçib gedir.

Vıyıldayır payız küləyi!

Yalnız çöldə gecələdiyiniz zaman

Başa düşəcəksiniz şerlərimi.

Səhər açılmış sarmaşıqlara

Uçur kədər dolu vızıltıyla

Yarımcan mğmığa.

Təlaş içərisində

Xrizantem şehi içən bu kəpənək

Bir payız daha yaşamaq istəyir.

Çiçəklər soldu.

Toxumları tökülüb düşür

Sanki göz yaşlarıdır…

Sərt külək əsib əsib

Bambuk meşəsində gizləndi

Bir az sakitləşdi elə bil.

Kohnə qobu

Suya atıldı qurbağa

Səssizlikdə ləpələrin marçıltısı.

Nə qədər qar gördük indiyədək,

Ancaq elə buz ürəkli oldular hər zaman-

Yam-yaşıldır qayın ağaclarının yarpaqları!

Diqqətlə bax!

Quşəppəyi çiçəklərini görəcəksən

Çəpərin altında !

Oyan, oyan artıq!

Gəl mənə yoldaş ol,

Yatmış kəpənək

Qərbi əyalətə getmiş dosta

Qərb və ya şərq

Eyni bədbəxtlik hər tərəfdə

Külək hər yerdə eyni cürə üşüdür

İlk qar düşdü səhər erkən.

Azacıq əydi

Nərgiz yarpaqlarını

Bir az şərab içdim,

Ancaq yuxum daha da qaçdı…

Gecə yağan qar.

Su elə soyuqdur ki!

Uyuya bilmir qağayı,

Dalğalar üzərində ləngər vuraraq.

Çatırdayıb partladı bardaq:

Gecə donmuşdu içərisindəki su.

Diskinib ayıldım birdən.

Şəhərdə yeni il bazarı.

Heç olmasa bir dəfə gedə bilsəydim!

Özümə tənbəki çubuğu alardım.

Tərcümə: Rasim Qaraca

Haruki Murakami – “Vaxtı boşuna xərcləməkdən xoşum gəlir”
Məşhur yapon yazıçısı, azərbaycanlı oxuculara “Qoyun ovu” romanından tanış olan Haruki Murakaminin müsahibəsini sizə təqdim edirik.

- Sahibi olduğunuz caz-bardan ötəri darıxırsınız?

- Hərdən. Mən o barı yeddi il işlətdim. Amma sərxoş müştərilərə tab gətirə bilmədim. Hərdən onlarla əlbəyaxa dalaşmalı və bardan bayıra atmalı olurdum. Üstəlik, bəzi musiqiçilər də istirahət günlərində “vurub”, bara gəlirdilər. Belə şeylərə daha baş qoşmaq istəmirəm. Amma bu təcrübə mənə istedad barədə çox şey öyrənməyə imkan verdi. Məsələn, indi bilirəm ki, on barmendən ancaq biri yaxşı kokteyl hazırlamaq bacarığına malikdir. Mən istedada inanmağı öyrəndim, eyni zamanda bunu da anladım ki, təkcə istedadlı olmaq hər şeyi həll etmir. İnsanın istedadlı doğulub-doğulmaması vacib həyati faktdır. İnsanlar məndən soruşur ki, yazıçı olmaq üçün nə etmək lazımdır. Onlara necə cavab verəcəyimi bilmirəm. Əgər istedadın yoxdursa, bu, zamanı havayı xərcləməkdir. Bir şey də var ki, həyat onsuz da zamanı boşuna xərcləmək deməkdir. Odur ki, mən bilmirəm…

- Deyirsiniz ki, həyat – zamanı boşuna xərcləməkdir?

- Məncə, belədir… Bəlkə də zamanı boşuna xərcləmək xoşuma gəlir. Dünyada elə şeylər var ki, mən onların ölüsüyəm – pişiklər, caz… elə qızlar da. Kitablar. Bunların hamısı mənə dünyada baş girləməyə kömək edir. Yazmaq üçün istedadım var, amma mənə həmişə elə gəlir ki, bu, vaxtı havayı xərcləməkdir. Sevimli yazıçım Dostoyevskidir. “Karamazov qardaşları”nda insanın oxumaq istədiyi və nə vaxtsa oxumaq istəyəcəyi çox şey var. Mən bu əsəri “ideal roman” adlandırıram. Bax bu, mən bunu yazmaq istəyərdim. Elə bilirəm ki, “Oyuncaq quşun gündəlikləri” ideal romana doğru atılmış addımdır. Dostoyevskinin dünyasına bir az yaxınlaşdığımı düşünəndə o məndən daha da uzaqlaşır və qarşıda bu qədər uzun yol varkən mənim elə az vaxtım qalıb ki…

- Bir müddət xaricdə yaşamağa və orada yazmağa sizi nə vadar etdi?

- Yaponiyada yaşadığım vaxtlar bircə arzum vardı – buradan mümkün qədər tez cəhənnəm olub gedim! Orada o qədər problemim vardı ki… Burada yaşayanda Yaponiyadakı bəzi sistemlərə qarşı olan nifrətim daha da artdı. Odur ki, Birləşmiş Ştatlara köçdüm. Beş il yaşadım və qəfildən hiss elədim ki, içimdə Yaponiya və yaponlar barədə yazmaq ehtirası var. Uzaqda olanda adam öz ölkəsindən daha yaxşı yaza bilir. Uzaq məsafədən vətəni olduğu kimi görmək daha asandır. O vaxta qədər Yaponiya barədə yazmağa elə də həvəsim yox idi. Sadəcə, özüm və öz dünyam haqqında yazmaq istədim.

- Yaponiyada Kansay (köhnə Yaponiya – Kioto, Osaka, Kobe) və Kanto (Tokio, İokoqama) rayonları demək olar ki, bir-biri ilə rəqabət aparır. Sizsə Kansayda doğulub, sonradan Kantoya köçdüyünüzə baxmayaraq, bu barədə yazmamısınız. Niyə?

- Mən otuz ildən çoxdur ki, Kantoda yaşayıram. On səkkiz yaşımdan bəri… Tokioda universitetə daxil olanda çalışdım ki, Kansay ləhcəsini tərgidim, Kansayla vidalaşım. Sonradan tezliklə Yaponiya ilə vidalaşmağa çalışdım. Harda yaşayıramsa, yaşayım, oradan tezliklə çıxıb getmək istəyirəm. Universitetdə oxuduğum vaxt ərzində indiki həyat yoldaşıma vuruldum. Və Tokioda yeni “mən”imi tapdım. Arvadım Tokiodan, Tokionun mərkəzindəndir. Amma həmişə mənə elə gəlir ki, kansaylılar tokiolulardan daha səviyyəli adamlardır.

- Mədəni cəhətdən?

- Bəli. Kansaylılar daha düşüncəli və intellektualdırlar. Kansay ləhcəsində metafizika barədə danışmaq mümkün deyil. Tokio ləhcəsinə öyrəşəndən sonra hiss elədim ki, kansaylı beynimi işə salaraq, daha aydın və səlist danışa bilirəm. Bu, əla kombinasiyadır. Kansaylılar qaraqabaqdır. Öz hisslərini gizlədirlər. İkimənalı danışırlar. Amma tokiolular belə deyil. Bu adamlar kansaylıların nə danışdığını başa düşə bilmirlər. Üstəlik, atam Kiotodandır, oralıları isə ümumiyyətlə, başa düşmək mümkün deyil.

- Sizin hər şeyi təzədən kəşf etmək ehtirasınız Amerika ədəbiyyatına olan marağınızdan irəli gəlir?

- Mən xeyli amerikalı yazarı tərcümə eləyib, onlardan çox şey öyrənmişəm. Mən dillər sistemində hərəkət edirəm. Bu, çox maraqlıdır. Yazıçılıq sənətində mənim müəllimim olmayıb. Müəllimim tərcüməçilik olub. Tərcümə edə-edə çox şey öyrəndim. Truman Kapotenin, Raymond Randlerin, Frensis Fisceraldın, Raymond Karverin əsərlərini sevirəm. Onlardan yazmağı öyrənmişəm. Əla yazıçılardır.

- Birləşmiş Ştatlarda çoxu belə düşünür ki, yazdığınız hekayələr eləcə, Nyu-Cersidə, yaxud Vermontda da baş verə bilərdi. Amma heç kim “Oyuncaq quşun gündəlikləri” barədə belə demir. Bu, təsadüfidir? Yoxsa siz “Gündəliklər…”də Yaponiya həyatını və tarixini daha məqsədyönlü şəkildə yazmağı qərara aldınız?

- Düzdü, mən başqa kitablarımda da müharibə mövzusuna toxunmuşam. Buna oxşar bir şeyi “Qoyun ovu”nda da eləmişəm. Çində yapon ordusunun bəzi “şücaət”lərini təsvir etmişəm. Amma gənc yaşlarında belə şeylərdən yazmaq çətin olur. Mənə elə gəlir ki, yazıçı kimi artıq yetişmişəm. “Gündəliklər…”rə başlayanda artıq tarix barədə yazmağı bacarırdım. Mən tapmaca tapmaq istəmirdim, ədəbiyyat yaratmaq istəyirdim. Amerika intonasiyasından, üslub və strukturundan yararlanaraq, ciddi kitab yazmaq istəyirdim. Üslubum yapon həmkarlarımın üslubundan fərqlənir. Və mən razıyam ki, buna qədər yazdıqlarım Vermontda da baş verə bilərdi. Hamısı yox, bəziləri…

- Mancuriyadakı hərbi kampaniyanı təsvir edəndən sonra sizə hədə-qorxu gələnlər oldumu?

- Yox. Çünki sağçı fanatlar əsərlərimi oxumurlar. Onlara maraqlı deyil. Mənə isə belə oxucular çox da lazım deyil.

- Öz fantaziyanızı, öz materiallarınızı da əlavə edərək, beynəlmiləl təhkiyə formasından istifadə etməyə başladınız. Bununla belə, yapon yazıçısı olaraq qaldınız. Bu, özündənarxayınlıqdır – elə bil öz janrınızın strukturu ilə manipulyasiya etməyə qərar vermisiniz…

- Yapon ədəbiyyatındakı əsas ənənə “sise-sötsu”dur (avtoportret roman). Birinci kitabımı yazanda hamı şoka düşmüşdü. Yazdıqlarım “sise-sötsu”dan çox fərqlənirdi. O vaxt az tənqidçi vardı ki, məni qəbul edirdi. Elə tənqidçilər var ki, hələ də məndən zəhlələri gedir. Amma kitabım çoxlarının xoşuna gəldi – bu, çox yaxşıdır. Yazıçı öz oxucusunu tapırsa, yaşaya biləcək. Prinsip budur. Əvvəl mənim yüz min oxucum vardı. Mən onlardan yapışdım və yaxalarını buraxmadım. On ildən sonra bu oxucuların sayı iki yüz min oldu. Lap yaxşı. “Norveç meşə”sini yazandan sonra oxucularımın sayı bir milyona çatdı. Bax bununla artıq öyünmək olardı. Milyonlarla oxucu isə – istisnadır. Belə şey tarixdə bir dəfə olur. Mənsə bir yazıçı kimi dünyada öz varlığımı sığortalamışam.

- Necə sığortalamısınız – maddi, estetik, yoxsa emosional mənada?

- Başa düşürsünüz də, mən yazıçı-romançıyam. Qalın, iri kitablar yazıram. Belə kitabları başa çatdırmaq üçün çox vaxt lazımdır. “Oyuncaq quşun gündəlikləri” dörd ilimi apardı. Yazdığın müddət ərzində nəyinsə hesabına yaşamalısan axı… Belə yerdə pul adamın çox köməyinə gəlir. Əgər pulun yoxdusa, oturub romanını yazmaq əvəzinə nəsə başqa bir işlə məşğul olmalısan. Bu isə – biabırçılıqdır!

- Bir hekayə nə qədər vaxtınızı aparır?

- Bir həftə.

- Cəmi bir həftə?

- İlkin qeydləri üç günə yazıb qurtarıram. Amma bu üç gün ərzində başqa heç nə eləmirəm. Sadəcə, yazıram. Sonra üç gün də hekayəni düzüb-qoşmağa sərf eləyirəm. Hazır hekayəni redaktoruma verirəm. Onun da öz mətbəx sirləri var. Hekayə mənə qayıdandan sonra təzədən yazıram, dəyişirəm, düzəldirəm. Son vaxtlar bütün bu proses bircə həftə vaxtımı alır. Orta hesabla bir aya üç hekayə yazıram.

- Zəlzələdən sonra Kansayda olmusunuz?

- Hə. Orada xeyriyyə qiraəti keçirmişəm.

- Bəs kütləvi qiraətə münasibətiniz necədir?

- Belə şeylərə dözə bilmirəm. Axmaq suallar verən, avtoqraf istəyənlərin sayı həddən artıq çox olur.

- Hardansa oxumuşdum ki, siz triatlonla (qaçış-red.) məşğul olursunuz. Altı dəfə Boston marafonunda, iki dəfə də Nyu-York marafonunda qaçmısınız. Ayda üç hekayə yaza-yaza məşqlərə necə vaxt çatdırırsınız?

- Bu da bir intizamdır. Diqqətini nəyəsə cəmləmək istəyirsənsə, sənə məhz fiziki güc lazımdır. Yazıçıların çoxu idmanı sevmir – amma yaxşı yazmaq üçün fiziki cəhətdən güclü olmaq lazımdır. Cavan və güclüsənsə, hər şey eləyə bilirsən, çünki buna gücün çatır. Yaşlananda isə mütləq bədəninlə məşğul olmalısan. Otuz üç yaşım tamam olanda mən siqareti atdım və qaçmağa başladım.

- İsanın yaşında?

- Doğrudan e… Bu, heç ağlıma gəlməmişdi.

- Siz hər yerdə, xüsusilə Yaponiyada qeyri-ənənəvi bir həyat keçirirsiniz. Heç bir qruplaşmaya qoşulmursunuz, ədəbi dairələrdə görünmürsünüz, müsahibə verməkdən xoşunuz gəlmir… Amma səyahət edirsiniz, istədiyinizi yazırsınız, öz yolunuzla gedirsiniz. Sizcə, bugunki yapon gəncliyi belə bir həyat yaşamaq istərdimi?

- Gənclik dəyişir. Əvvəlki nəsillərdən fərqlənir. Hərdən axmaqlıq eləyir. Sibuy rayonuna gedəndə ağ rəngə boyanmış saçları və fil sümüyündən olan ayaqqabı dabanlarını görəndə ətim tökülür. Bu – axmaqlıqdır. Gənclik hələ öz məqsədlərini, hansı hisslərlə, fikirlərlə idarə olunduğunu, nə etdiyini bilmir. Bu – təhlükəlidir. Yaponiyada gəncliyin ən böyük bəlalarından biri – millətçilikdir. Mən vur-tut bir yazıçıyam və özümü bunun qarşısında gücsüz sayıram. Belə güclü axınlara qarşı çox da güclü mübarizə aparmaq olmur. Amma şüarlar tez ölür. Tarix isə çox yaşayır.

Çevirdi: Günel M.

David Lehman – Qadın kişini sevdiyi zaman
Qadın marqarita (1) deyərkən, daykiri (2) nəzərdə tutur.

Qadın xəyalpərəst dediyi zaman, dəyişkən nəzərdə tutur.

Və o, “Bir də heç vaxt səni dindirməyəcəm” deyəndə,

“Mən qəmli halda pəncərənin qarşısında dayananda,

arxandan qollarını belimə dola” demək istəyir.

Kişi bunu bilməlidir.

Kişi qadını sevdiyi zaman, o, Nyu-Yorkda olur,

qadın isə Virciniyada və ya

o, Bostonda yazır, qadın isə Nyu-Yorkda oxuyur və yaxud

qadın Balboa Parkında əynində sviter gözündə eynək,

o isə İtakada yarpaqları dırmıqlayır və yaxud da

kişi maşınla İst-Hempton istiqamətində gedir,

qadın isə rəngbərəng yelkənli qayıqların yarışdığı

körfəzə açılan pəncərənin önündə hüznlü halda dayanır.

O isə bu vaxt Lonq-Aylend şosesində tıxaca düşür.

Qadın kişini sevdiyi zaman, gecə saat ikiyə on dəqiqə işləyir,

qadın yatıb, o isə duzlu krendel yeyə-yeyə,

limonad içə-içə idman verilişinə baxır,

iki saat sonra kişi yuxudan oyanır və yırğalana-yırğalana

qadının ilıq bədəninin uzandığı çarpayıya doğru yeriyir.

Qadın sabah deyərkən, üç-dörd həftədən sonranı nəzərdə tutur.

O, “Biz indi mənim barəmdə danışırıq” deyəndə kişi danışığı kəsir. Qadının ən yaxın rəfiqəsi gəlib çıxır və soruşur, “Kimsə ölüb?”

Qadın kişini sevdiyi zaman, onlar gözəl bir iyul günü

şəlalədə lüt çimməyə gedirlər.

Su şırıltı ilə hamar daşların üzəri ilə axır

və kainatda yad olan heç nə yoxdur

Dəymiş almalar onların yanında yerə düşür.

Axı, o almaları necə yeməyə bilərlər?

Kişi, “Keçid dövrünə yaşayırıq” deyəndə,

qadın qurtum-qurtum içdiyi martini kimi quru tərzdə

“Çox orijinal fikirdir” deyə cavab verir.

Onlar durmadan mübahisə edir.

Məzəlidir.

Nə istəyirsən canımdan?

Elə biri üzr.

Yaxşı, üzr istəyirəm, ay səfeh.

Üzərində “Gülüş” yazılmış lövhə qaldırılır.

Bu donmuş bir şəkildir.

“Öpüşsüz dəli olmuşam” qadın deyir,

“bu barədə mənə təklif irəli sürə bilərsən”

və bu ingilis ləhcəsində əla səslənir.

Onlar bir ildə yeddi dəfə ayrıldı və doqquz dəfə də

ayrılmaqla bir-birilərini hədələdilər.

Qadın kişini sevdiyi zaman, kişinin onu

xarici ölkədə “Jeep” maşını ilə qarşılamasını istəyir.

Kişi qadını sevdiyi zaman, orada onu gözləyir. O, qadının iki saat

gecikməsinə və soyuducunun bomboş olmağına görə şikayətlənmir.

Qadın kişini sevdiyi zaman, oyaq qalmaq istəyir.

O, günün sona çatmasını istəmədiyi üçün ağlayan uşaq kimidir.

Kişi qadını sevdiyi zaman, yatmış qadını seyr edərək düşünür:

“Gecəyarı aya yaraşdığı kimi yuxu da sevgilisinə yaraşır”.

Onun gözü önündə minlərlə işıldaquş sayrışır.

Qurbağaların səsi orkestrin simli alətlər bölməsinin məşqini xatırladır.

Ulduzlar üzümşəkilli sırğalar tək aşağı sallanır.

1. Tekila, limon və ya laym şirəsi və şəkərdən düzəldilən kokteyl.

2. Rom, laym şirəsi və şəkərdən düzəldilən kokteyl.

İngiliscədən çevirdi: Xəqani Əliyev

Tanıtım:

David Lehman 1948-ci ildə Nyu Yorkda anadan olmuşdur. Kolumbiya universitetini bitirmiş və təhsilini İngiltərədə Kembric universitetində davam etdirmişdir. O, Kolumbiya universitetində doktorluq dərəcəsi almışdır. David bir sıra şeir kitablarının müəllifidir. Bunlardan: “Kişi qadını sevdiyi zaman” (Skribner dükanı, 2005), “Cim və Deyv maskalı şəxsi məğlub edir” (Ceyms Kummins ilə birgə, Soft Skull nəşriyyatı, 2005), “Axşam günəşi” (2002), “Deyli Mirror” qəzeti: “Şeir jurnalı” (2000), “Valentinin yeri” (1996), “Əməliyyat xatirəsi” (1990) və “Nitqə alternativ” (1986) adlarını çəkmək olar.

O, “Ən yaxşı amerikan poeziyası” seriya kitablarının redaktoru Poeziya Seriyasından Kitablar üzrə Miçiqan nəşriyyatının baş redaktorudur.

Lehman Quqqenheym və İnqram Merrill, İncəsənət üzrə Milli Qrant fondlarını üzvüdür. Amerika İncəsənət və Yazarlar Akademiyasının və Lila Uollos-Reader’s Digest Writer’s mükafatlarına layiq görülmüşdür. O, New School və Nyu York Universitetlərində çalışır və Nyu York şəhərində yaşayır.