kOr – Korun gördükləri

Yazılar Add comments

Qaranlıq küçə, əynində nazik paltar, ayağında cırılmış ayaqqabılar, tir-tir əsən əllərini belinə büküb, çoxdan insan üzünə həsrət qalan, skamyaları sökülmüş bir parkın soyuq pilləkanlarında hərəkətsiz halda oturmuşdu.Evə getmədiyi artıq 3 gün idi. Ana söyüşü, ata zərbəsi artıq qorxunc deyildi.

Artıq universitetdə olan zibil tarix müəlliminin milliyətçi söhbətlərini dinləməyə, qurup yoldaşlarının saxta əhvalatlarına yalançı gülüşlərlə cavab verməyə məcbur deyildi. Heç sevgilisiylə görüşüb onu əlində saxlamaq üçün dəbdəbəli hədiyyələr verməyinə də ehtiyacı yox idi. Çünki artıq hamısını köhnə parkın pas atmış zibil qabına tullamışdı. İndi məhlə uşaqlarının “panyatka” söhbətləri nənəsinin öyrətdiyi “allah babalar”la bir yerdə – zibillikdə çürüyürdü. O artıq başqaları üçün yox özü üçün yaşamağa qərar vermişdi. Heç kəsi yox idi sonuncu “dost”u da onunla dalaşıb yaxşıca əzişdirmişdi. Sifətindəki yumruqdan çatlamış yaralara yağış damcıları dolduqca “dostluq”larının necə də “möhkəm” olduğunu hiss etməkdə çətinlik çəkmirdi. Pulu da qurtarmışdı telefonunu dünən 3 dəfə aşağı qiymətə telefon dükanın “dindar “ sahibinə satmışdı. Dükan sahibi bu telefonlara marağın azaldığını lakin ona yazığı gəldiyi üçün aldığını və savab işləmək istədiyini deyincə məcbur 300 manatlıq telefonu 100 manata satmalı olmuşdu. əslində o kişinin dediklərinin heç birini eşitməmişdi heç ona fikir verməmişdi ona sadəcə pul lazım idi çünki evdən qaçdığı 2 gün ərzində sadəcə yarım stəkan su içmişdi. Çox ac idi və bir neçə kafeyə girib öz vəziyətini danışdıqda onu dilənçi sanıb hər dəfəsində yumruqla çölə atmışdılar. Onun vecinə deyildi anasının axıtdığı göz yaşları, atasının atdığı ürək dərmanları çünki onu bu vəziyyət gəlməsinə məhz bu “qayğıkeş” valideynləri səbəb olmuşdu. “Məktəbdə sakit, oxuyan uşaq, məhlədə tərbiyəli, uşaqlara qoşulub üst-başını batırmayan, hamıya hörmətlə yanaşan, kimliyindən asılı olmayaraq böyük gələndə ayağa qalxan, həyatı doğulduğundan ölümünə qədər valideynləri tərəfindən sistemli şəkildə yazılan və bu sistemdən çıxmağa qəti icazəsi olmayan” bir “insan” sürətinə sahib idi ona düşünməy olmazdı axı valideynləri hər şeyi düşünmüşdü o kimdi ki valdeyn sözündən çıxıb qız sevsin axı hər şeyin öz vaxtı var axı anası ona öz qohumlarından filankəs müəllimin qızını alıb onu xoşbəx edəcəkdi. Ona sadəcə boyun əyib yaşamaq yox yox sürünməy qalırdı çünki o yaşamırdı axı o balaca idi valideynləri onun əvəzinə yaşayardı, axı onlar hər şeyi öz oğullarının yaxşılığı üçün edirdilər. Hər dəfə bu sözləri eşidəndə özünə nifrət edirdi bir neçə dəfə intihar yolunu sınamışdı amma bacarmamışdı. Öz düşüncələriylə yaşamayan insan necə özünü öldürə bilərdi axı bu həyat onun yox ana atasının həyatı idi və nə qədər sınasa da hər şeyə son qoya bilməmişdi ona görə də bu seçimi bir neçə müddətlik təxirə salmışı amma özünə sözü varıydı nə vaxtsa rahat ölə biləcəkdi son bir ayda həddindən çox düşünürdü ölə bilmədiyinin, niyə bacarmadığının cavabını axtarırdı və deyəsən yavaş-yavaş tapırdı – axı özü istədiyi kimi yaşamır axı beynindəkiləri onunku deyil. Aha tapdı. Deməli dəyişməlidi amma necə? Nə etsin? Hardan başlasın? Əvvələ qayıtmalıdı lap əvvələ.
100 manatı alıb telefon dükanından uzaqlaşdı. İlk girdiyi yer qovulduğu kafelərdən biri oldu. Boş stollardan birində oturdu ofsiant onu tanıyıb qovmaq istəmişdi lakin pulu görüncə geri çəkilib yemək siyahısını uzatmışdı. O bir daha insanlığa nifrət etmişdi. Çünki offsiantı və kafedə çalışanları bir neçə dənə üsütndə xəritə şəkilli rəngli kağız parçasına satın almışdı. Dünən qovulduğu kafenin ən bahalı yeməyini sfiriş elədi. Adi bir dönərlə də qarnını doyura bilərdi onun üçün yeməyin heç bir fərqi yox idi sadəcə doyması ona kifayət idi lakin bu yeməyi sifariş edəndə ofsiantın üzün görüb yenidən nifrət etməyə səbəb axtarırdı.yarım saat sonra yeməyini bitirib hesabi verdi 40 manat. Lənət olsun! Qapını açıb çölə çıxanda öz şəklini televizorda gördü. Aparıcının yalançı üzüntüsü sonra anasını göstərdilər göz yaşları, “oğlum oğlum” sözləri sonra atası. Gördüklərindən bir az cəsarətə gəlimişdi birinci dəfə idi ki valideynlərinin sözündən çıxıb istədiyi kimi etmişdi. Özünə görə öz istədiyi kimi yaşamışdı nə ana qınağı nə də ata şallağı yox idi. Deyəsən azadlıq adlı ağacın ilk meyvələrini dadmağa başlamışdı. Gündüzlər harda gəldi gəzir gecələr isə həmin parka gəlib yenə də ÖZ düşüncələri ilə yalnız qalırdı və parkda yatırdı. Park çoxdan tərk edildiyindən onu narahat edən heç bir səbəb və ən əsası insan adlı vəhşi gəmirici yox idi. Beləcə 1 ay keçmişdi evdəkilər artıq ondan əllərini üzmüşdülər. O azad idi. Istədiyi yerə gedir istədiyi işlə məşğul olur istədiyi kimi düşünürdü. Istədiyi vaxt ağlayıb qışqırır istədiyi vaxt ürəkdən gülürdü. Bir neçə müddət sonra özünə verdiyi söz yadına düşmüşdü TAM AZAD OLDUĞU ZAMAN ÖZÜNÜ ÖLDÜRƏCƏY. Artıq istəyinə nail olmuşdu azad idi və özünə yalan deməməy üçün intihara hazır idi. Parkda olan köhnə sınıq karusellərin birinə yaxınlaşdı əlinidəki tozlu kəndiri karuselin dəmirindən bağlayıb boğazına keçirdi. Gözlərini yumdu üzündə qəribə bir sevinc var idi gözlərini yummuşdu amma gözərinin belə güldüyünü sezməy çətin deyildi. Axırda bu sözləri deyib hər şeyə son qoydu. “Sağ ol fahişə həyat! Səni incitdiyim üçün üzr istiyirəm, sən məni aldadaraq öz murdar yatağına salıb sevişə bilmədin. Öz iyrənc xəstəlikərin mənə keçmədi. Mən təmiz ölürəm özüm olaraq ölürəm inan bu necə zövq verir anlaya bilməzsən. Çünki fahişələr ancaq bir şey üçün yaşayır sən də onlardansan. Çox yormuram səni mən gedirəm….sağ ol..”.. bir neçə saniyəlik xirilti, əl-qol hərəkətləri, və son o öldü.Belə polis bəy bundan başqa bir şey eşitmədim.
Bir polis bölməsi idi içəridə 4 nəfər. Həmin oğlanın ana, atası, posil məmuru və hadisələrin şahidi olan həmin kimsəsiz parkda yaşayan bir kOr qoca. O artıq bütün əhvalatı danışmışdı. Kor gözlərindən yaşlar axırdı çünki o da oğlan kimi bir neçə il əvvəl bunları yaşamışdı amma cürəti çatayıb özünü öldürə bilməmişdi. Polis oğlanın valideynlərinə baş sağlığı verib bir neçə saata tibbi ekspertdən keçdikdən sonra meyidi onlara təhvil verəcəylərini bildirdi. Otaqdan çölə çıxandan kor qoca oğlanın valdeynləri ilə söhbətdə bildirdi “o uşağı bu vəziyətə siz gətirdiz. Siz istəmədən onu məhv etdiz. İndi nəyə lazımdı ağlamaq üz-göz cırmaq? O uşaq geri qayıdan deyil sizdən yalvarıram o biri övladlarınızı belə korlamayın sahib çixin amma öldürməyin”
Valideynlər öz səhvlərini başa düşmüşdülər 1 yaşlı körpələrini başqa cür böyütməyə başlamışdılar həmin oğlan öz qardaşının bədənində yenidən yaşayırdı bu dəfə öz uşaqlığını azad və qorxusuz.
Bir neçə gün sonra yenə intihar eyni park eyni kəndir bu dəfə qoca idi özü də kor. Nəhayət özünə veridiyi sözə sahib çıxmışdı. Cəsarət tapıb göz yaşları içində amma sevinclə intihar etmışdi…….

p.s. azad olub öz düşüncələrimizlə yaşamaq üçün daha neçə kOr”un intiharını gözləməlisiz ? belə valideyn olmaq yaxşıdı? Həə? Nəsə deyəsən boş boşuna yazıldı bu yazı çünki bunu da görməzsiz axı sizə sərf eləmir. Düzdü yox yox bu sizə aid deyil axı siz yaxşı insansız.
Əslində kor olan mən yox sizsiz mənim gözlərimiz olmasa da qəlbimlə görürəm amma siz…siz… (növbəti intihar)

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags:


10 Responses to “kOr – Korun gördükləri”

  1. Fidan Says:

    если честно,я тоже хотела суицида,т.е мне тоже хотелось покинуть эту жизнь!я не стесняюсь этого и признаюсь!!!я прекрасно понимаю этого молодого человека!мои родители такие же!!!я это им доказывала,но они меня не понимают!хочу им предоставить этот рассказ,может быть что-то измениться,но люди каяться после того,что происходит.
    Этот рассказ я прочитала в 23:51 и все в один вдох!прекрасно!!!хотя тема актуально в наши дни,но вы придали ей свою определенную окраску!
    beyendimçsaqolunki bele bir yazi yazmisiniz ve menim duyqularimi burda tapdim..
    Hormətlə Kərimova Fidan

  2. Farid Says:

    Ozu ucun yasamaqa basladi. Intihar. Cox gozel paralel, tesirlendim, ela!

  3. Natiq Says:

    valideyin tezyiqi,valideyinle usaqlar arasindak normal semimi dialoqun olmamasi gunumuzun xususi ile de, olkemizin en aktual problemlerindendi.elbetki butun bu cetinlikler , mehdudiyyetler usaq yaslarindan insanda etraf aleme qarsi bir nifret oyadir..o artiq ozunu bu alemle birlikde azad hiss elemir. ve nehayet sonda intihar qurtulus kimi gorsenir..Gozel yazidi.indiki dovrde cemiyyetimizin bele hekayelere cox boyuk ehtiyaci var.yeni-yeni intiharlar gormemek arzusuyla Natiq

  4. maraq Says:

    salam duzdu movzu aktualdi amma cox ishlenib oxuyanda tesirlendim seni deye bilmrem men bu heyatin hayat menim qanunlarimla oynayir azadligi qazanmaq ucun olmek yox yashayib fikirleri oldurmek lasimdi

  5. Natiq Says:

    yasayib fikirleri yasatmaq lazimdi ki azad olasan..eger fikir olubse demeli azadliq da olub..duzunu desem mene gore her anlamda intihar zeiflerin secimidi..her ne olur olsun eger insan daxili sakitliye nail olubsa,hadiselere de oz sakit munasibetini bildire bilecek…qaldi ki yaziya, bu insanlarin esasen de valideynlerin ovladlarina qarsi munasibetde gozunu acmaq baximindan gozeldi..

  6. kOr Says:

    salamlar. dəyərli vaxtını sərf edib oxuyanlara təşəkkürlər. hamı deyir intihar gücsüzlükdü. hamı deyir nəyə lazımdı intihar. hamı qıraqdan danışır amma heç kəs özünü intihar edənin yerinə qoymaq istəmir demirəm intihar edin amma özünüzü bir anlıq onların yerində hiss edin. bu yazı da o məqsədlə yazılıb.

    hamıya uğurlar

  7. N.S Says:

    cox gozel…intihar gucluksuz deil sadece seni sixiwdiranda o dunyadan azad yer olmur…hemde bu hekyayetde o oglan ozune SOZ vermiwdi ve yerine yetirmiwdi…valideyin ve ovlad munasibetlerinen saatlarla daniwmaq olar mence bu munasibetlerden cetin ve gariwiqi yoxdu…

  8. Nigar Says:

    Oxudum,cox sag olun.Aktual problem ama aciz bir yanawma. Olmek canini gutarmag demekdir,yawayib problemi cozmek ise daha zor… Her kesi cagiriram sinmamaga, heyatda her wey olur. Gelin Lenetlenmiw Wheytani, iblizi konlumuze yaxin biragmiyag ki bize ALLAH terefinden sinag ucun verilnen bu dunyani (heyati) sonda uduzmuw bitirmeyek.
    ALLAH sebr versin!

  9. Natiq Says:

    Nigar lap fikirlerime aydinlig verdin..cox sagol))

  10. Nurlan Says:

    oldurmek lazim deyil.o cesaret varsa heyatini istediyin kimi qur get burdan.bu yazi cox oxunmasa yaxshidi bu veziyyetdekilere intihar etmek uhcun cesaret urey direk verer yoxsa.

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .