Özgür Baykut – Tanrının Oyunu

Kitablardan Add comments

Hamınız öz nümayişinizə xoş gəldiniz. Bəli, bəli. Siz. Xoş gəldiniz! Səhnə sizindi. Rol da… Həyatımın başından bəri həmişə Talisker içib komin qarşısında Hotel Costes dinlədiyimimi zənn edirsiniz? Ölmək üzrə olan bir kəs üçün əsrlər qədər uzun çəkən bir müddətdi. Sağlam və yaşayacaq çox zamanı olduğuna inanan bir kəs üçün çox qısa sayılacaq bir müddət əvvəl, dilək daşının xoşbəxtlikdən xəbər verməsi ümidiylə dinlədim arabesk klassikasını. Gülərsən təbii! Heç boşa gözləmə xəbər zad yoxdu. Beləcə oturub gözləməyi davam etdirsən, xoşbəxtliyin səni gəlib tapacağıda yoxdu. Biləsən.

Niyə bu ilərləməyən əlaqələr məni tapırdı? Pulum yox idi onsuz da. Günahım nəydi? Hə, nə idi? Bunu haqq edəcək nə etmişdim? Necə bir rol idi bu? Yox, susmağa heç niyyətim yoxdu. İllərcə susdum və çoxlu növbələr yığdım.

Artıq növbə məndədi;  DANIŞACAĞAM.

Nədi, tanış gəldi? Səndə həmişə aldadılan olmusan? Ya da aldadan? Kiçik olanda atanla anan həmişə dalaşardı. Evlənəndə heç dava eləməyəcəkdin. Gözlərindəki yaş nədi bəs? Bəs çox sevirdin? Niyə nifrətini qışqırırsan indi. Qır qır, bir neçə şey də at divara. QIŞQIR.

“Heyvan gədə!”

“Cındır fahişə!”

Yaşadığın həyat üçün günahkar müəyyəndi. Anan. Bəli bəli qəti olaraq onun günahıdı. Evə sərxoş gəldin, atandan saxladı kötəy yeməməyin üçün. Yeməkləri pişirib-pişirib yedizdirdi. Soyuq sudan isti suya soxmadın əlini. Ya atan? Ananı aldatdı. Ya da aldatmadı. Çox mehriban idi. Azca köbüd olsaydı, nolardı? Yox, yox, tam bir heyvan idi, qayışının dadı hələ kobud ətində. İçərdi. Heç içməzdi. Ateist idi. Beş dəfə çubuq gücüylə namaza qalxızardı. Neçə yaşına gəldin hələ xilas ola bilmədin. Anandan. Atandan. Təzyiqdən. Kiməsə baxmaq məcburiyyətində olmaqdan. Baxılmaqdan. Uşaqsanmı sən? Deyilsənmi? İşində də doğru düzgün bir idarəçin olmadı. Hamısı xiyardı. İnsanlıqdan paylarının almıyıblar. Ya da adam kimi bir işçin olmadı. Əşi səndən bir neçə dənə də olsa, nə yaxşı olardı… Oh! Ləb deməyinə belə gərək qalmazdı işlər həll olardı. Bu yaltağlar… Bu YALTAĞLAR… Yenə onlardan birisinin vəzifəsi qaldırıldı. Səni görmədilər, hə? Görməyəcəklər. Əclaflar. Niyə göstərmədin qardaşım özünü? Hə, niyə? Acizsənmi?

Oyunumuz neçənci pərdəsini açır, bəlkə də heç bağlamayıbdı. Oyun sizin seçdiyinizdimi yoxsa Tanrınınkımı?

Həqiqətən seçim edə bilirikmi? Həyat nə istəsən onumu verir həqiqətən? Verir, əmin ola bilərsən. Amma seçim mənimkimi? Yoxsa Xəyyamın dediyi kimi, dama taxtasındakı piyadaya etdirilən gözlənilməz bir hücummu sadəcə? Heçliyin quyusudurmu sonumuz? Qayıqçı tez-tez saatınamı baxır, gecikdiyimizi düşünərək.

Nəysə nə?

Seçimlər kimindi?

Səninmi?

Əminsənmi?

Mən də elə düşünmüşdüm.

Yəni bu an bu kitabı oxumağın üçün mən heç bir səy göstərmədim. Oxumaq tamamilə sənin seçimindi, başında suallar yarandısa günah mənim deyil. Oxumaya bilərsən. Ya da sabax gedib hamıya tövsiyə edə bilərsən. Axır vaxtlarda oxuduğum;

Ən qəribə…

Ən yaxşı…

Ən uydurma…

Ən…

Ə…

Kitab…

Hər nə olursa olsun. Artıq kitabı oxumağa başladığındakı sən deyilsən. Həyatını geri dönməmək üzrə dəyişdirdin. Kitabı tövsiyyənlə oxuyacaq insanların da həyatları bir daha eyni olmamaq üzrə dəyişəcək. Mənim həyatım da dəyişdi. Yazmağa başlamamışdan əvvəlki mən deyiləm artıq.

Başına həmişə eyni şeylərmi gəlir? Bu dəfə fərqli olacaq deyirsən amma yenə eyni şeymi olur?

Səmimiyyətinə sığınaraq bir şey söyləmək istəyirəm.

“Eyni şeyləri etməyə davam edərək fərqli nəticələr əldə edəcəyinə necə inanarsan? NECƏ?”

Unudmamış bir şey daha deyəcəm;

“Pox atdığın insanların heç bir günahı yoxdu. Çünki günahı yıxmağa çalışdığın hər kəs sənsən. Özündə sevmədiyin şeylərin sifətində əks olunmaqdan ibarətdi hamısı, ona görə insanları günahlandırmağı burax və aynadakı əksinə bax.”

İçindən deyinmə. Çəkinməyinə ehtiyac yoxdur, üzümə deyə bilərsən.

“Secret oxuyub, mənə satır” deyə bilərsən.

Bəli oxudum. Məsnəvidə oxudum. Secret. Kvant. Dovşan dəliyi. Bəli hamısını oxudum. Mövlanaya heyran oldum. Gandiyə də amma Ferrarisini satan müdrikdən nifrət etdim. İnsan həm müdrik olub, həm də Ferrari sürə bilər. Aramızda tək fərq var. Tək fərq.

MƏN HƏYATIMI DƏYİŞDİRDİM…

Dəyişməkmi istəyirsən?

İnsanları günahlandırmağı burax.

Həyat insana istəmədiyi heç bir şey verməz.

Heç bir şey…

Amma yenə də insanın ağılına ilişir də. Hər şey alınıma yazıldısa, azıb gedəcəyim hər yeni yol onsuz da əvvəlcədən müəyyən deyilmi?

Oyun mənimmi?

Yoxsa Tanrınınmı?

Rollar bədahətəndirmi?

Yoxsa, arxadan bir səs qulağımızamı üfləyir?

SUSMAYACAĞAM…

SUSMAYA…

SUS…

DUM.

Tərcümə: Əli Xəyyam

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , , ,


6 Responses to “Özgür Baykut – Tanrının Oyunu”

  1. Özgür Baykut Says:

    Ali eline sağlık muhteşem olmuş azizim…

  2. Əli Xəyyam Says:

    zevkti benim için…
    daha çok var )

  3. Yegane Says:

    Ali ele bil senin yazini oxuyurdum… uslubunuz yaxindir

  4. Farid Says:

    Super! “Epiloq” bir yazi! davamini gozleyirem!

  5. Fidan Says:

    Впечатляет,к тому же эмоционально написано…Мне понравилось,Супер..!!!))мне больше последние строчки понравились)))очень понравилось…)

  6. HOSTcu Says:

    aaa ne gesheydi. bu kitab satishdadi ki?

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .