Sura Rzayeva – Panteizm (Part 1+2+3)

Yazılar Add comments

Bildiyimiz kimi, hər bir dövrün fəlsəfi problemləri bir birindən fərqli olmuşdur. Antik dövrdə insan və onun daxili aləmi əsas problem olmuş, orta əsrlərdə isə bu problemi yaradılış əvəz etmişdir. İntibah dövründə isə bir qədər fərqli məsələlər ortaya qoyulmuşdur. Həmin dövrdə 2 məsələ diqqət mərkəzində idi. İnsan və təbiət problemləri. Təbiət problemləri daha maraqla öyrənilməyə başlanıldı. Bu dövrdə yeni bir termin çıxdı qarşımıza. Yeni termin amma köklü və qədim bir fikir. Panteizm. Bəs nədir panteizm?

Panteizm sözü də, digər teoloji sözlər kimi yunan dilindən gəlir. “Pan” bütün yaxud hər şey, “theos” isə tanrı mənasındadır. Birlikdə götürüldükdə “hər şey tanrıdır” mənasını verir. Beləliklə panteizm hər şeyi necə olursa olsun tanrının yəni geniş mənada təbiətin bir parçası kimi qəbul edir. Bizim qalaktika, ulduzlar, günəş sistemi, bütün canlılar, fikirlər, düşüncələr, insanlar,  hər şey tanrı adlandırılan bir şeyin tərkib hissəsidir. Onların fikrincə tanrı hər şey, hər şey isə tanrıdır. Bəs tanrı nədir? Onlar tanrını necə görürlər, yaxud nəyə tanrı deyirlər?  Onların tanrı dedikləri şey teistlərin tanrısıdır yoxsa paganistlərin? Yoxsa yeni bir anlayışdır? Nədir tanrı?

            Panteistlər deyirlər ki, biz kainata sitayiş edirik, hər hansısa fövqəltəbii qüvvədən danışmırıq. Biz kainatın bir hissəsiyik. Yer kürəsi kainatdan yaranıb və bir gün yenidən kainata sorulacaq. Biz kainat ilə eyni maddə və enerjidən yaranmışıq. Biz burada sürgündə deyilik, biz burada öz evimizdəyik. Bura elə bir yerdir ki, biz hətta cənnətlə də üz-üzə gəlmək şansına sahibik. Əgər biz inanırıqsa ki, bizim real evimiz bura yox ölümdən sonra hər hansısa bir yerdir, əgər biz inanırıqsa ki, möcüzəvi sirlər yalnız qədim kitablarda, qədim binalarda, bizim beynimizin içində yaxud da bu reallıqdan kənarda mövcud ola bilər, onda biz bu real, möhtəşəm və işıqlı dünyaya qaranlıq gözlüklərdən baxırıq. Kainat bizi yaradır, qoruyur və məhv edir. O bizim hislərlə çata bilməyəcəyimiz qədər dərin və qədimdir. O sözlərlə təsvir olunmayacaq qədər gözəldir. O elmlə tamamilə izah edə bilməyəcəyimiz qədər mürəkkəbdir. Bu möhtəşəm varlıq hər yerdədir, bizim içimizdə, bizdən kənarda, ətrafımızda və biz istəsək də ondan ayrıla bilmərik. Biz təbiətdə insanı ana bətnində olan uşağa bənzədirik. Onun bir parçasıdır və onsuz mövcud ola bilməz. Biz yaradıcımız kainatla hörmət, pərəstiş, qayğı, dərin anlama hissi ilə əlaqə yaradırıq. Amma teistlər yaradıcı ilə dua edərək əlaqə saxlayırlar, sanki orada biri durub onun dualarına cavab verə bilir. 

            Biz təbiətə hörmət edir və qoruyuruq dedikdə, bir teistin kilsə, sinaqoq və məscid, yaxud öz müqəddəsləri haqqında dedikləri qədər məsuliyyətli və inamlı söz demiş oluruq. Amma biz hər hansı fövqəltəbii varlıqdan danışmırıq. Bizim fikirlərimiz bunlardır: Biz təbiətin bir hissəsiyik. Təbiət bizi yaradır və ölüm anında yenidən təbiətə sovruluruq. Biz təbiətdə və öz bədənlərimizdə evdəyik. Olmalı olduğumuz yerdəyik. Elə bir yerdəyik ki, qəbirdən sonra uydurulmuş xəyali bir dünyada tapa bilməyəcəyimiz cənnəti belə yarada yaxud tapa bilərik. Əgər təbiət yeganə cənnətdirsə, onda təbiətdən ayrılma cəhənnəmdir. Biz təbiəti məhv etdikdə, yer üzərində özümüz və digər canlılar üçün cəhənnəm yaradırıq. Təbiət bizim anamız, evimiz, təhlükəsizliyimiz, sülhümüz, keçmişimiz və gələcəyimizdir. Biz təbiətlə, teist insanların kilsə, sinaqoq yaxud məscidlərlə etdiyindən daha çox hörmət və incəliklə rəftar etməliyik.

            Həqiqətən də panteizm mükəmməl bir düşüncədir. Bəs belə bir mükəmməl düşüncə məhz XVIII əsrdə ortaya çıxdı, yoxsa həmişə mövcud olmuşdur? Panteizmin tarixi nədir? Öz köklərini nə vaxtdan, nədən, yaxud kimlərdən götürür?

            İlk dəfə panteizm yaxud panteist termini ingilis dilində 1705-ci ildə irland yazıçısı John Toland tərəfindən işlədilmişdir. O, bu sözü Spinozanın fəlsəfəsini və ideyalarını izah etmək üçün işlətmişdir. Öz ideyasına 1710-cu ildə Leyibnitsə yazdığı məktubda bu sözlərlə aydınlıq gətirmişdir: “Panteistik düşüncə kainatdan başqa bir əbədi varlığa inanmamaqdır.” Bu termin XVIII əsrdən əvvəl yəni John Tolanddan əvvəl işlənməmişdir, çünki mövcud deyildi. Lakin bundan çox-çox əvvəllər filosoflar, ayrı-ayrı yazıçılar, incəsənət xadimləri, fəlsəfi və dini məktəblər panteistik ideyalar ifadə etmişlər.

İlk əvvəllər qədim Şərq, ən əsası qədim  Çin və Hind fəlsəfəsində rast gələ bilərik ilkin panteist düşüncələrə. Ondan sonra isə Qərbdə əsasən isə, qədim yunan fəlsəfəsində qarşımıza çıxır bu düşüncələr.

            Qədim Hindistan fəlsəfəsi ən ilkin panteist ideya və düşüncələri ifadə etmişdir. Hind dini mətnlər və əlyazmaları ən qədim panteist yazılardır. Bu ideya onların qədim dini etiqadları Vedalarda öz əksini tapmışdır. Hind teologiyasında, Brahma kainatda bütün şeylərin dəyişməz, sonsuz, daimi, anlaşılmaz və  möhtəşəm mövcudluğudur və həmçinin mövcud olmuş, olan və olacaq olan hər şeyin cəmi yaxud vəhdətidir. Bu panteist təlimləri qədim Upanişat sonralar isə Advaita fəlsəfəsindən izləyə bilərik. Upanişatın bütün Mahāvākyaları  yəni “böyük məsəllər”-i bu və ya digər şəkildə Brahmanın dünya ilə vəhdət yaxud birliyini ifadə edir. Chāndogya Upanişat deyir ki, bütün bu kainat həqiqətən də Brahmadır; hər şey ondan davam etdirilir; hər şey onda həll olunur;  hər şey onda nəfəs alır və verir, beləliklə icazə ver hər kəs ona sakitcə pərəstiş etsin. Daha sonralar isə belə deyilir:

            “Brahmadan yerdəki torpaq yığınına qədər hər şey Brahmadır. Brahma dünyanın maddi və məhsuldar səbəbidir. O güldanı yaradan dulusçudur; eyni zamanda materialın hazırlandığı gildir. Hər şey ondan yaranır və o günəşdən yayılan işıq kimi tükənməz və azalmazdır. Hər şey partlayan köpüklərin havaya, axan çayların okeanlara qarışdığı kimi yenidən ona qovuşur. Hər şey ondan yaranıb ona qayıdır, eyni ilə hörümçək torunun hörümçək tərəfindən yaradılıb onun tərəfindən də məhv edildiyi kimi. ”

            Rigveda himnlərində panteistik düşüncələr əvvəldən hiss oluna bilər. Burada kobud və bəsit inam olan çoxallahlılıq, şairlər arasında çox vacib mütəfəkkirlər tərəfindən süquta uğradılmış və bəzi misallarda daha yaxşı məmnun edici bir inam axtarılmışdır, cavab isə bütün mövcud olan hər şeyin, bütün tanrıların birləşdirilməsi bir təkdə cəmləşdirilməsi və bir tək olaraq götürülməsi idi.

            Bütün bunlardan başqa Hindistanda sonrakı dinlər, Vaişnavizm və Saivizmdə də teist ideyalarla paralel şəkildə panteist ideyalar ifadə edilmişdir.

 

PART 2

Qədim Çin fəlsəfəsində isə panteist ideyaları asanlıqla görə bilərik. İlkin din olan Daoizmin yaradıcıları Laozi və Zhuangzi də həmçinin panteist olmuşlar. Daoizmin ideyalarında isə bu açıq aydın görünür. Nə qədər ilkin və ibtidai olsa da, nə qədər bəsit və sadə olsa da panteizmi tapa bilərik. Daoizmdə “dao” sözü bədii dildə “yol” kimi tərcümə olunur. Həyatın yolu. Lakin Çin xalq dini və fəlsəfəsində bu sözə daha mücərrəd mənalar yüklənmişdir. Daoizm təlimi yaxud dini Daonun 3 əsas qiymətli daşını vurğulamışlar: mərhəmət, mülayimlik və itaətkarlıq. Lakin bütün bunlarla birlikdə Daoist ideyalar bütünlüklə təbiət üzərində cəmlənmişdir. Dao insanlıqla kosmos arasında, sağlamlılıq və uzun ömürlülük arasında,  və wu wei yəni hərəkət və hərəkətsizlik arasında harmoniya, qısaca kainatda olan hər şeyin harmoniyası və bütövlüyü idi. Dao həm hər şey həm də heç nədir, həm hərəkət həm sükutdur. Dao hər şeydir.

            Bundan başqa digər məktəb Konfusiçilikdə də panteist ideyalara rast gələ bilərik. Məsələn Konfusiçiliyin Shu-Hsien Liu tərəfindən hazırlanmış əsas mövzusu Chung Yungda belə deyilir:

            “Cənnət yeganə varlıqdır ki, kainatda fasiləsiz işləyir. O yaradır yer kürəsi isə ona kömək edərək saxlayır. Bu ikisi kainatda yaradıclıq prosesini saxlayan iki əsas gücdür. “

            Antik qərb dünyasında isə panteist fikirlər möhtəşəm mütəfəkkirlər olan Anaximander, Thales, Anaximanes, Heraklit və Parmenides kimi presokratistlerə gedib dayanır. Bu mütəfəkkirlər eradan əvvəl VII- Vİ əsrləri çiçəkləndirmişlər, lakin heç biri açıqca panteist sistemi qeyd etmədən, materiyanın ilahi təbiəti haqqında fərqli fikirlər irəli sürmüşlər.

            Heraklitin əsas xidməti materiyanın sabitliyini rədd etmək və hər şeyin kainatın müqəddəs oduna bələdçilik edən logosun fiziki təzahür formaları olduğunu təkid etməkdən ibarət idi. Logos özü çox önəmli bir fəlsəfi termindir, sözün mənası “söz”, “hesab” yaxud “səbəb” mənalarını versə də, bu sözü ilk dəfə istifadə edən Heraklit onu kainatda elmin və qanunların əsası, ilkin səbəbi mənasında istifadə etmişdir. Stoicslər fərqlilik edərək bütün hər şeyin logosun yox pnuemanın fiziki təzahür formaları kimi qəbul etmişlər. Phuema isə elə dünyanın və kainatın özünün fiziki substansiyası idi. Burdan da belə çıxır ki, onlar hər şeyi bu kainatın tərkib hissəsi kimi qəbul edir, kainatı biraz ilahiləşdirərək hər şeyin onu fiziki təzahür forması kimi qəbul etmişlər.

            Eleya məktəbi bütün mövcudluğu ilkin materiyanın şərtləri əsasında izah etmiş və hər şeyin daimi hərəkətdə olduğunu qeyd edərək Herakliti təkrarlamışlar. Elatlar bildirmişlər ki, hər şeyin düzgün izahı varlığın universal birliyi konsepsiyasında yatır. Onların təliminə görə, hisslər bu birliyi anlaya bilməzlər, çünki onların anlamaları yaxud hesabatları ziddiyyətlidir. Yalnız düşüncə ilə hisslərin verdiyi yanlış və saxta görünüşü keçib, varlığın idrakına çata bilərik, əsas həqiqət isə belədir: “hər şey vahiddir, hər şey birdir ”. Onlara görə yaradılış deyilən bir şey yoxdur. Çünki varlıq, heç nədən yaradıla bilməz və hər hansı bir şey özündən fərqli olanın üzərində qalxa bilməz.

            Xenophanes özü, “bütün insanlar və tanrılar arasında ən böyük olan tanrı” konsepsiyasını irəli sürmüş və onu mücərrəd, ümumi, dəyişməyən, daimi və həmişə mövcud olan adlandırmışdır. Dövrün çoxallahlılığının hücumlarına və kainatdakı hər şeyin ilahi rabitəlilik eyhamlarına baxmayaraq, o, özünün tək tanrı konsepsiyasından geri çəkilməmişdir.

            Beləliklə antik dövrün panteist ideyalarına nəzər saldıq, lakin bütün bu ideyaların mövcudluğuna və bütün bu filosofların, məktəb və təlimlərin cəhdlərinə baxmayaraq, istər Qərb istər də Şərq dünyasında, həmin dövrün əsas fəlsəfi və dini görüşü politeizm yaxud çoxallahlılıq idi.

            Tarixin daha sonrakı dövrlərinə nəzər saldıqda isə qarşımıza Orta Əsrlər dövrü yaxud Qaranlıq dövr çıxır. Bu dövrə qaranlıq dövr deyirəm, çünki həmin dövr, daha sonrakı, hətta müasir dövrdəki insanların dünyagörüşlərinə, düşüncə və məntiqlərinə bir ləkə olmuş və gec təmizlənəcək fikirlər formalaşdırmışdır. Həmin dövrdə yaranan dinlər, əsasən Xristianlıq və İslam, ümumiyyətlə Orta Əsrlər sxolastikası panteizmi təqib etmiş və onun inkişafına həqiqətən maneələr törətmişdir.

            Əgər Antik dövrdə insan təbiətin bir parçası hesab olunurdusa, hər şey vahid halda, birlikdə götürülürdüsə, Orta əsrlərdə hər şeyin, kainatın da, təbiətin də, insanın da varlıqdan kənarda olan bir şey – tanrı tərəfindən yaradılması fikri irəli sürüldü. Tanrı kainatı yaradan, ondan üstün olaraq onu idarə edən, təyin edən və ondan asılı olmayaraq mövcud olan bir varlıq kimi qəbul edilmişdir. Lakin o – tanrı, təbiətdən fərqli olaraq insana ruh və şüur vermişdir. Buna görə də insana təbiətdən daha çox dəyər verilmiş və təbiət bir addım arxada durmuşdur. Çünki insan özünü tanımış və möhtəşəm olduğu qənaətinə gəlmişdir. Lakin bu möhtəşəmliyin daha da möhtəşəm bir varlığın – kainatın tərkib hissəsi olduğunu unutmuş və yalnız tanrı tərəfindən ayrılıqda yaradıla biləcəyini və hər şeyin ondan asılı olduğunu, təbiətin ona xidmət etmək üçün yaradıldığını və özünün həyatın yaradılma səbəbi kimi mahiyyət kəsb etdiyini  düşünmüşdür.

            Bu dövrdə panteistik və ona qarşı olan ideyaları da, Şərq və Qərb olaraq ayrılıqda öyrənmək lazım gəlir və bu zaman qarşımıza iki əsas fəlsəfə çıxır. Dini və elmi fəlsəfə.

            Şərq dünyasında dini fəlsəfə olmasına baxmayaraq, Sufizm panteistik ideyalar təbliğ edirdi. Sufizm öz teoloji köklərini Qnostisizmdən götürmüş və buna görə də özündə panteist ideyaları ifadə etmişdir. Misal olaraq, məşhur sufilərdən Rumi və Hafizin yaradıcılığının xatırlaya bilərik. Onların yaradıcılığı ilə dərindən maraqlandıqca, açıqca panteist ideyaları görə bilərik. Bundan başqa həmin dövrün sufilərindən olan, Muhyiddin İbn Arabinin tanrı haqqında dediyi bu fikirlərdə də, panteist ideyalar görə bilərik:

            “Heç kim onu tapa bilməz, təkcə o özünü tapar. Heç kim onu bilməz, o özünü bilər. O özünü özü sayəsində bilir. Digər tərəfdən o özünü anlaya bilməz. Onun keçilməz pərdəsi elə onun vahidliyidir. Digər tərəfdən o özünü gizlətmir. Onun örtüyü elə onun mövcudluğudur. O, başa düşülməyəcək bir tərzdə öz vahidliyi ilə örtülmüşdür. Digər tərəfdən, o özünü görmür. Yalnız peyğəmbər, elçi yaxud kamilləşmiş müqəddəs ona yaxın olur. Onun peyğəmbəri özüdür. Onun elçisi özüdür. Onun xəbəri özüdür. Onun sözü özüdür. O öz sözünü özündən başqa vasitəçi yaxud səbəbkar olmadan özü vasitəsilə göndərmişdir, özündən özünə. Digər tərəfdən onun mövcudluğu yoxdur və beləliklə o, heç nədir və hər şeydir. “

            Qərbdə isə Xristianlığın ilkin növü hesab olunmasına baxmayaraq, həmin dövrdə Qnostisizm panteistik ideyalar ifadə edirdi. Qnostisizmi yalnız Qərbə aid etmək olmaz. Qnostisizm özü bir din yaxud ayrılıqda bir inanc kimi ortaya çıxmamışdır. O, özündə antik yunan mifologiyasını, Zərdüştlüyü, Şərq dünyagörüşünü və Xristianlığın ektektik vəhdətini verir. Bu təlim Xristianlıqdan bir neçə əsr əvvəl mövcud olmuş və Roma, Arian gotları, Fars imperiyası tərəfindən idarə olunmuş və II və III əsrlərdə Aralıq dənizi hövzəsi və Orta Şərqdə yayılmışdır. Qnostisizmin tanrı görüşü panteistik idi. Onlara görə tanrı hər şeydə məskunlaşıb və  mənbədən tutmuş hər şey tanrıdır. Onlar tanrının bilavasitə yer kürəsi, insanı və ümumiyyətlə hər şeyi yaratdığını qəbul etmirdilər. Elə bu hər şey özü tanrı, yaxud onların deyimi ilə Demiurge idi. Onlar yaradıcını belə adlandırırdılar və bu yaradıcı hər şey olsa belə, heç də mükəmməl deyildi, əksinə natamam idi. Əlbəttə bunu deməklərində səbəb isə, həyatdakı çatışmazlıqlar və əxlaqsızlığı görməkləri idi.

            Daha sonra meydana gələn Xristianlıq nəticəsində, IV – XVI əsrlər ərəfəsində, Panteizm geriləmişdir. V əsrdə, dini fəlsəfənin məşhur filosofu və xristian olan Avqustin, öz əsərlərində Panteizmi ciddi şəkildə tənqid etmişdir. Əsasən “Tanrının şəhəri” adlı əsərində panteizmi daha çox tənqid etmiş və bu dünyadan kənarda, yaxşı insanların gedə biləcəyi bir dünya – tanrının şəhəri olduğunu qeyd etmişdir.

PART 2

Tarixdə irəlilədikcə yeni panteist ideyalar qarşımıza çıxır. Amma Xristianlığın Roma imperiyasında bərqərar olunmasından sonra, panteist ideyalar ifadə etmək təhlükəli idi. Həmin dövrdə Meister Eckhart kimi panteistlər cəmiyyətdən təcrid olunmuş, Jakob Bohme ölkədən sürgün edilmiş, digərləri yandırılmış və onların kitabları qadağan edilmiş, əlyazmaları isə məhv edilmişdir.

 İlk xristianlıqdan sonrakı panteist kimi Cordano Brunonun adını çəkmək olar. Bruno qədim materialist ideyaları yenidən canlandıran ilk yazıçılardandır. O böyük Roma şairi Lukretsidən iki əsas ideya götürmüşdür: sonsuz dünyalar ilə birlikdə sonsuz kainat və atomların müxtəlif yollarla birləşib yaratdığı və gördüyümüz hər şeyi təşkil edən maddə. Kopernik isə ona həlledici təsiri etmişdir. Elə həmin dövrdə Kopernik günəşi kainatın mərkəzi kimi göstərmiş və bütün planetlərin günəşin ətrafında hərəkət etdiyini göstərmişdir. Bruno isə bunun əsasında yerin kainatın mərkəzi olmadığının sübutunu tapmışdır. O, bu fikri təsdiq edən ilkin müasirlərindən olmuşdur və o qeyd etmişdir ki, orada sonsuz sayda dünyalar olmalı, hətta onların bəzilərində bizimki kimi canlılar məskunlaşmışlar, lakin sonsuz kainatın mərkəzi olmamalıdır. O hətta əvvəlcədən nisbilik haqqında demiş və bu kainatda heç bir üstün yerin olmadığını, hərəkət və hətta ağırlığın belə müşahidəçi üçün nisbi olduğunu bildirmişdir. Lukretsi kainatı boşluğun içində daimi hərəkətdə görmüşdür. Bruno da həmçinin əbədi hərəkət və dəyişimi qəbul etmiş lakin o daha irəli gedərək əbədi maddə və əbədi ruhun möhkəm birliyini qeyd etmişdir. Brunoya görə kainat tanrı, tanrı isə kainat idi. Dəyərli fikirlərinə baxmayaraq, Cordano Bruno 1600-cü ildə panteist ideyalarına görə yandırılmışdır.

 XVII əsrdə panteist ideyaların ifadəçiləri Leybnis və Spinoza olmuşlar.

 Spinoza tarixdə ən böyük panteistlərdən olmuş və panteizm üzərində maraqlı fikirlər irəli sürmüşdür. Onun dini fikirləri yəhudi icmasına uyğun gəlmədiyi üçün cəmiyyətdən tədric olunmuş və daima təqib olunmuşdur. Spinozaya görüşləri haqqında sakit qalması üçün 1000 florin təklif olunmuş, lakin o etiraz etmişdir. O bütün mükafat və şərəf medallarından imtina etmiş və atasından qalan miras payının 1 çarpayıdan başqa hamısını bacısına vermişdir. 1677-ci ilin fevral ayında isə ağciyər xərçəngindən ölmüşdür.

 Spinoza öz fəlsəfəsini “Əxlaq” adlı mücərrəd əsərində cəmləmişdir. O əsərə kosmos yaxud təbiəti göstərərək deyil, tanrının nəzəri izahını verməklə başlayır. Əsərin davamında isə öz fikirlərini həndəsi metodlar, ciddi fiziki qanunlar, teorem və aksiomlarla izah edir. Şübhəsiz ki, bu metodla o, öz fəlsəfəsini çox möhkəm bir qaya üzərində inşa edəcəyini düşünübmüş, lakin bəzi hallarda, onun təqdim etdiyi  teorem və qanunlar mübahisələr doğurur.

 Spinoza Rene Dekardın təsiri altında olsa da, onun dualizmini qəbul etməmiş və monizm prinsipindən çıxış etmişdir. O təbiət və tanrını vahid substansiya şəklində qəbul etmişdir. İnanırdı ki, mövcud olan hər şey tanrıdır. Belə ki, o, tanrının mövcud olan hər şeydən üstün olduğunu qeyd etmirdi. Ona görə tanrının sonsuz keyfiyyətləri vardır, biz isə sadəcə ikisini dərk edə bilirik: düşüncələr və genişlənmə. Ona görə tanrı kainatda olan bütün ölçülərdə mövcuddur. Lakin Spinozanın tanrısı hər hansı bir teistin tanrısı deyildi. O bu sözü biraz fərqli mənada istifadə edirdi. Onun tanrısı kainat idi. Onun tanrısı hər şey idi. Ona görə təbiətdə ən yaxşı şey isə elm və bilikdir, tanrını axtaran bilik, axtararkən həqiqətləri öyrəndiyimiz bilik, hansı ki, bizi ehtiraslarla despotizmdən, qorxudan azadlığa, bəxtə qismətə, inamdan sadəliyə və həqiqətə apara bilər.

 Spinoza əvvəllər ateist kimi adlandırılmış və bu adla haqsız olaraq günahlandırılmışdır. Çünki onun tanrı anlayışı, o dövrün məşhur yəhudi və xristian tanrılarına uyğun gəlmirdi. Lakin sonralar romantiklər onun təbiət və tanrı eyniləşdirməsindən heyran olmuş və onu unudulmaqdan xilas etmişlər.

 Panteizmin tarixində digər görkəmli şəxs isə böyük alman riyaziyyatçısı və filosofu Gottfried Leybnis olmuşdur. O XVII əsrin məşhur rasionalistləri Rene Dekard və Baruch Spinozanın əhatəsində olmuşdur. Lakin o nə Rene Dekardın dualizmini, nə də Spinozanın monizmini qəbul etmişdir. Leybnis substansiyanın çoxluğu tezisindən çıxış etmişdir.

 XVIII əsrdə Friedrich Yakobi və Moses Mendelsohn arasında Pantheismusstreit adlanan Panteizm polemikası olmuşdur. Yakobi, Spinozanın fəlsəfəsi ilə yaxından tanış olduqdan sonra açıq aydın bildirmişdir ki, Spinoza fəlsəfədən heç nə bilmirmiş və dedikləri sözlərin heç bir mənası yox imiş. Onun dediyinə görə bu fikirlər panteizm yox, Spinosizm adlanmalıdır və Spinosizm özü ateizmə bərabərdir. Lakin Mendelson olunla razılaşmamış və demişdir ki, panteizmlə teizm arasında böyük fərq yoxdur. 

 XIX əsrdən başlayaraq isə Panteizm kilsə tərəfindən yenidən təqiblərə məruz qaldı. Lakin bu Orta Əsrlər səviyyəsində ola bilməzdi. Katolik kilsəsindən IX Piusun bütün maneələrinə baxmayaraq, panteizm çiçəklənməyə davam edirdi və bu çiçəklənmə 1851-ci ildə Shopenhauerin bu sözləri deməsinə imkan yaratmışdır: “Artıq Panteizm təhsilli insanların və ziyalıların aparıcı düşüncə tərzi olmağa başlayıb. “ Bu dövrün məşhur panteistləri kimi Almaniyada Fichte, Hegel, Schelling, Amerikada Walth Whitman, Ralph Emerson və Henry David Thoreaunun adını çəkə bilərik. Bütün XIX əsrdə panteizm gələcəyin dini kimi bir hiss bəxş edirdi.

 XX əsrdə Panteizm Kommunizm və Faşizm kimi siyasi ideologiyalar, iki dünya müharibəsinin travmatik çevrilişləri, sonralar isə Existensializm və Post- Modernizm ilə paralel surətdə inkişaf etməyə başladı. Amma bütün bunlara baxmayaraq roman yazıçısı Laürens, şair Robinson Jeffers, memar Frank Lloyd Wright, tarixçi Arnold Toynbee və alim Albert Einştein kimi möhtəşəm və dahi panteistlər formalaşmışlar.

 Albert Einşteinin dini fikirləri həmişə şübhəli olmuşdur, çünki o öz kitabında “din” və “tanrı” terminlərini çox işlətmiş və dindarlar bundan istifadə edərək onu dindar adlandırmışlar. Lakin Einştein yazdığı məktublarda özü haqqında fikirlərə açıqlıq gətirməyə çalışmış və aşağıdakı sözləri demişdir:

 “Dini görüşlərim haqqında oxuduqlarınız həqiqətən də bir yalandır, həmişə təkrarlanan böyük bir yalan. İnsan surətində bir tanrıya inanmıram və bunu heç vaxt inkar etmədim, əksinə həmişə açıq aydın ifadə etdim. Əgər içimdə dini olaraq izah edə biləcəyim bir hiss varsa, bu dünyanın quruluşu qarşısında olan sonsuz heyranlığımdır, təbii ki elmin izah edə bildiyi qədəri ilə.

 Mən içdən inanan bir inancsızam. Bu biraz yeni tip bir inancdır. Mən təbiətə heç vaxt bir səbəb, məqsəd yaxud antropomorfik bir məna yükləmədim. Kainatdan anladığım tək şey, onun bizim dərk edə bilməyəcəyimiz qədər möhtəşəm olduğudur. Bu mistizm ilə əlaqəsi olmayan həqiqi bir inanca dayanan bir hissdir.

 İnsan surətində bir tanrı fikri mənə olduqca yad və hətta saf görünür.

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: ,


28 Responses to “Sura Rzayeva – Panteizm (Part 1+2+3)”

  1. Farid Says:

    Cox professional yazidi. Yeterince informasiya ve maragli yazi terzi. Cox sag olun)

  2. HOSTcu Says:

    yaxşı esseydı, amma davamı olacaq ki yəgin.

  3. Farid Says:

    He, HOSTcu olacaq.

  4. Ilham_Quliyev Says:

    Maraqlıydı. Zəhmətə görə təşəkkürlər. Belə mövzuların ingilizcələri var, amma öz dilimizə çevirəcək adamlar yoxdu. təşəkkürlər.

  5. Esperanza Says:

    super yazidi:) panteizm haqqinda fikirlerim daha aydin oldu indi. gracias:)

  6. Sura Says:

    Thankss…
    P.S. shekil uygun gelmeyib ele bil…

  7. Əli Xəyyam Says:

    Sura, şəkil vereydin, yerleşdireydim )))
    yəni, o əli təbiət mənasında başa düşmüşəm mən… pis alınmıyıb )

  8. Arzu Says:

    cox sagol, maraxlıymiş. mene ele gelir ki, hami oturub oz inanishlari barede yaxshi arashdirma aparmali, sonra yeniden qerar vermelidi. meselen bu panteizm mene cox maraxli geldi. davamini oxuyacam, mutleq. Sura, cox sag ol.

  9. Yegane Says:

    Ela arawdirmadi. amma bu esse deyil.

  10. Əli Xəyyam Says:

    Biz esse demişik ki?

  11. Yegane Says:

    yuxarida 2ci werhi oxu

  12. Əli Xəyyam Says:

    men ele bildim bize deyirsen.

  13. Fidan Says:

    Сура спасибо вам,но кажется это не литература))…

  14. Farid Says:

    Fidan, vo pervix literatura bivaet i nau4noy, vo vtorix oznokomtes s istoriey sayta i vi poymete 4to eto ne Literatura.com! I pojaluysta pri kommentariyax budte bolee vdumcivi.

  15. Sura Says:

    Ali sen yerleshdirmisense qeshengdi ) thankssss…

  16. Əli Xəyyam Says:

    elə şeylər demə ))

  17. Fidan Says:

    Фарид я с вами согласна,но в комментариях моего последнего труда мне написали ,что это не литература…так пусть не я одна буду более вдумчивой,значит эти слова не только мне относятся..

  18. Farid Says:

    Ya dumayu ne stoit prodoljat etu tradicuyu! Osobenno v statyax 4eloveka kototoriy k etoy teme ne imeet nikakogo otno6eniya. Ya videl etot komment, no v va6im slu4ae eto bilo subyektivnoe mnenie polzovatela, a tut vi napisali prosto radi togo 4tobi napisat. Budte silni i pust, kakie to kommenti vas ne raastraivayut)

  19. maraq Says:

    salam bu yazınınmı deyim esseninmi deyim Sura ile ne elaqesi bilmirem axı burada sadaca müxtelif yazılar bir yere yığılıb amma maraqlı ve yeni nelerse var idi sağ olun

  20. Əli Xəyyam Says:

    Sura, bu məlumatları müxtəlif mənbələrdən araşdırıb bir yerə yığıb, tərcümə edib, sayta göndəribdi. Bu hazır məlumatdan daha çox, bir növ araşdırmadı.

  21. maraq Says:

    olsun can ele olsun

  22. Əli Xəyyam Says:

    maraq sən olmasan, bu saytdakı xəbərləri kim tənqid edərdi. yaxşı ki varsan ))

  23. RaqfoR Says:

    azərbaycan dilində belə yazılara ehtiyac var.təşəkkürlər

  24. Rashad Says:

    Salam,Ilk öncə zəhməti qiymətləndirmək məqsədilə təşəkkür edirəm Sura xanıma, əziyyət çəkib…..bu məqalə oxucuya nə verir anlaya bilmədim…İlk öncə fikir natamamlığı baş alıb gedir, ikinci bir tərəfdənsə qorumalı olduğumuz o qədər dəyərlərimiz var ki.. Şəxsən mənə maraqlı deyil cənnəti araşdıram, cünki cənnətin harada olduğu Quran kitabında kifayət qədər əks olunub, inanmaq o qədər çətindirsə fəlsəfi cəhətdən insanın necə yaranmasını izah edin. istər elmi cəhətdən istərsə dini cəhətdən…Sonuna çata bilməzsiniz.. Kimliyindən asılı olmayaraq hər bir xristianın məqsədi bizləri mənliyimizdən kənarlaşdırıb,inancımızı əlimizdən almaqdır.
    Qısası Panteizmin nə olduğunu araşdırmağa nə də onunçün əziyyət çəkməyə ehtiyac yoxdur..

  25. Sura Says:

    Teshekkurler Rashad, onu deyim ki, sen muselmansan Qurani qebul edirsen, amma felsefede kainat, yaranish haqqinda fikirleri tekce islam demeyib, bashqa fikirler de movcuddur, onlari oyrenmek de chox maraqlidi. Ele insanlar var ozlerini Pantheismde tapirlar.hech kim digerini menliyinden uzaqlashdirmir, eger xristian dinini arashdirib islamdan uz donderirse kimse, yaxud islami arashdirib atheist olursa, demeli hemin insanin menliyi ora ile uygunlashmirmish ki, fikrini deyishib.

  26. Rashad Says:

    Salam Sura xanım, necəsiniz? Ümidvaram ki yaxşısınız.
    Mən siz dediyinizin əksini demirəm,insanın,dnyanın yaranışını din və ya elm başqa cür verə bilər, bu təbiidir. Reallıq budur ki hər ikisi də sonluq vere bilmirlər fikirlərinə, Elm deyir: Təbiətin qanunudur Din deyir: Allahın işidir.

    istər xristianlıq olsun istərsə də digər dinlər fərqi yoxdu, bütün dinlər Allahın varlığından danışır sadəcə yanaşma fərqlidir. Misal, İncildə Quran kitabının, Məhəmməd peyğəmbərin gəlişi barədə məlumat verilir. Bilmirəm bibilyanı oxumusan ya yox, onu bir uşaq belə oxusa dərk edə bilər, bəs Quranı? Bizimki deyim nəyə oxşayır, elə bil orta məktəbi bitirib universitet oxuyuruq, ama arada qayııb beşinci sinif ərsliyi barədə araşdırma aparırıq ki nəsə əldə edəcəyik.. Ona görə deyirəm ki bizə belə məqalələrdən çox, indiki gəncliyi doğru yola gətirmək barədə düşünməliyik. Dinə əsaslanmağımız önəmli deyil, sadəcə şüurlu bir insan formalaşdırmaq lazımdı.
    Səni bilmirəm mən şahidi olmuşam Xristianların məclisinin, bilmirəm ayin deyirlər nə deyirlər və orada olan cavan-cavan Azərbaycanlı oğlan və qızları görəndə gözlərim yaşardı ki, biz özümüz öz əqidəmizi, inancımızı kənara buraxıb, Ateistlər,Yəhudilər nə bilim Bütpərəstlər barədə araşdırma apararkən, kimlərsə gənclərimizin beyinlərinə yol tapıb və kifayət qədər iz salıblar….

    Məndən bu qədər, demirəm mən haqlıyam, bu mənim şəxsi fikrimdi. Hər kəsin fikrinə hörmətlə yanaşıram.

  27. RESUL Says:

    meqaleni oxudum,inanin ki gozlerim doldu,parcalanmishlarin butov bir tam oldugunu mushahide etdim!!!
    ama bu parcalar bir olduqlarini anlamayib bir birlilerini didirler ki yox men duz deyirem…
    bu aciqca yazilmish tovhiddir,bunu gormemek ucun gerek gozden elil olasan,inanin mene bu ISLAMIN esasi sayilan tovhidden ferglenmir,biz oz dinimizi tehqir edib alcadiriq heqiqetine varmadan savadsiz mollalarin sozlerinden bezib el atiriq bashqa menbelere,tovhid ele siz yazdiqlarinizda aydin shekilde gorsenir,sadece biri ona brahma deyir,obiri kainat,tebiet,ISLAM ise ALLAH…
    heqiqetde hamisi eyni varligdan danishir,QURANI KERIMDE bu movzuya diqqet ayrilib,umumi mena beledir ki GELIN SIZINLE BIZIM ARAMIZDA HEC BIR FERG OLMAYAN BIR SHEYDE BIRLESHEK KI,O HER SHEYIN BASHLANGICI,SONU,ZAHIRI VE BATINI OLANDIR!!!
    ALLAHDAN BASHQA ILAHI YOXDUR VEHDETINDE…
    Panteistler de deyir kainatdan bashqa kainat yoxdur,her sheyin evveli de sonu da odur,her shey ondan vucuda gelir her shey onda fani olur,ona qayidir…bu tamamile QURANI KERIMDEKI ‘INNA LILLAHI VA INNA ILEYHI RACIIUN’ YANI BIZ ALLAHDANIQ VE ONA TEREF QAYIDANLARIQ kelami ile eyni menadadir,sadece vesfler ayridr,mena ise tam eynidir,menanin eyni olmagina yegane subut deyenlerin her ikisinin insan olmagidir,axi o felsefi dushunce eyni merkezden qaynaqlanir,yani kamil insan shuurundan…,yaranishin esl lezzeti ele heqiqi varligin sirrlerine yiyelenmek ve onu derk etemekdedir.
    Netice bu olmasin ki,ISLAM ALLAHI yaratdigindan ayirir,ona hardasa mekan qerar verir,eksine ALLAH ile mexlugun ayrilmaz derecede bagliligin ortaya qoyur,MEN SIZE SHAH DAMARINIZDAN DA YAXINAM deyir,butun kainat ALLAH ismlerinin mezheridir demekle var olanlarin hamisinin her sheye evvel olan bir evvelden torendiyin anlatir,bu guneshle onun shuasina benzeyir,shua gunesh deyil,ondan ayri da deyil,shuanin heqiqeti guneshdir,amma guneshin heqiqeti shua deyil,cunki o guneshden torenir ve guneshe qayidir…HEZRET ALI nin ALLAH haqqinda gozel bir vesfi var,ALLAH cismin yaninda deyil ki,desinler ordadir,cismden de ayri deyil,bu mutleq vucudla mumkun vucudun baglilgidir,yani mutleq vucudun mumkun vucudda tecellasi,tezahuru.panteistler de mutleq vucudu mumkun vucudda mushahide edirler ve ona kainat deyirler,onlar da kainati kamil,mutleq shuur ve sonsuz irade sahibi bilirler,bu eynile QURANDA ki anlatilan ALLAH dir,sadece adlar deyishikdir,onlar diger varliqlari mutleq vucud sahibi olan kainatin parcalari adlandirir,ISLAM ise ALLAH ismlerinin mezheri,bunlarin her ikisi eyni menadir,heqiqet budur ki,beli biz ve qeyri varliqlar kamil bir shuur sahibinden torenmishik ve ona teref qayitmaqdayiq!!!
    onu kim nece isteyir adlandira biler,adlar hec vaxt menani deyishmir,peygemberin esas meqsedi insanlara hemin varligi tam bir vehdetde gostermekden ibaret idi,cunki hemin varligin heqiqeti vehdetdedir,ayri ayri parcalarda yox…parcalarda ilishib qalmaq onu derk etmekden uzaqlashdirir,parcalardaki heqiqetin eyniliyin mushahide etmekle onun ozun tapmish olursan,yani var olan her sheyin eyni merkezden vucuda gelib eyni merkeze donmesi tam bir vehdet teshkil edir ve vehdetdeki mutleq vucud tam bizim axtardigimiz vucuddur,hemin vucud tam olaraq bizim ve her sheyin heqiqetidir!!!

  28. RESUL Says:

    gelin butun besher halinda el ele verek oz heqiqetimizi arashdiraq,neden,kimden,ne ucun var oldugumuzu dushunek,evvelimizi tam oyrenek ki axirimizi derk edek,heyatin heqiqetin derk etmesek olumu yoxluq ve heclikden bashqa cur anlaya bilmeyeceyik…
    ISLAM yegane ideologiyadir ki bu qaranliq sirrli meselelere tam gunesh kimi aydinliq getirib,niye biz hemin kok TOVHID haqqinda behs etmirik,axi orda onun heqiqetinden tutmush tam inceliklerine qeder aydinlatilib,gunesh kimi heqiqeti qoyub niye bashqa ishiq,nur axtaraq ki,,,derk etmediyimizi niye inkar etmeliyik ki,bu haqqi bize kim verib axi!!!???
    inkar movqeyinden cixish etmek insani heqiqeti gormekden kor eder,evvel dushun,dashin,derk etmedinse anlatana muraciet etki,senin anlaya bileceyin seviyyede anlatsin…
    adi riyazi hesablari bilmeyen boyuk meseleri nece hell ede biler ki!?
    her kesi devet edirem birge arashdirmaya!!!
    cemiyyetin xilasi onun vehdetindedir!

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .