OSHO deyir ki…

Kitablardan Add comments

Bəzi şeylər yalnız reallıqla poetik əlaqədə açılır, bunu isə yalnız şairlər bilir.
Şairi avam sayırlar, hesab edirlər ki, o, həyatda yerini tapa bilmir, yaşamağın qaydasından xəbərsizdir. Şair heç vaxt nə böyük pullar qazana bilir, nə də hakimiyyət. Onun zənginliyi başqa sahədədir.

Şair hesab edir ki, sevgi var, hesab edir ki, Allah var. Həyatda kiçik şeylərdən zövq ala biləcək qədər sadəlövh olan insan anlaya bilir ki, Allah mövcuddur, çünki Tanrı xırdalıqlarda özünü biruzə verir – o, yediyimiz ərzaqlarda, getdiyimiz yollardadır. Allah sevgidədir – sizin sevgilinizə duyduğunuz sevgidə, dostluqda, əlaqəniz olduğu insanda… Allah kilsələrdə deyil. Kilsələr poeziya ilə deyil, siyasətlə məşğuldur.

Qoy hər birinizin içində poeziya olsun, bunun üçün sevgidən yoğrulmuş daxili təməl, kifayət qədər mətinlik lazımdır ki, bu dünyada sadəlövh qalasan, amma için poetik olsun. Poetiklik – şeir yazmaq demık deyil; poetiklik şeir yazmağın kiçik bir hissəsidir. Bir misralıq şeir yazmamaş adam da şair ola bilər. Ya da minlərlə şeir yazar, amma şair olmaz.

Şair olmaq həyat tərzidir. Bu, həyatı sevmək, ona səcdə etmək, ürəyindən gələn hisslə həyata bağlanmaq deməkdir.

Tərcümə: Sima

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: ,


12 Responses to “OSHO deyir ki…”

  1. Farid Says:

    Qoy hər birinizin içində poeziya olsun!

  2. maraq Says:

    ne eceb oşodan bele yazı)

  3. Pasha Says:

    hər şey əladı, ama inanmıram ki Osho öz yazılarında Allah desin, məncə tərcümədə Allah əvəzinə Tanrı yazılsa daha məqsədəuygundu…..

  4. Əli Xəyyam Says:

    Paşa səninlə tamamilə razıyam. Çox gözəl bir nöqtəyə işarə etmisən. Mənim bir neçə Oşo tərcümələrim olub, hamısında Tanrı olaraq çevirmişəm. Amma bu mətnin mütərcimini tanımıram.

  5. maraq Says:

    eli salam ola bilsin gerqi var izah ede bilersen allahla tanrının ferqini

  6. Əli Xəyyam Says:

    Salam.
    Tanrı ümumi bir ad kimi istifadə oluna bilər. Yəni ki, sən yunan tanrıları, qədim tanrılar deyə bilərsən. Amma Allah sözü fəlsəfi və ya elmi cəhətdən burda işlədilə bilməz. Çünki, Allah sözü və yaxud İlah sözü, İslamdan sonra, bu dinin tanrısına verilmiş isimdir. Necə ki, səf eləmirəmsə, Norveçin yerli bir dininin tanrısının adı Cuv-Cuvdur. Elmi-fəlsəfi-ədəbi, fərqi yoxdu, ciddi bir mətində Allah və yaxud tanrı sözü müxtəlif mənalar daşıyacaqdır.

  7. maraq Says:

    ok çox sağ ol nese anlamağa çalışdım alındı hardasa

  8. empty Says:

    Oşo mədəni formada deyib ki, Tanrıya ancaq sadəlöhv insanlar inanır. Həmçinin, düşünür ki, yalnız sadəlövhlər romantikaya, xəyalpərəstliyə, incəlik filan axtarışına meylli olur, və onlar inandıqları o şeyi (Tanrını) öz romantik təfəkkürlərində “var” edirlər.. Yazıda əsas məsələ Tanrı deyildi, amma nəsə :)

    Oşonun buradakı mesajı məncə odur ki, Oşo, insanları kobudcasına desəm, romantik, xəyalpərəst filan olmağa çağırır, yəni, sonsuz xaotikliyilə bumbuz və qorxunc olan bu kainatda tərki-tənha olan və bu acı həqiqətləri artıq anlamaq qabiliyyətinə çatmış insan övladı, şüurlu şəkildə keçirdiyi ömrünü mənəvi əzablar içində keçirməkdən qurtarmaq üçün bir sıra şeylər, bir sıra “hisslər”, bir sıra “dəyərlər” filan uydurmalıdır.

  9. Fidan Says:

    я верю,что в каждом из нас живет Поэзия)))

  10. Aika Says:

    ozunuzu yormayin empty..herkes anlamag istediyi kimi anlar…oz fikrin ozunde qalsin

  11. Aymira Says:

    Osho ah Osho..Sevdiyim filosoflardan biri.bu yazini her kes bir cure anliyacag mence,cunki az yazilsa da belke de 1 kitab acmasi var,,ele ona gore o Oshodur)))

  12. mike Says:

    Osho! Məni oxumağa vadar edən tək-tüklərdəndir. Elə düşünürəm ki, Oşo burda Allah deyərkən hər insanın özünün yaratdığı Allahdan danışır!
    mike!

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .