-Mən insanam!
-Yox bir,dünyanın ən ağıllı məxluqu!Sən ancaq hər kəsi güldürməklə məşğulsan.
-Niyə mənimlə belə davranırsan.Sənə nə eləmişəm axı
-Sən dünyanın ən alçaq məxluqu,atomların ən kiçik və iyrənc zərrəciyisən
-Xeyr sən məni başa düşmədiyin üçün belə deyirsən.
-Sən çox qəribəsən.Sənə baxmaq belə istəmirəm,gözlərimə yorğunluq vermək istəmirəm.
-Qəribəlik odur ki məndə olan keyfiyyətlər səndə yoxdu.Bunu üçün də mən bunları icra edərkən onlara yad kimi baxırsan.Ay niyə vurursan vurma!Dur!Dur!Vurma dedim axı ağrıdır!
-Al təpiyi,al yumruğu sənə hələ bu da azdı.Dünya gözəldi hə?Ananı atanı borc almağa gələn quduzlar öldürəndə sən niyə gizlənmişdin, hardaydın,niyə yox idin,niyə yatağın altında əlində bıçaq vurum,ya da vurmuyum deyə seçim eləməyə qorxurdunn?Niyə onların əzablı qışqırıqlarını eşitməyini üstün tutdun?Sən xainsən.
-Yox!Mən qorxdum,əllərim titrəyirdi, heç nə edə bilmədim.Özümü toplaya bilmədim. Anamın,atamın qışqırıqları və ölüm notları hiss olunan xışıltı səsləri…Onların son hayqırtıları…Mən günahkar deyiləm!!!!!Onlar mənə dedilər ki çarpayının altında gizlən və çıxma! Mən də onların son arzusunu yerinə yetirdim.
-Onların son arzuları xışıltılı səslərində eşidilirdi son”oğlum” sözü necə incə və ümidsiz idi.Səni bir zərbə düzəltməz!Adam olana qədər çırpılacaqsan!
-Yox,vurma başımı divara!Yox!Mən çıxırdım,amma onlar getməyə hazırlaşanda mən başımı çarpayının altından çıxaran kimi anamın qanlı üzünü gördüm,o ağır-ağır məndən çıxmamağımı xahiş etdi.
-Axı niyə çıxmadın?Heç olmasa ananla atanın intiqamını alardın.Sənə bunlar da azdı.
-Yox,eləmə!
-Lazımdı mən artıq onlarla görüşmək istəyirəm.
-Mən ölmək istəmirəm qorxuram
-Səni qorxaq,əlini uzat bu çox qısa müddət alacaq.
- Bu nədi?Sən neynədin?Niyə bu qırıntını oğurladın axı?
-Sus dinmə,qanmaz!Hər gün güzgüyə baxaraq səni görmək mənə xoşdurmu.Sən başa düşürsən ki mən hər gün sənə güzgüdə baxanda iyrənirəm.Sənin heç özündən də xəbərin yoxdu qorxaq tısbağa.Əlini uzat!
-Nə?Götürmə onu!Bu qırıntı sənin nəyinə lazımdı axı?Yox,yox eləmə!
-onda boğaz da gedər
-mən imkan vermərəm yox yox yox…
Dərin bir sükut… sanki qəmgin,həzin bir melodiya bu hadisəni sössüz təsvir edirdi.Həkimlərin qışqırıq səsini eşidərək tələsik onun otağına girməsi…..O növbəti dəfə özü ilə mübarizə aparırdı.Ata-anasının ölümü günü qonşular onu evdə çarpayının altında tapmışdı.Onun bükülmüş bədəni bumbuz,dərisinin rəngi ağappaq idi.Əlində möhkəm tutduğu bıçaqla huşsuz vəziyyyətdə idi.Onu xəstəxanaya apardılar.Amma bu faciənin dibdə qalan qalıqları,yaranın sağalmasına imkan vermədi…O özündə ikinci bir faciəni yəni onun peşmançılığı və qəzəbinin vəhdəti olan ikinci şəxsi yaratdı.O sui-qəsdcini yaratdı.Cahan hər gün özü ilə mübarizə aparırdı.Nəhayət bir gün o xəstəxanada özü ilə mübarizəsinin nəticəsini göstərdi,yəni,damarlarını kəsdi.Onu sağaltdılar.Çoxları onun yaxşı tərəfə doğru düzəldiyini hiss etdi.Amma bu sadəcə aldadıcı bir maska idi,bu maskanın arxasında sui-qəcdcinin üzü gizlənirdi.O xəstəxanadan evə buraxılandan sonra qohumları olmadığına görə onu uşaq evinə təhvil verdilər.O orada da yaşaya bilmədi damarlara yenidən basqın edildi.Uşaq evindəkilər ona dözə bilmirdilər və axırda dəlixanaya yol açıldı.Bütün kəsici alətlər onun otağından yığışdırıldı,amma günlərin bir günü onu yedizdirərkən yeməklə dolu qab yerə düşüb parçalara ayrıldı.Tibb bacısı təlaş içində otaqdan çıxıb xadiməni çağırdığı an sui-qəsdci Cahanın iradəsini boğub bir qırıq parçasını götürüb yastığının altına qoydu…beləcə növbəti sui-qəsd.Damarlar artıq bezib,Cahan da,sui-qəsdci ilə dalaşmaqdan bezmişdi həkimlər otaqda al qana boyanmış Cahanı görüb onu tələsik qucağına alıb otaqdan çıxardılar…
O yenidən sağaldı,damarlar artıq özünə gəlmişdi amma Cahanın dünyasında yaşayan iki sakin yenidən bir-biri ilə mübarizə aparırdı.Həkim otağa Cahana vurulmuş sistemin necə damcıladığını yoxlamağa gəlmişdi.Cahan daxilindəki mübarizədən bezərək sui-qəsdcinin istəyini həkimə səsləndirdi:
-Mənə atam-anamla görüşməyə icazə verin
Həkim bunu başa düşmədi o yəqin etdi ki oğlan başdan xarabdı nə dediyini bilmir.
Cahan yenə dedi:
-Dəli bir yetim sizə nəyə gərək bir iynə vəssalam!Vurun onu mən onları görməyə səbirsizlənirəm.
12yaşlı uşaq bədbəxt hadisə 3dəfə basqına məruz damarlar və həkimdən ölüm diləyi…
Həkim onun xahişini qəbul edə bilməzdi bu vətəndaşı öldürmək-cinayət demək idi.Amma hər gecə iztirab və qorxu ilə qışqıran oğlanın səsi onun ürəyini parçalayırdı.Günlərlə,gecələrlə həkim bu sözləri başında bir kaset lenti kimi fırlatdı.Və sonda…
Riskə getməyə razı oldu.Səhər açıldı həkim yenidən otağa girdi,Cahana baxdı və əlində əbədi yuxu ilə dolu olan iynəni göstərdi.Cahanın gözlərindəki əzablardan sədd çəkilən baxışlarını gözlərindən axan sevinc göz yaşları əritdi.Həkim onun qolunu açır,iynənin qapağını çıxarır və onun içindəki əbədilik qovuşdurucusunu damara axıdır.
Cahanın son sözləri:
-Ana,ata məni artıq gözləməyəksiniz mən gəlirəm,sizi sevirəm… və azadlığı əks etdirən simada sərhədsiz şəkildə hərəkət edib,yastığın yumşaq üzünə qovuşaraq genişliyə yayılmış göz yaşının son damlası…
Tags: insan, MerryBaku




спасибо! Супер! Я все еще плачу и не могу успокоиться……..
это …..я не могу даже иырозить свои мысли….. Супер….!