Namiq Rəssam – Şeirlər

Şeir Add comments

İnam və inad

bilmirəm mələyəm mən , ya lənətlənmiş şeytan…
amma onu bilirəm ki , var çiynimdə 2 qanad…
gecələr bəhs edərlər onlar mənə azadlıqdan…


onların biri “inam”-dı, digərisə “inad”…
gündüzlər sakitcə , çəkilib bir kənara…
həsrətlə gözləyərdim gecənin düşməsini…
bütün fikirlərimi yönəldərdim misralara…
hər gecə doldurardım dəftərin bir səhifəsini…
qələmim rəqs edərdi, qəmsiz-kədərsiz…
necə ki, küləklər rəqs edirdi saçlarınla…
indi mən daha uça bilmirəm gözəlim , sənsiz…
mənə sonsuzilham verirdin baxışlarınla…
bir zaman sözləriylə çağlayırdı dəli şair…
indisə dönüb həyat qəfəsində bir əsirə…
yenə də sənsizlikdə ağlayırdı dəli şair…
aramızdakı zaman çatsa da , bir əsrə…

Müqəddəs günahlar

Qapı bağlı arxadan, eşidilir hıçqırıqlar…
Yenə də çalınır qonşu otaqda simfoniya…
Artıq müqəddəsləşib onun üçün günahlar…
özü də artıq hiss edir ki pozulub harmoniya…
bu qaranlıqda özünə , dünya yaratdı…
sanki üz döndərmişdi ondan Yaradan..
Birdən kimsə bərkdən , qapını taqqıldatdı..
soruşdu : kimsən? , cavab ləngimədi : mənəm Şeytan!…
masada yanır bir şam , dayanıblar üz-üzə…
deyəsən gedir aralarında səmimi söhbət…
o da hamı tək istəyir ki danışa ,gəzə…
amma əlil doğulmuş o , bu da bir qismət…
niyə insanlar məni qəbul etmək istəmirlər?..
əslində cavabsız suallsr içində batmışdı…
səhər kriminalda verildi ilk xəbərlər…
o yaşadığı mənzildən özünü atmışdı…

Son təbəssüm

nifrətin soyuğunda titrəyirdi son təbəssüm…
qışın carçısıydı yerdə gəzən yarpaqlar…
məqsədə hələ çox var, yolumuz hələ uzun…
biz bir gün məhv olmalıyıq ki ,açılsın sabahlar…
həyatın yollarına inan ki,çox yorulmuşam…
əxlaqsız oyunlara dözmək də çox çətindi…
heç kimi unutmadım,amma mən unudulmuşam…
sonra deyirlər həzz al həyatdan sənindi…
sevgi qaçır gözümdən,mən axtardıqca onu…
mənimlə həmdəm olan yüzillik tənhalığım…
yəqin ki,yox imiş bu qəmgin oyunun sonu…
yəqin ki,sonsuz sərhədsiz mənim bu qaranlığım…
gözlərin iki dəniz,gedir-gəlir dalğalar…
gah da ki, çırpınırlar sıldırım qayalara…
əgər bir gün mən ölsəm dalımca kimlər ağlar…
görəsən ağlayan tapılarmı bir ildən sonra…

Kor rəssam

çəkdiyi rəsimlərə baxırdı kor rəssam…
əsrarəngiz Parisin payızı gözəl idi…
Bəlkə bu şeirlərlə dərdini anlasam..
bəlkə bu son misralar bəlkə son qəzəl idi…
pəncərədən çöldə rəqs edirdi küləklər…
əlində var fırça lakin çəkmək istəmir…
bəlkə də çox yaxındı günəşli al səhərlər…
lakin ölmək istəyir səhəri gözləmir…
rəssamın beynində dolanır xatirələr…
onun hər bir rəsmi Parisin gözəlləri…
qar dolu küçələrdə görünmür daha izlər…
düşünür donmuş rəsimlər donmuşdu öz əlləri…
bu qaranlıq gecədə gözləri qan tutmuş…
onun soyuqqəlbi qalmışdı intizarda…
həyatın yollarında tək qalmış unudulmuş…
son çıxış yolunu görürdü o intiharda…

Sevgi və Nifrət

bəyaz sətirləri bəzəyirdi göz yaşlarım…
məndən çox uzaqlarda qalmış mənim şahzadəm…
bu həyat dəftərində rəssamın son naxışları…
yenə boş otağımda qaranlığda yenə təkəm…
dərd çəkir ruhum mənim sevgi cəhənnəmində…
qəlbimdə soldu çiçəklər qanadlı arzularım…
ürək fəryad qoparır həyatın qəfəsində…
azalıq ölkəsinə uçmaq istər qanadlarım…
həyat sonsuz dilemma ya sevgi ya da nifrət…
mənsə bu yol ayrıcında köməksiz tək qalmışam…
mən qəribə insanam qəlbini məndən gizlət…
səndən fərqli olaraq dərd çəkməkçün yaranmışam…

Yüzillik tənhalıq

Qaranlıq boş bir otaq , əlində dəftər qələm…
alovlananbir şam rəqs edirdi nəfəsiylə…
kaş ki, mən də sizin tək həyatı sevə bilsəm…
indi o tək qalmışdı qaranlıqda qəfəsiylə…
əriyir o şam kimi, axır gözündən yaşlar…
bizə bu yollarda yol göstərən işarələr…
həyatı oynamağa məcbur olan oyuncaqlar…
onun sönmüş şamına daha uçmur pərvanələr…
həyatı sanki payız, qəlbi solmuş bir xəzan…
onun keçmişində itib batdı gələcəyi…
həyatın axarında, kor olmuş bədbəxt rəssam…
külək əlimdən aldı səndən qalan son çiçəyi…

son qərarım , intihar

qaranlıq boş gecədə,mənasız etirazlar…
sanki mənə qarşı çevrilmişdi günahlarım…
sanki qaranlıqda itib batmışdı sabahlar…
əbədi qırılmışdı mənim məsum qanadlarım…
gözü bağlı yaşamaq onlara çox rahatdı…
onların “ömür” dedikləri cavabsız suallar…
yaşadı getdi insan ömrünü heçə satdı…
onlardan tək yadigar qalan bu soyuq məzarlar…
günəşin şəfəqləriylə qızınmaq istər ürək…
amma ki günəşin çıxmağına hələ çox var…
həyat sanki qasırğa,əsir şimaldan külək…
bu soyuq gecədə son qərarım intihar…

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , ,


8 Responses to “Namiq Rəssam – Şeirlər”

  1. Fidan Says:

    Salam!menim sozum yoxtu!siz cox gozel seirler yazirsiz!siz sairsiz!
    hər gecə doldurardım dəftərin bir səhifəsini…-bunu men her gece edirem)
    sozleriniz cox gozeldi!
    Qapı bağlı arxadan, eşidilir hıçqırıqlar…
    Yenə də çalınır qonşu otaqda simfoniya…
    bu sozler mene Qaraqanin Metamorfoz maxnisini xatirladr)может совпдение)))очень эмоциональные стихотворения!inanki mene sizin cox gozel seirleriniz var!ve men bu seirleri burda her gun oxuyacam!uqurlar size ve seirler yazin!вы Пьеро 21 века!браво!

  2. Namiq Rəssam Says:

    şərhinizə görə minnətdaram Fidan xanım Əlibəyə də təşəkkürlər yerləşdirdiyinə görə…

  3. Əli Xəyyam Says:

    Şeirlərini oxumaq və yerləşdirmək mənə gözəl hisslər verir. Əsas sənə təşəkkürlər…

  4. Infernal Says:

    super eliniz qolunuz var olsun)…

  5. Ramil Says:

    Salam Namiq menem Ramil! seirlerin cox gozeldi. halaldi

  6. nargiz Says:

    salam! məncə də əla şeirlərdi . ama çox kədərlidi …
    biraz nikbin olsalar yaxşı olar …

  7. HOSTcu Says:

    gözəl şeirlərdi

  8. AYSEL Says:

    Twk ela serlerdi ! bir sozle qelbimi oxumusuz sanki

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .