Düz-qoş da yenə bu dəfə
Yenə dəyiş də hər şeyi
Bu şəhərin qaş-qabağından başla ilk
Sonra keç ürəklərə
Sil bunların bu beş qəpiyə dəyməz qeyrətini
Atamı öldürən əzrailin də mələy olduğuna inandıra bilmərsən məni
Səninlə danışdığıma baxma
Mən heç sənə də inanmıram
Tanrı, sənin də bir tanrın var
Inanıram buna
Tanrının da bir Tanrısı var
Atamın atası kimi
Anamın anası kimi
Onsuzluq hər gün ürəyimə köz atar
Onu başqa bədənlərə yadigar vermək
Dodaqlarında nəfəs tapan həyatıma
Tanrını öyrədməy üçün ehtiyacım var dodaqlarına
Gəl asax özümüzü
Peşmançılıq üçün nə qədər gec olsa
O qədər yaxşıdı
Mənimlə öpüşəndə bunu bilirdin
Qaraların cəmiyyətində
Sən ağ bir dəhliz
Xilasın yolu
Heç bir yerin əhli deyil
Bu asi sevgi
Düşməli bir nəfər əzab atəşlərinə
Yanmalı bir nəfər
Aparmalı özüylə cəmiyyəti uçurumdan aşağı
Boşalmalı Bakı
Təmizlənməli toz-torpaq
Bizim olmalı bütün küçələr
Elə bilirsən bidəlildi batan günəş
Şairlikdən də asandı sevmək
Şairlikdən də asandl basıb getmək
Dişini sıxıb getmək çətindi
Ətini didib getmək çətindi
Amma mistik bir şəhər var heç kəsin bilmədiyi
Orda hələ də insanlar sevməyi bacarır
Hələ də əllərdə yox, qucağlarda daşınır güllər, qarların üstündə
Hələ də ora ad qoymuyub kimsə
Ayırmıyıb, bütün ayrılıqları yaradan cinayətkarlar kimi
Bir yol var, hansısa bir yol
Bəlkə içəri şəhərin bilinməyən bir küçəsində
Bəlkə beş mərtəbədə
Bir yol var, əminəm
O yol xilas
O yol samara
Bilirəm, sən o şəhərdən yolunu azıb
Ya içəri şəhərin bilinməyən o küçəsindən
Ya da ki beş mərtəbədən girmisən bu cəhənnəmə
Gözlərin səni satır, gözlərin
Bir gün, o yolu tapacam bir gün
Səni gic-gicə bir yalanla aldadıb
Aparacam ora
Bənövşeyi olacaq o yol
Bərk qaç deyəcəm, bərk
Bir az da döz, bir az
Saçlarının azadlığına
Az qaldı…





qesheng yazmisan)
yaxşı idi maraqlı idi o ylu tapsan bizi da yaddan çıxartma başımızı aldatmağa amma yaxşı variantın olmalıdı)))))))))
Dünyada nə qədər insan varsa o qədər də yol var.Amma bu yolların da bir özəlliyi var onlar kəsişir:)
Düz-qoş da yenə bu dəfə
)
gewenq yazmisan,мне нравится.
amma mence acca rifmalari duzeltsen lap wedevr olar…)))Insana umud verir bu sheir ,umud ki o yol var…Uqurlar)))
həqiqətən də çox bəyəndim…Əli bəy inanın ki, bu şeir mənə o yolu göstərdi…cənnətə gedən yolu…
Şərhləriniz üçün təşəkkürlər.
Ela seirdi. ugurlar Ali
maraqli sheirdi, amma… aciq deyim ki, mentiqe uygun gelen sheri kimi gormedim. tanrinin tanrisi var.. benovsheyi yol… oxucunu tapmacaya atmaq meharet deyil. hormetle Rufat.
şeirdə məntiq axtarmaq
))
)
oxucunu tapmacaya atmaq məharət deyil?
like.. (: