Sevinc Pərvanə – Beş böyük, bir uşaq şeiri

Şeir Add comments

Yaman darıxıram

yaman darıxıram buralarda
hər gün  əvvəlkinin eynisi…
hər gün bir fincan sındırıram
bir cam qırıram
hər gün əlimi yandırıram
hər gün ayağım sürüşür birdən
yıxılmıram
yaman darıxıram buralarda…

dişlərim ağrıyır
dişlərim ağlaşır ağzımda
getmirəm həkimə
üzümə verib durmuşam
depresiyadayam…
ağrılar var olmağımın  nişanəsi
və bir də qorxularım
yuxularımda hər gecə sabaha qarşı tərk edirəm
bu yerləri
qapımda qıfıllar asılır…
kökündən torpağa bağlı qarağacam
yan-yörəmdə qarağaclar  yox…
yaman darıxıram buralarda.

Barışı dinləyirəm
qapıya söykənib
baxıram günəşin batışına
bezmədimi günəş hər gün eyni yerdə doğub
eyni yerdə batmaqdan?
bu qədər bəsitmi, yəni?
günəşin yerinə də darıxıram…

yaman darıxıram buralarda
elektriki, qazı kəsilmiş kimi…

 

Yoxsan…

yoxsan
o qədər dağınıq hər şey

tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram.

əlimlə qoyduğum əşyanın yerini unuduram
şərləyirəm evdəkiləri
axırda özüm tapıram

yarıyadək oxuduğum kitabları
başdan başlayıram

pişiyimə kök
dovşanıma ət verirəm
sənin yerinə
müdirimə zəng edirəm…

çaşıb silirəm
lazımlı faylı
bilgisayarımın yaddaşından

evdə işıqları yanılı
suyu açıq buraxıram
deyinir anam
ayaqyolunda suyu çəkməyi unuduram
deyinir anam

bir saatın içində
üç dəfə soruşuram
ayın tarixini

marketlərdə pulu artıq verirəm
avtobusdan pulsuz enirəm
unuduram dişlərimi fırçalamağı

tərs geyinirəm köynəyimi
işim düz gəlmir
o qədər dağınıq  hər şey…

 

Hardasan Toma?

sən hardasan, Toma?
hardasan, dayıqızı
yadındadı sənin anan pis idi
mənim atam
sənin atanın
mənim anamın
“acıq edib” dədə ocağına gəldiyi günlər
qoltuqlarında sənlə mən
hansı dildə danışırdıq, Toma
xatırlayırsanmı?
sən ana dilin xaxol
mən ana dilim azəricəmi?
ortaq ruscamı?
hansı dildə demişdin
“sənin atan
mənim anam pis” kəlməsini
hardasan, Toma?
buz kəsmiş indi oralar
anan yaxşı baxdımı sənə?
atam yaxşı baxmadı mənə, Toma

səni çox sevirdim
məni çox sevirdin
bunu hansı dildə deyirdin?
hansı dildə deyirdim?
saçlarına bit salmışdım
yolmuşdum
itələmişdim
taxta ayaqyolunun dəliyinə düşmüşdün
ananı söymüşdüm
dayıma xoş getsin deyə…
bağışladınmı, Toma?
sən gedəndən sonra
mənə verdiyin
qısa xaxol donun
parçaladı əynimdə atam
bildim ki, qəlbini qırmışam
sənə bir də rast olmayacam
bağışladınmı deyə soruşam
niyə həmişəlik getdin, Toma?
axı  yaxşıydı sənin atan…

 

Qonaqsevər anam

mətbəxdə əlindən saldığı
bıçağın
çəngəlin
qaşığın dəstəyini
yerə döyən anam
gələn qonaqların yolun əngəlləyir
bəzisi liftdə qalır
bəzisi tıxacda
ayağını-əlini sındıranı
öləni
itəni
batanı olur
çox az olur
bıçaqların
qaşıqların
çəngəllərin gözündən yayınıb
bizə gələnlər
birdən anam qonaqsevər olur
dolma  bükür, aş süzür
qaçırmır TV-lərin qonaqlıq layihələrin
yeri gələndə
qonaqpərvərliyilə öyünür
döşünə döyüb söyünür
içindən
“xalqımız qonaqpərvərdi” cümləsi keçən
inşalar yazdırır nəvələrinə
bıçağın dəstəyini yerə döyən nənəm kimi
qonaqları tez-tez azdırır anam

 

Nərmin üçün laylay

lay-lay deyim yatasan
şirin yuxu tapasan
balam lay-lay, a lay-lay

yuxun ərşə çəkildi
nə oldu sənə indi?
balam lay-lay, a lay-lay

dünəndən yatmamışam
bala, yaman acmışam
qoymamısan ağzıma
bir loxma çörək qoyam

di gözünü yum yat,
şirin yuxular tap
balam lay-lay, a lay-lay

nolar quşuna dolama
başına dola sən məni
balam lay-lay, a lay-lay

anan bezdi canından
səndən bezmədi, aman
şirin balam, a lay-lay

gecə yatmaq bilməyən
gündüz durmaq bilməyən
balam lay-lay, a lay-lay

gözümü yumub açam
görəm ki böyümüsən
ucalmısan ay balam
mən də sənin əlindən qocalmışam, ay balam
balam lay-lay, a lay-lay

dizüstə yelləməkdən
şalvarlarım bozardı
corablarım dağıldı
paltarların kiçildikcə
ürəyimi də əritdin
balam lay-lay,a lay-lay
lay-lay, balam, a lay-lay…

 

Məktəblinin inşası

anam istəyir müəllim olum onun kimi
atam deyir, balam olacaq
ürək həkimi
babam istəyir olum vəkil
nənəm boyumu oxşayır:
“inşallah, balam olar hakim”

çaşıb qalsam da bu işə
seçməliydim bir peşə
yazmalıydım inşada

müəlliməm soruşdu
ay maşallah, hardan gəlib ağlıma
olum kosmonavt
inşamı lövhədə söylədiyim vaxt
dedim:
istəmirəm dəysin bir-birinə
hamı bizdə
bircə kosmonavt yox ailəmizdə.

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: ,


19 Responses to “Sevinc Pərvanə – Beş böyük, bir uşaq şeiri”

  1. Vəfa Says:

    Axır ki Sevinc Pərvanənin şeirləri epiloqda yayımlandı…
    Sevinc xanım eşitdim ki, bir daha şeirlərini saytlara göndərməyəcək. Amma epiloq deyəsən hardansa götürüb. Amma o kultaz və ya adyazarın şərh avaraları bu saytda yoxdu.
    Əməyə görə təşəkkür edirəm.

  2. Nermin Huseynzade Says:

    Bu seirleri bir defe de oxumushdum. Coox maraqlidilar neyinki her seir,neinki cumle hetta her soz digerinden daha gozeldi Sevincin seirlerinde. Ne yaxshi ki varsan! Cox sag ol Xeyyam yerleshdirdiyin ucun sayta

  3. Anonymous Says:

    nikbin deyil

  4. Fidan Says:

    хммм,ne deyim?desеm belede -yaxwi cixmir,desem cox gozeldi-yalan deyecem onda.Bele deyecem:Normal!!!sonuncu seyrinizi cox beyendim,ve Yoxsan!
    удачи вам)))
    С уважением Керимова Фидан!

  5. Farid Says:

    bildim ki, qəlbini qırmışam

  6. Fidan Says:

    Qelb qirmaq pisdi Farid)))))))))))))

  7. Farid Says:

    He bilirem. Fidan, hec pis olmusan?

  8. Fidan Says:

    Farid mence hami(amma hami yox)pis olub,azda olsa olub)semimi cavab versem -beli olmuwam ,bes sen?
    Ay gelin bele edek,kim istese bu suala cavab yazsin :Siz pis olmusunuz?
    adii baqiranda biz pis oluruk.Farid sende cavab yaz,mene bu maraqlidir)))

  9. Farid Says:

    Eslinde pis “pis” yani onun pis oldugundan yox bizim ona esebiliyimizden ireli gelir, balaca ushaqin onu incitiyine esssshek demesi kimi. Qelbizi sevdiklerimiz sindira biler ancaq, onlar ise he4 vaxt pis ola bilmez, biz axi sevirik. bax bele) he “pis” olmusham) mene de coxlu “pis” olublar)

  10. Fidan Says:

    pis pisdir axiri,bu movzuya meqale yazmaq olar,pis cixmaz…hami pis olub ,ve hamiya pis olub kimse,her insanda (heresinde belke yox)bu *pis*OLMAQ VAR.

  11. Nermin Huseynzade Says:

    Я не понимаю…PIS? )))Я очень хорошая девушка )))

  12. Anonymous Says:

    Farid mence hami(amma hami yox)pis olub,
    bu ne qadar da besit yazılmış ve menasız olan sözlerdi şeri oxuyanda yaxşı oladum amma commentlerinizi oxuyanda PİS

  13. Anonymous Says:

    he alın bir mövzu teyyare göyde üçmalıdı(amma uçmamalıdı))))))))))))))))))))))))))))))))))
    faridi tanıdığımdan onun bele mövzuda fikir mübadilsei aparması mene tecüblü geldi o ki boş az danışır ne qızlara PİS olmasın deye yazıb yegin)

  14. Fidan Says:

    Anonymous –sizin xowunuz gelmedi?yani men bow daniwiram??/?yani men bir menasiz soz yazmiwdim?????sizin sozlere garwi munasibetiniz budur ??mence bu hayatda menasiz soz olmur ,ruslarin bir sozu var ПРОСТО НИКОГДА НИЧЕГО НЕ БЫВАЕТ!!!

  15. Namiq Rəssam Says:

    bezmədimi günəş hər gün eyni yerdə doğub
    eyni yerdə batmaqdan?… çox gözəl yazmısınız …təşəkkürlər…

  16. Əli Xəyyam Says:

    Namiq səf eləmirəmsə, sənin şeirlərini oxumuşam, əgər sayta şeir göndərmək istəsən əlaqə saxla.

    ali@epiloq.com

  17. Namiq Rəssam Says:

    Əli bəy, göndərmişəm …əgər çatmayıbsa yenə göndərərəm…əvvəlcədən təşəkkürlər…

  18. Anonymous Says:

    günəş bezmez heç zaman o ebedidi eger sen özün bezmisense köç ged ayrı yerlerden izle güneşin çıxıb batmağını)

  19. EmilYA Says:

    bunlar hec weire oxwamirlar

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .