Əsəd Qaraqaplan – 25 yaşlı Tanrı

Şeir Add comments

küçələr gəlib dirənir otağımın divarına
isti əllər divarıma toxunur
ayılıram divarımdan
arxamda qapılar var
səni qoyub gəlib keçdiyim
içinə çəkildiyim bir hücrədi otağım
insanlardan qurtuluş yox yoxluğunda
varlığımda insan belə olammadım


gecələr var – Tanrı olduğum gecələr
bir qələmin ucunda, bir kağızın içində
gecələr var – bədənimi duymadığım gecələr
üzüqoylu düşdüyüm sonunda söz üstünə
mən yoxluğunda Tanrı
yoxluğunda
həzin bir melodiylə söz keçirən gecədən
hər doğulduğum gün ölmüş
25 yaşlı Tanrı..

baxma əlini tutduğum böyüklüyə
baxma üzünə güldüyümə hər kəs kimi
yataqda sevişməyimə baxma
fahişələrə şirnikdiyim anlara..
altı milyard görnüşüm aldatmasın
qadınlarda, kişilərdə ürəyimin döyüntüsü
çay içib-çörək yediyim
işə gedib gəldiyim aldatmasın..

gecələr gör məni gecələr.. yoxluğunda
altı milyard yoxluğumda
yanındakı adama mən demə
hələ doğulmamış uşağının atasına..
günəşin və elektrik cihazının göstərdiyi mən deyiləm
hamı kimi geyinib-bəzənən, saçlarına jele yaxan..
məni gizlədən biri var hamı kimi..
qollarımın güclülüyü
sənə adam toxunuşum mənim deyil
mənim deyil..
mənim deyil..
deyil..
deyil..
il..
il..

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: ,


8 Responses to “Əsəd Qaraqaplan – 25 yaşlı Tanrı”

  1. Farid Says:

    gecələr var – Tanrı olduğum gecələr
    tuker biz – biz!!!!

  2. Ali Khayyam Says:

    Əsəd ayağa qalxıb bu şeiri oxuyanda, Fəridlə göz-gözə gəldik. Həqiqətən tüklərimiz biz-biz olmuşdu…

    Çox gözəl şeirdi…

  3. Farid Says:

    Ali foto superrr alinib!

  4. Vəfa Says:

    çox gözəl şeirdi.

    hə Farid, şəkil superdi

  5. Hasan Says:

    Gozel desem hecne demerem . altı milyard görnüşün aldatmaz meni. Ugurlar sene

  6. I Says:

    yaxşı demek olar amma nedense şeirlerin hamısı allahla bağlıdı çünki bu indiki zamanda ferqli olmaq üçün en ideal variantdi cüret olunmayanlar deyilir

  7. Qara Qaplan Says:

    ŞEİRİ OXUYAN, FİKİR BİLDİRƏN HƏR KƏSƏ ÖZ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM..

    ŞEİRİ SAYTA QOYDUĞU ÜÇÜN ƏLİ XƏYYAMA,
    ŞƏKİLƏ VƏ TƏBRİKƏ GÖRƏ FƏRİD QARDAŞIMIZA XÜSUSİ TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM..

    VAR OLUN BƏYLƏR…

  8. AYSEL Says:

    Eladi soze ehtiyac yoxdur

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .