Frans Kafka – İmtahan

Kitablardan Add comments

 
Mən qulluqçuyam, ancaq iş tapa bilmirəm. Bir az qorxağam, irəli soxulmağı bacarmıram. İrəli soxulmaq bir yana, başqaları ilə bir sırada da dayana bilmirəm, ancaq bu mənim işsiz qalmağımın yalnız bircə səbəbidir və bəlkə də bunun, ümumiyyətlə, işsizliyimə heç bir qarışacağı yoxdur, ancaq əsas məsələ odur ki, məni heç yerə çağırmırlar, halbuki başqaları çağırılıb, özü də onlar məndən çox müraciət etməyiblər və ya özləri çağırılmaq istəməyiblər, mən isə çağrılmağı, ən azı hərdən, lap çox istəmişəm.


Ona görə də qulluqçuların otağında uzanıram, tavandakı tirlərə baxıram, yuxuya gedirəm, ayılıram, təzədən bir də yatıram. Bəzən də yaxınlıqdakı meyxanaya gedirəm, ancaq  verdikləri pivə yaman turş olur. Hərdən əsəbiləşib onu yerə tökürəm, ancaq sonra da təzəsini alıb içirəm. Orda oturmaqdan xoşum gəlir, çünki onun balaca, bağlı pəncərəsindən evimizin pəncərələrinə baxdığımı heç kəs görmür. Orda da çox şey görünmür, mənə elə gəlir, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir. Özü də bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizləri deyil. Ancaq ola bilsin ki, səhv edirəm, bunu bir dəfə kimsə demişdi, özü də mən şoruşmamışdım, özü demişdi, evin ümumi görnüşü də bunu sübut edirdi. Pəncərələr nadir hallarda açılırdı,  açan da qulluqçu olurdu, ona söykənib bir az küçəyə tamaşa edirdi. Deməli, elə dəhlizdir ki, onun küçəyə baxdığını heç kəs görmür. Yeri gəlmişkən, yuxarıda işləyən qulluqçuları tanımıram, onlar mən qalan otaqda yatmırlar.

Bir dəfə meyxanaya gələndə gördüm ki, yerimdə ayrı bir müştəri oturub. Qorxumdan kim olduğuna baxmadım, elə qapıdanca geri dönüb qayıtmaq istədim. Ancaq məni yanına çağırdı və belə məlum oldu ki, o da qulluqçudur, hardasa görmüşdüm, sadəcə olaraq, söhbətimiz olmamışdı.

-    Niyə qaçırsan? Gəl otur, iç, pulunu özüm verəcəm.

Beləliklə, onun yanında oturdum. Bir neçə sual verdi, ancaq cavab ala bilmədi, çünki nə soruşduğunu başa düşmədim,ona görə də dedim:

-   Yəqin indi məni dəvət etdiyinə peşman oldun. Elə isə, gedirəm…

Və ayağa durmaq istədim, ancaq o, əlini stolun üstündən uzadıb məni yerimdə oturtdu:

-   Dayan! –dedi. – Bu yalnız imtahan idi. Kim suallara cavab verə bilmir, deməli, imtahandan keçmiş olur…

Tərcümə: Vilayət Hacıyev

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , ,


12 Responses to “Frans Kafka – İmtahan”

  1. noname Says:

    Təşəkkürlər amma Frans Kafak yox Frans Kafka olacaqdı :)

  2. Ali Khayyam Says:

    Təşəkkürlər Noname, tələsiy yerləşdirmişdim, ondan olub deyəsən :)

  3. N.S. Says:

    Cox sagol maragli idi !!!Davami olacag?

  4. Ali Khayyam Says:

    Çalışacam ki olsun :)

  5. Fidan Says:

    Çox teşekkür.maraqlı idi…saytda yeni məlumatlar olanda sevinirem,hamısını çalışıram oxuyum.)))

  6. Ali Khayyam Says:

    Səmimi şərhiniz üçün təşəkkürlər.
    Bu yazıların oxunduğunu bilmək, insanda çalışmağa həvəs oyandırır.

  7. aymira Says:

    bu yazinin ardi da var??nese qeribe geldi diyesen davami da olmalidi:)

  8. Ali Khayyam Says:

    Yazının ardı var, sadəvə olaraq tərcümə olunub sayta yerləşdiriləcək.

  9. ferid hesenov Says:

    bu daha maraqlıdı

  10. kebuter Says:

    salam yazini tercume etmisnizse sayta yerleshdirin cunki icazenizle bu yazini yeni azerbaycan qazetinin edebiyyat sehifesine yerleshdirmek isteyirem birde hansi dilden tercume etdiyinizi yazin lutven ok

  11. Ali Khayyam Says:

    Kəbutər, bu tərcümə sırf bizim sayt üçün edilməmişdir. Sadəcə olaraq kitabdan alıntıdır.
    Alman dilindən tərcümə olunmuşdur.
    Kitabın elə özünü araşdırıb, mənbə göstərərək yayınlaya biləcəyinizi təxmin edirəm.

  12. Fidan Says:

    hmm,oxudum..amma mene bundan cox Франц Кафка-Превращение beyenirem…bu cox yaxwi yazicidi…всем советую
    Kerimova Fidan…
    twk

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .