Rasim Qaracadan iki şeir

Şeir Add comments

Rasim Qaraca - seirler

ZAMANIN BİR XUYU VAR

İnsan öldürmədə ən pis olan şey ölənin əbədi susmasıdır,
bu, ömür boyunca çiyinlərində
cəsəd gəzdirməyə bərabərdir


susan insan susduranın yediyinə içdiyinə şərikdir
bu isə bətnində birisini gəzdirmək kimidir,
yəni, iraq olsun, hər bir cani
öz qurbanını əvvəl-axır doğacaq –
nə qanlı bir proses…

zamanın bir xuyu var
hər zaman susdurulmuşa çalışar
susduqca insan böyüyər
çiynində olduğu insanı yerə doğru basar…

ancaq mən, öldürülmüşlüyümlə
susmaq nə olduğunu bilmirəm görürsüz,
bu, adam öldürmək haqqı qazanmaq istədiyimdən deyil
sadəcə, cəsədimi başqasına yükləmək istəmədiyimdədndir

səssizliyi musiqinin ən gözəli deyirlər
elə isə, susdurulmuşlar ən gözəl şərqiçidirlər
elə isə, mənim kimi boşboğazlıq etmək də
yaşamaqda olduğumu başqalarının gözünə soxmaqdır…

bir an mənim şərqimi dinləyin –
susdurulmuş insan elə öldürülmüş insandır,
birisini öldürmək də çox vaxt onu susdurmaqdır –
dil kəsmək var ikən nə üçün baş kəsirlər?!

bəlkə burada bir hikmət var:
boşboğazlıq etməyin yaşamaqda davam etməklə
heç bir bağı yoxdur
boşboğaz insan susdurulmuşların ən susmuşudur
canilər təkcə bu hikməti bilsəydilər
ömür boyu bətnlərində insan gəzdirməyə qatlanmazdılar…

insan öldürmədə ən pis olan şey –
istər həbsxanaya gir, istər girmə
hər ikisində də azadlığını itirməndir,
ən yaxşısı başqalarına həyat verib azadlıq qazanmaqdır
ya da birisinə danışmaq imkanı verib
yaşamağa haqq qazanmaq…

öldürülmələrin içində ən pis olanı isə
sevdiyin insanın əlindən ölməkdir,
onu yerə basmaq istəməyəcəksən
yəni yaşamaqda davam edirmişsən kimi
görünəcəksən –
bundan daha təhlükəli oyun ola bilməz,
qısacası, susdurulmuşun
təkrar susdurulması haqqında hekayət…

 

SADƏCƏ MARAQ XATİRİNƏ

maraqlıdır həyatda yaşamaq
yol getmək, mahnı oxumaq
lap elə daş daşımaq

sərgi düzəldib sevgilərdən
toplamaq siqaret kötüklərini
divarlardan asmaq
kürəyinə saplanmış bıçaqları

sadəcə maraq xatirinə
bağlanmaq bir qadına
puç etmək həyatını

maraqlıdır həyatda yaşamaq
qəşəng ayaqların arxasınca düşüb
yol azmaq
sonra da heç tapılmamaq

tütün çəkib
tüstüsünü püfləmək göyə
öskürüb
keçdiyin yola tüpürmək

maraqlıdır yaşamaq
qan içmək
bəzən nar yerinə
dilimləyib ürəyini

salam almaq
salam vermək
səhərlər üz verdiyinə
axşamlar üz çevirmək

yaşamaq boş-boşuna
dilənmək
allaha əl açmaq

maraqlıdır həyatda yaşamaq
dostluq etmək və hərdən
“heç kimsəm yoxdur” demək

bir az araq içib
yumruğunu çırpmaq yer kürəsinə
“mənəm aç” demək

Dostlarınla bölüş:
  • Facebook
  • Google Bookmarks
  • MySpace
  • Live
  • RSS
Tags: , ,


8 Responses to “Rasim Qaracadan iki şeir”

  1. Azer Says:

    danishmaq gumushduse susmaq qizildir. En boyuk susmaq sen bilirsen neyise ve susursan. Bashqa susmaqlar hech mis de deyil:D Bunu Agalar muellim oz leksiyasinda demishdi

  2. Azer Says:

    bir az araq içib
    yumruğunu çırpmaq yer kürəsinə
    “mənəm aç” demək
    sonrada qapinin arxasinda bir neferde qishqirir
    Qonaq qebul elemirik daha!
    Paxil dunya))

  3. Ramin Says:

    Ali, ümid edirəm ki şerləri veb səhifəmdə yerləşdirməyə etiraz etmərsən :)

  4. Ali Khayyam Says:

    O nə sözdü qardaş.
    Amma mənbə göstərsən pis olmaz :)

  5. Ali Khayyam Says:

    Rasim Qaracanın hər dəfə şeirlərini oxuyanda, elə bil onunla danışıram, belə yazmaq da maraqlıdı.

  6. Ramin Says:

    Biz daim muellif huquqlarini qoruyuruq :) )))

  7. Farid Says:

    eeeh…

  8. Nermin Huseynzade Says:

    gozel seirlerdi

Leave a Reply

2010 www.epiloq.com. Free wordpress templates .